Zakir Həsənov əsgər yeməkləri ilə bağlı tapşırıq verdi

Zakir Həsənov əsgər yeməkləri ilə bağlı tapşırıq verdi"Hərbi hissələrdə əsgərlərə şəraitə, şəxsi heyətin sayına və hərbi hissənin yerinə yetirdiyi vəzifələrin mahiyyətinə görə iki növ xidmət göstərilir: servis xidməti və özünəxidmət".

"Report" xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi Arxa Cəbhə İdarəsinin Ərzaq Xidməti rəisi polkovnik Eldəniz Yəhyayev bildirib.

Onun sözlərinə görə, şəxsi heyəti çox olan hərbi hissələrdə servis xidmətinin tətbiqi məqsədəuyğun deyil: "Kifayət qədər çox sayda qab-qacaq istifadə olunur, masaların yeməyə hazırlanması və yığılması xeyli vaxt aparır ki, bu da günün nizam qaydalarına riayət edilməsinə mane olur. Digər tərəfdən, servis xidməti həm də şəxsi heyətin sayından asılı olaraq əlavə işçi qüvvəsi deməkdir. Özünəxidmətdə hər əsgər kombinə edilmiş sinidən istifadə edir ki, bu xidmətdə həm vaxta, həm də iş qüvvəsinə qənaət olunur. Bunlar yeməyin təşkilinin mexanizmidir. Etiraf olunur ki, əsgərlərimizin yeməkləri dadlı olur - ordu quruculuğunda həyata keçirilən islahatlardan sonra yeməkləri qadınlar, bir də ərzaq xidməti idarəsinin xətti ilə aşpazlıq kursu bitirən əsgərlər bişirirlər".

E.Yəhyayev bildirib ki, ərzaq məhsulları, eləcə də konservləşdirilmiş məhsullar laboratoriyalarda ciddi yoxlanılır: "Ərzaq məhsulları, eləcə də konservləşdirilmiş məhsullar bizim struktura daxil olan, nəzarətimiz altında fəaliyyət göstərən laboratoriyalarda ciddi yoxlanılır. Laboratoriya yoxlamalarından əlavə baytarlıq yoxlamaları da aparılır ki, belə yoxlamalar ərzaq təminatının keyfiyyətini təmin edir".

Zakir Həsənov əsgər yeməkləri ilə bağlı tapşırıq verdiXidmət rəisi qeyd edib ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişi ilə hərbi hissələrdə milli yeməklərə daha çox üstünlük verilir: "Onu da qeyd etmək lazımdır ki, əsgərlərimiz üçün hazırlanan konservləşdirilmiş qidalarda da milli yeməklər üstünlük təşkil edir. Bütün bunlar, yuxarıda qeyd etdiyim kimi, laboratoriyalarda ciddi şəkildə yoxlanılır, yəni, həm bişirilən yeməklər, həm də konservləşdirilmiş yeməklər dadlı olur. Bütün növ qablaşdırmalar, konservləşdirmələr birmənalı şəkildə dövlət standartlarına müvafiq, müəyyənləşdirdiyimiz keyfiyyəti yüksəltməni təmin edən şərtlərimiz əsasında aparılır. İstər qablaşdırılma, istərsə də konservləşdirilmə prosesinə bizim ekspertlər nəzarət edirlər. Bu səbəbdən keyfiyyət həmişə təmin olunur. Neçə illərdir ki, "Beynəlxalq Ordu Oyunları" yarışları çərçivəsində "səhra mətbəxi" müsabiqəsi keçirilir. Azərbaycan bu yarışmada yüksək məsuliyyətlə təmsil olunur. Azərbaycanın hərbi "Səhra mətbəxi" bu yarışmalarda həmişə fərqlənib. Qürurla qeyd etməyi lazım bilirəm ki, yarışlar zamanı Azərbaycana aid pavilyonun qarşısında həmişə böyük növbə olur. Bu, Azərbaycanın mətbəxinə, mətbəx mədəniyyətinin timsalında Azərbaycan mədəniyyətinə marağın, ehtiramın, sevginin təzahürüdür".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2780   Tarix: 25 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda restoran yanır - FOTO/VİDEO

Bakının İstiqlaliyyət küçəsində restoranın çöl divarından keçən elektrik kabeli yanır. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən restoranın çöl divarından keçən elektrik kabel

28 mart
.

Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi

Ukraynada yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəyli dünyasını dəyişib. -ın verdiyi xəbər görə, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Onun Kiyevdə ürəktutmasından vəfat etdiyi bildirilir

29 mart
.

Bacısının dırnağı 6 aylıq körpəni xəstəxanalıq etdi - Foto

Bakıda özəl klinikalardan birində boğazında plastik dırnaq qalan 6 aylıq körpə xilas olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə uşaq cərrahı, uroloq Fuad Hüseynov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, hadisə İsmayıllı rayonunda qeydə alınıb. Belə ki, uşaq bacısının plasti

28 mart
.

Azərbaycanda yeni televiziya fəaliyyətə başlayacaq

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq. Bu barədə -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib. Qeyd edilib ki, 02.04.2024-də Azərbaycanda ilk sosial televiziya nümunəsi olan DOST TV – internet televiziyası fəaliyyətə başlayacaq

29 mart
.

Azərbaycanda 14 yaşlı qız sosial şəbəkədə tanış olduğu oğlana görə evdən QAÇDI - FOTO

Evdən qaçan 14 yaşlı Məryəm Xanəliyeva tapılıb. xəbər verir ki, bu barədə ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişində məlumat verilib. Aparıcı bildirib ki, Məryəm ifadəsində sosial şəbəkədə tanış olduğu 17 yaşlı Murada görə evdən qaçdığını bildirib

28 mart
.

YAP seçki hazırlığına başladı: Siyahı hazırlanır...

Bu il ölkəmizdə keçiriləcək parlament seçkiləri ilə bağlı hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin ilkin siyahısının müəyyənləşdirilməsinə başlanılıb. Bu barədə "Gününsəsi.info" saytı hökumətdəki mənbələrə istinadla məlumat yayıb. Qeyd olunur ki, 125 seçki dairəsi üzrə haki

29 mart
.

Türkiyə 10 ildən sonra bu ölkəyə uçuşları bərpa etdi

Türk Hava Yolları 10 ildən sonra Liviyaya uçuşları bərpa edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Bildirilib ki, uzunmüddətli fasiləyə səbəb təhlükəsizlik vəziyyəti ilə əlaqədar olub. Lakin hazırda ilk təyyarə Tripolinin Mitiqa beynəlxalq hava limanına enib. Türkiyə

29 mart
.

ƏHALİYƏ SEVİNDİRİCİ XƏBƏR: Pensiya və müavinətlər artırıla bilər - VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. -ın məlumatına görə, bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib ki, büdcə gəlirlərinin artacağı ilə bağlı proqnozlar özünü doğrultmaq üzrədir. Onun sözlərinə görə, belə olan halda büdcədə dürüstləşmənin aparılmasına ehtiyac yaranır

29 mart
.

İcra başçısının qardaşının qətlinə görə tutulan oğula hökm oxundu

Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun qətli ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cəlil Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Hökmə əsasən, təqsirləndirilə

28 mart