Abşeronda məktəbliləri vuran sürücü həbs edildi
Xırdalanda iki azyaşlını vuran sürücü barəsində həbs-qətimkan tədbiri seçilib.
APA-nın məlumatına görə, yanvarın 23-də Xırdalan şəhəri ərazisində səki ilə hərəkət edən piyadalar - 2005-ci il təvəllüdlü Asu Səbzəliyeva və 2006-cı il təvəllüdlü Fidan Orucovanı avtomobillə vurub onlara bədən xəsarətləri yetirməkdə təqsirli bilinən Cəmil Bəylərov məhkəmə qarşısına çıxarılıb.
Abşeron Rayon Məhkəməsinin qərarı ilə C.Bəylərov barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, məlum hadisə yanvarın 23-də saat 14 radələrində Xırdalan şəhəri ərazisində qeydə alınıb. Cəmil Bəylərovun idarə etdiyi "Mercedes-Benz" markalı, 99-KR-546 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək səki ilə hərəkət edən piyadalar - 2005-ci il təvəllüdlü Asu Səbzəliyeva və 2006-cı il təvəllüdlü Fidan Orucovanı vurub.
Xəsarət alan piyadalar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Aparılmış istintaqla hadisənin C.Bəylərov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutulub.
Qeyd edək ki, zərərçəkənlər orta məktəb şagirdləri olub.
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Hadisə Baxılıb: 1791 Tarix: 27 yanvar 2020
Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş
Unvan.az - elanlar sayti
Xırdalanda avtomobili əzilən sürücü bıçaqlanıb
Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.. Sonxeber.az APA-ya istinadən xəbər verir ki, hadisə AFF Park yaşayış massivinin qarşısında baş verib. Belə ki, 1971-ci il təvəllüdlü Abuzərov Nurəddin Əmir oğlu idarə etdiyi "Mercedes" markalı avtomobili naməlum şəxs əzib.. Buna etirazını bildirə
27 yanvar 2020Sumqayıtda narkotik qəbul edən şəxs hamamda öldü
Sumqayıt şəhərində ölüm hadisəsi qeydə alınıb. . . Sonxeber.az apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Niyazi küçəsində fəaliyyət göstərən hamamda baş verib. . . 1979-cu il təvəllüdlü şəhər sakini Abdullayev Sənan Tasin oğlu qəflətən dünyasını dəyişib. . . İlkin ehtimala görə, 41 yaşlı kişi yüksə
27 yanvar 2020Azərbaycanda 17 yaşlı qız doğuş etdi, uşaq öldü
Gəncə şəhərində yetkinlik yaşına çatmayan hamilə qız doğuş həyata keçirib.. . Sonxeber.az "Report"a istinadla xəbər verir ki, 2003-cü il təvəllüdlü, şərti adı N.Z. olan Gəncə şəhər sakini təcili tibbi yardım maşını ilə doğuş üçün xəstəxanaya aparılıb.. . O, xəstəxanaya çatdırılsa da, "uşa
27 yanvar 2020Azərbaycanda zəlzələ oldu
Mingəçevirdə maqnitudası 3,4 olan zəlzələ olub.. . Respublika Seysmoloji Xidmət Mərkəzindən Sonxeber.az-a verilən məlumata görə, zəlzələ saat 05:35-də Mingəçevir stansiyasından 10 km şimal-qərbdə qeydə alınıb.. . Zəlzələ hiss olunmayıb.
27 yanvar 2020Azərbaycanda yas çadırı yandı
Tovuz rayonunda yas çadırı yanıb.. . BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb.. Belə ki, dünyasını dəyişən Elxan İsmayılovun 3 mərasimi keçirilib. Gecə isə yas çadırı alışıb.. . Hadisə yerinə Tovuz rayon Yanğından Mühafizə İdarəsinin əməkdaşlar
26 yanvar 2020Azərbaycanda meşədə azan gənclər xilas edildi
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şabran rayonu, Zeyvə kəndi yaxınlığında, meşəlik ərazidə 3 nəfərin azaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.. . Sonxeber.az FHN-ə istinadən xəbər verir ki, dərhal qurumun Şimal Regional Mərkəzinin və Dövlə
26 yanvar 2020Bakıda sərnişin avtobusu yük maşınına çırpıldı - VİDEO
Bakıda sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib. . . Oxu.Az xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb. . . Belə ki, 83 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobus yük maşınına arxadan çırpılıb. . . Qəzanın səbəbləri və xəsarət alanlarla bağlı məluma
26 yanvar 2020Bir ailənin 3 üzvünün öldüyü qəzadan VİDEO
Xəbər verdiyimiz kimi, bu gün saat 10:11 radələrində İsmayıllı rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.. . Unikal.org xəbər verir ki, mikroavtobusla "VAZ" markalı minik avtomobilinin toqquşması nəticəsində ata, ana və övladı dünyasını dəyişib. Xəsarət alanlardan 7-8 nəfər İsmayıll
26 yanvar 2020