Vladimir Kotenev: "Avropada Azərbaycana vacib tərəfdaş kimi baxırlar"
"Azərbaycan bu gün öz təcrübəsini digər ölkələrlə bölüşə bilər".
Bunu İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində "Report"a açıqlama verən "Eurusian Strategic Consulting Gmbh" şirkətinin idarəedici direktoru Vladimir Kotenev deyib.
O, Forum çərçivəsində təşkil olunmuş "Xəzər həftəsi"nin qlobal ideyaların müzakirə və mübadiləsi baxımından əhəmiyyətli bir platforma olduğunu qeyd edib. "Mən Davosda "Xəzər həftəsi: Qlobal İdeyalar Platforması"da bir neçə sessiya və dəyirmi masada iştirak etdim. Xəzər dənizinə çıxışı olmasa belə, tədbirə dəvət alan Əfqanıstan mərkəzi Asiyanı cənubi Asiyaya birləşdirən mərkəzi ölkədir. Bu platforma Əfqanıstan hökumətinə, parlamentinə, iş adamlarına Avropaya, hətta bütün dünyaya, hər bir halda Böyük Xəzər Regionu miqyasında istəklərini, problemlərini çatdırmağa imkan yaratdı və hesab edirəm ki, hamısı eşidildi. Mən 30 il diplomatiya, xarici siyasətlə məşğul olmuşam. Burda çalışdım ki, Əfqanlstanda sabitliyə nail olmaqla bütün regionda kollektiv təhlükəsizliyi təmin etmək üçün əhəmiyyətli ola biləcək tövsiyələrimi verim. Biz burda Trans-Xəzər regionunda yeni dəhlizlər mövzusunda da müzakirələr apardıq, yeni, mümkün qaz boruları haqqında fikir mübadiləsi apardıq. Türkmənistan bildiyimiz kimi böyük qaz ehtiyatlarına malikdir. Lakin son illər Azərbaycan qaz hasil edən qabaqcıl ölkələrdən birinə çevrilib. Bu səbəbdən də regionun həm qaz, həm də istifadəçiləri bir-biri ilə danışmalıdırlar. Bu platforma bu baxımdan da uğurlu oldu"
Vladimir Kotenev Azərbaycanın müstəqilliyini əldə etdikdən sonra böyük uğurlara nail olduğunu da bildirib. "Azərbaycan ilk növbədə Qafqazda və eyni zamanda Xəzər regionunda əsas coğrafi mövqeyə malikdir. Azərbaycan zəngin tarixə malik bir ölkədir. SSRİ dövründə Əfqanıstanda Azərbaycandan göndərilən çoxlu ekspert çalışırdı. Çünki, onların eyni dini, yaxın adət-ənənələri var. Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan digər respublikalar kimi öz yolu ilə getməyə başladı ki, bu yolda bu günə qədər çox böyük uğurlar əldə edib. Azərbaycan Xəzər regionunun ən varlı ölkələrindəndir. Onun əsas sərvəti neftdir. Buna görə də Avropada Azərbaycana əhəmiyyətli tərəfdaş kimi baxırlar. Son illər Azərbaycan özünün qaz sənayesini də uğurla inkişaf etdirməkdədir. Bu gün Azərbaycanın artıq özünün mütəxəssisləri var. Beləliklə, Azərbaycan bu gün öz təcrübəsini digər ölkələrə ötürə bilər. Hesab edirəm ki, bu gün Azərbaycanın Rusiya ilə və ümumiyyətlə regionun digər ölkələri ilə əməkdaşlığı uğurla inkişaf edir".
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Sosial Baxılıb: 4666 Tarix: 24 yanvar 2020
Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş
Unvan.az - elanlar sayti
"Azərbaycan balı baha olsa da, çox keyfiyyətlidir"- Ekspert rəyi
Yanvarın 25-26-da Bakıda VI Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı keçiriləcək.. . Bu ilki konfransda Azərbaycan, Türkiyə, Qazaxıstan, Belarus, Rusiya, Ukrayna və başqa ölkələrdən peşəkar arıçılar, elm və iş adamları təlimlər keçəcək, master-klass proqramları təqdim edəcəklər.. . Konfrans müddətind
24 yanvar 2020Umayra Tağıyevadan hava şəraiti ilə bağlı - MÜHÜM AÇIQLAMA
"Bakıda bu gün sulu qar yağsa da, yerdə qar örtüyü olmayacaq".. . Sonxeber.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.. . Onun sözlərinə görə, yanvarın 24-dən 25-ə keçən gecə Bakıda və Abşeron yarımadasınd
24 yanvar 2020Yol qəzasında xəsarət alan şagirdlər özəl klinikaya köçürüldü
Təhsil Nazirliyinin nümayəndələri avtomobilin vurması nəticəsində ağır xəsarət alan şagirdlərə baş çəkib.. . Sonxeber.az Trend-ə istinadən xəbər verir ki, məktəbə gedərkən Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri Alsu Səbzəliyeva və Fidan Orucovanı minik avtomobili vurub.. . Şagirdləri
24 yanvar 2020"Evli ola-ola gecə 12-də başqa kişilərlə qəlyan çəkir"- Efirdə şok sözlər
Tanınmış prodüser və teleaparıcı Tarix Əliyev Xəzər TV-də yayımlanan "Hər şey daxil" verilişində ad çəkmədən xanım müğənniləri tənqid edib.. . AZXEBER.COM xəbər verir ki, o boşanmış xanımları qınayanlara sərt şəkildə ismarıc yollayıb. . . "Evli olub, gecə saat 12-də kabinetlərdə qəlya
24 yanvar 2020Azərbaycanda koronavirusa yoluxma riski - Özünüzü qoruyun
"Çindən Azərbaycana gələnlər mütləq hava limanında koronavirusla bağlı yoxlamadan keçirilməlidirlər".. . Sonxeber.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.. Onun sözlərinə görə, Çinə gedən Azərbaycan vətəndaşları da ehtiyatl
24 yanvar 2020Ekspert: "Azərbaycanda qaz hasilatında artım davam edəcək"
"Növbəti illərdə də Azərbaycanda qaz-kondensat hasilatında, qaz ixracında, ölkədaxili istehlakında artım olacaq". . . Bunu "Report"a Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev bildirib.. . O qeyd edib ki, SOCAR-ın 2019-cu il üzrə qazma, hasilat və ixracla bağlı hesabatından da b
24 yanvar 2020Ermənistan ordusu - özünəqəsd, xəstəlik, korrupsiya və cinayət mənbəyi - ŞƏRH
Davit Tonoyanın Ermənistan Müdafiə Nazirliyinə rəhbərlik etdiyi dövrdə hərbi hissələrdə qeyri-döyüş şəraitində ölən əsgərlərin sayının durmadan artması müşahidə olunur. Köhnə rejim tərəfindən əsası qoyulan bu ənənə, yəni "dedovşina" bu gün də davam edir. Bu da düşmən ordusunda intihar və özünəqəs
24 yanvar 2020