Kralın keçmiş həyat yoldaşı olan Moskva gözəli səhhətindəki problemlərdən danışdı - FOTO

Kralın keçmiş həyat yoldaşı olan Moskva gözəli səhhətindəki problemlərdən danışdı - FOTO27 yaşlı model və "Miss Moskva 2015" Oksana Voyevodinanın səhhətində ciddi problemlər yaranıb.

Oxu.Az xəbər verir ki, 49 yaşlı Malayziyanın keçmiş kralı V Məhəmmədin keçmiş həyat yoldaşı "İnstagram" hesabında həyatının gizli məqamlarını izləyiciləri ilə bölüşüb. Keçən il bahar fəslinin son aylarında kralla evlənib, bir oğlan övladı dünyaya gətirən Oksana doğuşdan sonra aşkarlanan problemləri gün üzünə çıxarıb.

"Hamiləlikdən əvvəl hər zaman idmanın bir sıra növləri ilə məşğul idim - fitness, yoqa, pilates, xizək, tennis, avtoport, Tayland boksu və s. Adi həyat tərzimə qayıda biləcəyim anı gözləyirdim, amma...

Keçmiş ərimlə qalmaqallı şəkildə ayrıldığım zaman bir anestezioloq məni görməyə gəldi və o anda özümü o qədər pis hiss etdim ki, ağrıdan artıq gözlərimə qaranlıq gəlirdi. Xatırlayıram ki, həkim inyeksiyadan əvvəl qəzəbləndi. Ona skolioz keçirdiyimi söyləyəndə bildirdi ki, əgər mən doğru şəkildə oturmayıb, özümü əsdirsəm, dərmanı düzgün şəkildə bədənimə vura bilməyəcək. Nəticəsi isə çox pis olacaq. Bundan sonra bədənimə rahatlıq gəldi. Ancaq ertəsi gün səhər kürəyim düzləşmədi.

Təxminən, iki ay yaşlı bir qadın kimi gəzdim. MRT-yə getdim - və 3 yırtıq, çıxıntılar və sümük iliyi problemimin olduğu ortaya çıxdı"- deyə, Oksana sosial şəbəkədə at sürmə dərsinin videosunu paylaşarkən şərh verib.

Model səhhətində üzləşdiyi problemlər səbəbi ilə müxtəlif mütəxəssislərə müraciət etdiyini, lakin bu günə qədər aldığı müalicənin təsirini görmədiyini vurğulayıb.

"On neyrocərrah, ortoped, osteopatın qəbulunda oldum. Atam osteopatiya problemimi həll edəcəyini söylədi. Təəssüf ki, o da mənə kömək edə bilmədi. İndiyə qədər vaxtaşırı kəskin ağrılardan titrəyirəm və bu səbəbdən idman fəaliyyətimi dayandırmışam. Mütəxəssislərin gəldiyi qənaətə əsasən, mənə daimi şəkildə dartınmaq və üzmək lazımdır".

Qeyd edək ki, Oksana Voyevodina ilə V Məhəmmədin boşanması ilə bağlı məlumatlar iyulun 17-də yayılıb. Bildirilib ki, kral həyat yoldaşı ilə iyulun 1-də rəsmən boşanıb. İlkin məlumatlara görə, kral xəyanət səbəbindən Voyevodinadan boşanıb. Ancaq "Miss Moskva" boşanma səbəbini açıqlamaqdan imtina edib.

Bundan sonra V Məhəmmədin vəkili Ko Tien Xua bildirib ki, Voyevodinanın övladının bioloji atasının kral olduğu ilə bağlı heç bir obyektiv səbəb yoxdur. Öz növbəsində vəkil Dmitri Mordvinsev deyib ki, Malayziya qanunlarına və şəriətə görə V Məhəmmədin Voyevodinadan oğlunu almağa haqqı var.
Kralın keçmiş həyat yoldaşı olan Moskva gözəli səhhətindəki problemlərdən danışdı - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 6086   Tarix: 26 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kişi əqrəb yeyib özünü öldürdü

Türkiyədə əqrəb yeyən kişi ölüb. Türkiyə mediasına istinadən xəbər verir ki, Kayserinin Hasancık kəndində yaşayan 56 yaşlı Bilal Yiğit depressiyaya düşməsi nəticəsində 2 əqrəb yeyib. Avtobusla Artvinə gedən Bilal Yiğitin Samsunda avtobusda ikən vəziyyəti pisləşib. Xəstəxanaya aparılan Yiğit 2 əqrəb yediyin

18 aprel
.

Kişi ona borc verməyən dostunu öldürüb basdırdı

Dağıstanda kişi dostunu öldürüb. Rusiya KİV-ə istinadla bildirir ki, Dağıstan sakini dostundan borc olaraq 10 min rubl istəyib. Ancaq rədd cavabı aldığı üçün onu bıçaqla vuraraq kəndin kənarında basdırıb. Hadisə İrganay kəndində baş verib. Cinayətkar özü polis şöbəsinə gedərək, törətdiyi cinayəti etira

17 aprel
.

Dünyanın sonundan qorxub ofisianta külli miqdarda bəxşiş verdi

ABŞ-da bir restoranın müştərisi ofisiant üçün böyük bir bəxşiş qoyub. Bu barədə onun dostu Reddit platformasında məlumat yayıb. xarici KİV-ə istinadla bildirir ki, istifadəçilərdən biri aprelin 8-də baş vermiş son Günəş tutulması ilə bağlı qeyri-adi hekayəni paylaşıb. Məlumata əsasən, müştəri müntəzə

18 aprel
.

Ermənistan Müdafiə Nazirliyinin keçmiş binası partladıldı - Video

İrəvanda Ermənistan Müdafiə Nazirliyinin keçmiş binası partladılıb. "Qafqazinfo" "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, partlayış hökumətin qərarı ilə həyata keçirilib. Bildirilir ki, bina son illər ölkənin Dövlət Gəlirləri Komitəsinin balansında olub. Sözügedən tikilini

17 aprel
.

Ölən əmisini banka gətirib kredit götürməyə çalışdı - VİDEO

Braziliyada bir qadın ölən əmisini banka gətirərək kredit götürməyə çalışıb. xarici mediaya istinadən xəbər verir ki, bank rəsmiləri vəziyyəti görüb polisə məlumat verib. Braziliyada bir bankda cib telefonu ilə lentə alınan görüntülər qısa zamanda sosial mediada trend mövzusu olub. Qadın ölən əmisi bankda

17 aprel
.

1 yaşlı körpənin faciəvi ölümü: eyvanda oynarkən...

8-ci mərtəbədən yıxılan 1,5 yaşlı körpə həyatını itirib. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Əldə edilən məlumata görə, binanın eyvanında oynayan 1,5 yaşlı uşaq 8-ci mərtəbədəki evlərinin eyvanından yıxılıb. Ətrafdakı insanlar cəld sağlamlıq qruplarına məlumat verib

18 aprel
.

Dəhşət! Ata fiziki qüsurlu 18 yaşlı qızına 11 yaşından başlayaraq...

Fiziki qüsurlu 18 yaşlı qızına 11 yaşından başlayaraq 4 il ərzində cinsi təcavüz etdiyi məlum olub. xarici mediaya istinadən xəbər verir ki, atanın şübhəli qızını izləmək üçün hamam və tualetə kamera yerləşdirdiyi məlum olub. Fiziki qüsuru səbəbilə axsayaraq yeriyən qız 2022-ci ildə anası və bacısını

19 aprel
.

Restoranda dəhşətli yanğın olub

Türkiyədə restoranda dəhşətli yanğın baş verib. xarici mediaya istinadən xəbər verir ki, başlayan yanğın qısa müddət ərzində park edilmiş avtomobilə və ona bitişik 3 mərtəbəli binaya keçib. Ətrafdakı vətəndaşların xəbəri üzərinə hadisə yerinə çoxlu xilasetmə qrupları sövq edildi. Hadisə yerinə gələ

18 aprel
.

Telefon yanıb sahibini öldürdü

Rusiyanın Perm şəhərində mobil telefon evdə yanğına səbəb olub. yerli KİV-ə istinadla xəbər verir ki, Raboçe-Krestyanskaya küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının mənzilində mobil telefon kortəbii alışıb. Nəticədə 72 yaşlı kişi xəsarət alıb. O, daha sonra xəstəxanada dünyasını dəyişib. "İlki

17 aprel