Xidmət rəisi: "Azərbaycan Ordusunun ərzaq təminatı yüksək səviyyədədir"

Xidmət rəisi: "Azərbaycan Ordusunun ərzaq təminatı yüksək səviyyədədir""Azərbaycan Ordusunun ərzaq təminatı ən qabaqcıl ordularla müqayisə ediləcək səviyyədədir və bu təchizat ilbəil yüksəlməkdədir".

"Report" xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi Arxa Cəbhə İdarəsinin Ərzaq Xidməti rəisi polkovnik Eldəniz Yəhyayev "Azərbaycan ordusu" qəzetindən dərc olunan məqaləsində bildirib.

Onun sözlərinə görə, ictimaiyyət bu yüksəlişi Müdafiə nazirinin tapşırığına əsasən keçirilən "Açıq qapı" günlərində əyani şəkildə görür, belə təchizatla qürurlanır: "Bunlar ordu-ictimaiyyət münasibətlərinin dönməzliyini təmin edən amillərdəndir. Son illərdə onlarla yeni hərbi hissə inşa edilib, onlarla hərbi hissə əsaslı təmir olunub. Yeni inşa edilən hərbi hissələrin ikisinin açılışında cənab Ali Baş Komandan da iştirak etdi. Bu, şəxsi heyətin mənəvi-psixoloji hazırlığında əlavə stimul oldu. İnşa edilən, əsaslı təmir olunan hərbi hissələrdə əsgər yeməkxanalarının proyektləri Maddi-Texniki Təminat Baş İdarəsinin Arxa Cəbhə İdarəsi ilə konkret olaraq Ərzaq Xidməti İdarəsiylə razılaşdırılır. Nəticə etibarilə bu razılaşma həm yeməkxanaların estetik biçimində, həm də təbii işıqlandırılmasının təmin olunmasında əhəmiyyətli olur. İstər yeni inşa olunan, istərsə də əsaslı təmir edilən hərbi hissələrdə anbarlar yenilənir, ən müasir qurğularla, soyuducularla təchiz olunur ki, bu da müxtəlif növ ərzaqların keyfiyyətli saxlanılması, yeməklərin keyfiyyətli hazırlanmasını təmin edir. Hərbi hissələr bütün infrastrukturlarla təmin olunur. Bütün bunlar yüksək keyfiyyətli ərzaqlardan hazırlanan xörəklərin yüksək keyfiyyətli olacağına zəmanət deməkdir".

Xidmət rəisi vurğulayıb ki, hərbi hissələrdə yeniləşmə prosesi davam edir: "Deməli, bizim xidmət sahəmizdə də yeniləşmə gedir. Bu, bizim fəaliyyətimizdə məsuliyyətimizi, xidməti vəzifələrimizi daha həssaslıqla yerinə yetirməyimizi tələb edir. Biz yüksək təminata malik olan şəxsi heyətə yüksək səviyyədə xidmət göstərməyi vəzifə borcu bilirik. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin tövsiyələri və göstərişləri əsasında Müdafiə Nazirliyinin rəhbərliyi ön xətdə yerləşən hərbi hissələrdə də yenidənqurma tədbirlərini yüksək səviyyədə təmin edib. Bunun nəticəsidir ki, əksər hərbi hissələrdə çörəkbişirmə sexi var, bu da şəxsi heyətin vaxtında isti, təzə çörəklə təmin edilməsi, əlavə işçi qüvvəsinə qənaət olunması deməkdir".

Polkovnik xatırladıb ki, bu günlərdə açılışında Müdafiə naziri general-polkovnik Zakir Həsənovun da iştirak etdiyi Maddi-Texniki Təminat Baş İdarəsinin yeni Mərkəzi Ərzaq anbarı istifadəyə verilib: "Ən müasir saxlama vasitələriylə - quru ərzaq məhsullarının saxlanılması üçün soyuducu sistemlərlə təchiz edilən 500 tonluq anbarlar ordunun şəxsi heyətini yüksək keyfiyyətli ərzaqlarla və konservləşdirilmiş ərzaq məhsullarıyla bundan sonra da yüksək səviyyədə təmin edəcək. Vəzifəsi hərbi hissələrə yüksək keyfiyyətli xidmət göstərmək olan Ərzaq Xidməti İdarəsinin Mərkəzi anbarla bir sırada bölgələrdə də saxlama bazaları və anbarları vardır ki, bunlar da istər məsafə, istərsə də yüksək keyfiyyətli və operativ xidmət baxımından gərəklidir. Yeni ərzaq anbarının açılışında Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətinin ilboyu təzə və yüksək kalorili qida ilə təmin olunması, hərbi hissələrin ərzaq təminatına nəzarətin gücləndirilməsi, ərzaq məhsullarının daha keyfiyyətli saxlanılması və hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə əlaqədar müvafiq tapşırıqlar verdi. Biz bu tapşırıqları da böyük məsuliyyətlə yerinə yetirəcəyik".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 7014   Tarix: 25 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Mənəvi cəhətdən inkişaf etmək istəyiriksə, keçmişimizdən xəbərdar olmalıyıq" - Psixoloq

İstiqamət: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi. "İnsanların mənəvi inkişafı ana bətnindən başlayır. Bəzi valideynlər var ki, uşaqlara qayğını həddən artıq çox göstərir, bəziləri isə heç qayğı vermir. Ona görə də mənəvi inkişaf və tərbiyə ailə tiplərində

17 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO

Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr

17 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021