Karbamidin dəmir yolu ilə böyük kisələrdə daşınmasına başlanılıb

Karbamidin dəmir yolu ilə böyük kisələrdə daşınmasına başlanılıbAzərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıtda yerləşən Karbamid zavodunda istehsal olunan karbamid məhsulunun dəmir yolu vasitəsilə konteynerlərdə böyük kisələrdə (big bag) daşınmasına başlanılıb.

SOCAR-dan "Report"a verilən məlumata görə, böyük kisələrdə olan karbamid "SOCAR Carbamide" zavodunda konteynerlərə yüklənir və ardından Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Türkiyə istiqamətində göndərilir.

997,5 ton həcmindəki ilk karbamid partiyasının alıcısı "Pinharras" şirkətidir.

Xatırladaq ki, Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa edilən Karbamid zavodu 2019-cu il yanvarın 16-da istifadəyə verilib. Zavod 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir. İstehsal həcminin, təxminən, 70 faizi ixrac üçün nəzərdə tutulub ki, bu da ölkəyə ildə 160 milyon dollara qədər əlavə gəlir əldə etməyə imkan verəcək.

"SOCAR Carbamide" zavodu hazırda ölkədə qeyri-neft sektorunda həyata keçirilən ən böyük layihədir və onun ümumi investisiya dəyəri təxminən 800 mln. avro təşkil edir.

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti Azərbaycan, Gürcüstan və Türkiyənin dəmir yolu şəbəkələrini birləşdirən nəqliyyat dəhlizidir.

2017-ci il oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan, Gürcüstan və Özbəkistanın hökumət başçıları - Bakıtjan Saqintayev, Giorgi Kvirikaşvili və Abdulla Aripov, eləcə də digər rəsmi şəxslər iştirak ediblər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1693   Tarix: 27 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İçinə mis doldurulan saxta qızıllar: Dələduzluğun qarşısı necə alınacaq? - VİDEO

Çəkisi ağır, qiyməti münasib, içi isə mislə dolu. Sosial şəbəkələrdə tərkibinə mis doldurulan qızıllar ilə bağlı görüntülər yayılıb. xəbər verir ki, zərgər Elnur Hüseynov "Xəzər Xəbər"ə açıqlama verib. O bildirib ki, son günlər qızıl alarkən vətəndaşlar fırıldağa məruz qalır. Zərgərlər deyi

16 aprel
.

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub - TƏFƏRRÜAT

Bakı Avrasiya Universitetinin prorektoru Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu haqda xəbərlər yayılıb. məlumat verir ki, yayılan xəbərlərə əsasən, BAU-nun prorektoru dostları ilə birlikdə Gürcüstanın paytaxtı Tiflisə istirahətə yollanıb və aprelin 11-də əyləncə məqsədi il

16 aprel
.

Mələkxanım Eyubovanın qızı Nəzrinin xınası - FOTO/VİDEO

Ötən gün Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrin Nəcəfovanın xınası baş tutub. xəbər verir ki, Nəzrin yaxın rəfiqələrini biraraya yığaraq məkanlardan birində özünə kiçik xına məclisi təşkil edib. Bloger bu barədə sosial şəbəkə hesabında bildirib. O xınasından olan özəl görüntüləri sosia

16 aprel
.

Quzu ətinin qiymətinə satılan qulançar - VİDEO

Yaz aylarında təbii bitən, xüsusilə də qida kimi istifadə edilən bitkilərə maraq çoxalır. Belə bitkilərdən biri də qulançardır. Əsasən dadı və tərkibinin zənginliyi ilə seçilən qulançar çoxlarının qida rasionunda xüsusi yer tutur. İndi qulançarın yığım vaxtıdır. Məhsul əl ilə yığılır və 200-250 qramlı

15 aprel
.

Bakıda 52 yaşlı kişi intihar etdi - FOTO

Bakıda 52 yaşlı kişi özünü yaşadığı hündürmərtəbəli binadan aşağı atıb. xəbər verir ki, hadisə Aşıq Molla Cümə küçəsi, 2A ünvanında yerləşən çoxmərtəbəli binada qeydə alınıb. Hadisə şahidləri həmin binada intihar edən şəxsin bacısının yaşadığını bildirirlər. Hadisə yerindən görüntünü təqdim edirik:

15 aprel
.

Azərbaycanda imtahandan az bal toplayan abituriyent evdən qaçdı - FOTO

Azərbaycanda imtahandan az bal yığan abituriyent evdən qaçdı. xəbər verir ki, bunu ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan Sadiq Məmmədlinin anası bildirib. O, qeyd edib ki, oğlu imtahandan az bal yığdığı üçün onu danlayıb: . "Oğlum bu gün səhər saatlarında evdə

15 aprel
.

Bakıda 12 yaşlı qızcığazı paltar almaq adı ilə qaçırıb evləndilər - Ülkərlə bağlı DƏHŞƏTLİ FAKTLAR - VİDEO

Bakıda 12 yaşı olarkən Ülkər adlı qız ərə verilib. Onun 13 yaşında övladı dünyaya gəlib. xəbər verir ki, bu barədə o, jurnalist Nuranə Gülərə danışıb. Hazırda 25 yaşı olan Ülkərin iddiasına görə, 4 ildir övladını ona göstərmirlər. "12 yaşım olanda məni qaçırdılar. Həmin vaxt 119 saylı orta məktəbi

16 aprel
.

Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır

Bu gün saat 11:00-dan ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə başlanılır. "Report" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. vasitəsilə Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sisteminə qoşulmuş ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlar

16 aprel
.

"Sədərək Yusif"in oğlu yenə GÜNDƏM OLDU

"Sədərək" ticarət mərkəzinin sahibi Yusif Qədimbəylinin oğlu Orxan Qədimbəyli torpaq mübahisələri ilə bağlı "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən məhkəməyə şikayət edib. -ın "Unikal"a istinadən məlumatına görə

16 aprel