Davos forumu çərçivəsində keçirilən "Xəzər Həftəsi" üçün Bakıda nümayəndəlik açılacaq

Davos forumu çərçivəsində keçirilən "Xəzər Həftəsi" üçün Bakıda nümayəndəlik açılacaq"İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində təşkil olunmuş "Xəzər Həftəsi: Qlobal İdeyalar Platforması" yüksək səviyyədə keçir".

Bunu "Report"un Davosa ezam olunmuş müxbirinə "Xəzər Həftəsi"nin Təşkilat Komitəsinin sədri Murat Seitnepesov tədbirin nəticələrini şərh edərkən deyib.

"Tədbirin artıq 4-cü günü başa çatıb. Biz burada iştirakla bağlı vəziyyətdən çox məmnunuq. "Xəzər Həftəsi"ndə iştirak etmək üçün 3 mindən çox namizəd qeydiyyatdan keçib. Həm Böyük Xəzər Regionu, həm də bütün dünya üçün əhəmiyyət daşıyan mövzular ətrafında aktiv müzakirələr gedir. Bu il "Xəzər Həftəsi"nə İsveçrəni cəlb etmişik. Az sonra bu ölkənin Böyük Xəzər Regionuna sərmayə qoyması imkanları ətrafında müzakirələr aparacağıq. Keçən ilin aprel ayında İsveçrə ilə Çin arasında imzalanmış "Bir kəmər - bir yol" layihəsi ilə bağlı memorandum əsasında birgə fəaliyyət imkanlarını nəzərdən keçirəcəyik. Bu Çinə Böyük Xəzər Regionuna, eləcə də İsveçrə vasitəsilə digər bazarlara sərmayə yatırmaq üçün çox gözəl imkandır. İsveçrə öz təbiətinin gözəlliyi ilə tanınıb, lakin bundan başqa o münaqişələrin həlli, biznes məsələlərində də böyük təcrübəyə malikdir. Təsadüfi deyil ki, bir sıra beynəlxalq təşkilatlar, habelə BMT-nin Avropa qərargahı, Dünya Ticarət Təşkilatı, Dünya Səhiyyə Təşkilatı burda yerləşir. Təkcə Cenevrədə 100-dən çox təşkilat yerləşir. Odur ki, bu böyük potensialdan Böyük Xəzər Regionundakı məsələlərin həlli üçün istifadə etmək istəyirik".

M.Seitnepesov Xəzər Həftəsinin gələcək planlarına da toxunub: "Bu il Böyük Xəzər Regionu ölkələrindən nümayəndə heyətləri tədbirimizdə iştirak ediblər. Dünən Gürcüstanın baş naziri tədbirimizə qatılmışdı. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tədbirimizdə yaxından iştraik edir. Yeni iştirakçılarımızdan ikisi"AzerTelecom" MMC, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC oldu. Bakı Limanının baş direktoru Azərbaycanın tranzit imkanları barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi. Bundan əlavə biz "Xəzər Həftəsi"nin Azərbaycan hökuməti və şirkətləri ilə əməkdaşlığını möhkəmləndirmək məqsədilə Bakıda nümayəndəliyinin açılması barədə qərar vermişik.

Davos forumu çərçivəsində keçirilən "Xəzər Həftəsi" üçün Bakıda nümayəndəlik açılacaqBundan başqa, tədbir çərçivəsində Əfqanıstanda vəziyyət, bu ölkədə sülhün bərpa olunması məsələsi müzakirə olunub. Biz razılığa gəldik ki, İsveçrənin Cenevrə şəhərində Əfqanıstanda sülhün təmin olunması məqsədilə daimi fəaliyyət göstərən "Think Thank" yaradaq ki, orda ekspertlər öz rəy və tövsiyələrini bildirə bilsinlər.

Biz çox sevinirik ki, bu ilki forumda "AzerTelecom"la qarşılıqlı anlaşma haqqında memarandum imzaladıq. "Xəzər Həftəsi" qlobal ideyalar meydanı olmaqla yanaşı artıq konkret nəticələr verməyə başlayıb. Bundan başqa digər memarondumlar, habelə İsveçrə ilə, xüsusilə onun "Integral Petroleum" şirkəti ilə memorandum imzalandı. Böyük Xəzər Regionunun inkişafı üçün bir sıra layihələrimiz var. Layihələrimizdən biri yüklərin dünyanın bütün regionlarından Böyük Xəzər Regionuna konteynerlərdə çatdırılması ilə bağlıdır. Biz bu gün Dünya İqtisadi Forumunun tərəfdaşlarındanıq. Çalışırıq ki, bu layihəni onlarla birlikdə həyata keçirdək ki, Böyük Xəzər Regionuna yüklər konteynerdə yubanmadan, vaxtında nəql oluna bilsin. Bu layihəyə həm gömrük xidməti orqanları, həm sərhəd xidməti orqanları, həm də banklar və sığorta şirkətləri cəlb olunacaq".

Təşkilat Komitəsinin sədri "Xəzər Həftəsi"nin aktiv şəkildə işıqlandırılmasına görə "Report" İnformasiya Agentliyinin kollektivinə minnətdarlıq edib: "İlk gündən bu tədbiri aktiv şəkildə işıqlandırdınız. Gələn il də sizi böyük məmuniyyətlə bura dəvət edəcəyik. Perspektivlərimiz böyükdür. Sabah tədbirimizə rəsmi yekin vuracağıq. Bizim məqsədlərimiz iqtisadi əməkdaşlığımızı inkişaf etdirməklə yanaşı eyni zamanda mədəni, təhsil mövzularını da əhatə etməkdir. Tədbirimiz çərçivəzində iştirakçılarımızın Böyük Xəzər Regionu ölkələrinin yeməklərini dadmaq, bu ölkələrin müğənnilərinin ifasından ibarət konsertdə iştirak etmək imkanları da oldu".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4816   Tarix: 24 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İsrail İrana zərbə endirdi - VİDEO

İranın İsfahan şəhərindəki hava limanı ərazisində, Hərbi Hava Qüvvələrinin 8-ci bazasının ərazisində üç güclü partlayış səsi eşidilib. İran KİV-in məlumatına görə, hava hücumundan müdafiə qüvvələri İsfahan ərazisində bir neçə dron vurub. ABC telekanalı isə iki ABŞ rəsmisinə istinadən hücumun İsrail ərazisində

19 aprel
.

"Azərbaycanın div insanı"nın güc nümayişi - VİDEO

Azərbaycanlı pəhləvan Elmin Mehdiyev "AStar" layihəsinə qonaq olub. xəbər verir ki, 145 kiloqram çəkisi olan Elmin "Azərbaycanın div insanı" kimi təqdim edilib. O ağır tonnajlı yük maşınlarını çəkmə qabiliyyətinə malikdir. Bundan başqa bir neçə armaturu birlikdə əyir və üst-üstə qoyula

18 aprel
.

Vidadi Zeynalovun 43 milyonluq əmlak davası davam edir

"MTN işi"nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovla Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi arasında məhkəmə çəkişməsi davam edir. Qaynarinfo xəbər verir ki, birinci məhkəmə instansiyasınd

19 aprel
.

Övladını xilas etmək istəyərkən Kürdə batan Zərdab sakininin meyiti tapılıb - FOTO

Bir neçə gün əvvəl Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Vaqif Tahir oğlu Süleymanovun meyiti tapılıb. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, V.Süleymanovun meyiti batdığı yerdən təqribən 7-8 km aralıda, çayın Zərdabı

19 aprel
.

Başlıbel qətliamının şahidi: "Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər" - VİDEO

Bu gün Başlıbel qətliamından 31 il keçir. Hadisə şahidləri İctimai TV-yə qətliamın dəhşətlərini danışıblar. Başlıbel sakini Niyyət Əhmədovun ailə üzvləri gözləri qarşısında qətlə yetirilib:. "Əvvəl anamı, sonra isə bacımı güllələyərək öldürdülər. Sonra isə digər şəxsləri maşına yığaraq apardılar"

18 aprel
.

Bu xəbər Türkiyədə şok effekti yaratdı - Ərdoğanın yerinə onu hazırlayırlar

Türkiyədə bələdiyyə seçkilərinin üstündən müəyyən müddət ötsə də, türk siyasi palitrası hələ də seçkinin yaratdığı zəlzələ effektinin təsiri altındadır. Hakim partiyaya yaxın şəxslərin və medianın müzakirələri isə xeyli suallar yaradır. Seçkinin mümkün nəticələri haqda ilk yazımızda ( ) qeyd etdiyimi

18 aprel
.

Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO

"Hazırda məktəblərdə servis xidmətinin yaradılması məsələsi müzakirə olunmur". Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib. "Bizim istəyimiz və arzumuz ondan ibarətdir ki, bütün vətəndaşları öz evlərini

18 aprel
.

Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO

Kürdə batan ata və qızı ilə bağlı yeni detallar məlum olub. "Azad Azərbaycan" Televiziyasında (ATV) yayımlanan süjetdə bildirilib ki, itkin düşən 6 yaşlı Səma üç il əvvəl ürəyindən əməliyyat olunub. "Bu səbəbdən də valideynləri hər zaman ona diqqət edirdilər. Ailədə onun nazı ilə oynayırdılar"

18 aprel
.

Sumqayıtda ər-arvadın öldürülməsi ilə bağlı TƏFƏRRÜAT – "Bundan əvvəl də..."

Xəbər verildiyi kimi Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada dəhşətli qətl hadisəsi baş verib. Belə ki, aprelin 19-da saat 3 radələrində 1962-ci il təvəllüdlü Hakim Məmmədov və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zərifə Məmmədova oğlanları 200-ci il təvəllüdlü Fikrət Məmmədov tərəfində

19 aprel