"Dünya bazarında qazın qiyməti qarşıdakı aylarda o qədər də ucuzlaşa bilməz"-RƏY

"Dünya bazarında qazın qiyməti qarşıdakı aylarda o qədər də ucuzlaşa bilməz"-RƏY"Vygon Consulting"adlı rus şirkətinin məlumatlarına görə, 2020-ci il yazın sonu - yayın əvvəlində Avropada qaz qiymətləri ən aşağı səviyyəyə enəcək və yalnız payızın sonlarında artacaq. Həm anomal isti qış, həm də Ukrayna ərazisindən tranzit qaz tədarükünün dayandırılması təhlükəsi fonunda Avropa anbarlarında toplanan rekord qaz ehtiyatı buna gətirib çıxaracaq.
Avropa qaz anbarlarının təbii qazla dolmasının Azərbaycandan Avrozonaya mavi yanacağın ixrac tədarükünün qiymətlərinə təsir göstərə biləcəkmi?

Mövzu ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli Sonxeber.az-a danışıb. O, bildirib ki, hazırda Azərbaycanın və Rusiyanın qaz ixrac etdiyi ərazilər tamamilə fərqlidir:
"Yəni elə bir ərazi yoxdur ki, o əraziyə bir tərəfdən Rusiya qazı gəlsin, digər tərəfdən Azərbaycan qazı gəlsin. Rusiyanın"Vygon Consulting"adlı rus şirkətinin araşdırması Rusiyanın qaz ixrac etdiyi ümumi ərazilərə aiddir. Yəni söylənilən o təhlükə Azərbaycanın qaz kəmərlərinə və onun tədarük etdiyi ərazilərə aid deyil. Ola bilsin ki, bu qaz ehtiyatlarının çoxalması yayda Rusiya qazının qısamüddətli ucuzlaşmasına gətirib çıxara bilər. Amma hər halda bu bir proqnoz və hesablamalardır. Çünki Azərbaycanın qaz ixrac etdiyi ərazilərdə belə bir problem yoxdur. Bizim qaz satdığımız ölkələrin qaz ehtiyatı yaratmaq tələbatı yoxdur. Çünki,bizim kəmərlərdə "Vygon Consulting"adlı rus araşdırma şirkətinin dediyi təhlükə mövcud deyil. Bu səbəbdən də bizim alıcıların anbarlarında deyilən qədər qaz ehtiyatları toplanmayıb. Bu sadəcə müəyyən qədər yay mövsümündə qazın ucuzlaşmasına gətirib çıxara bilər. Qaz tədarükçüləri yay mövsümündə qarşıdakı qışı qarşılamaq üçün öz işini planlaşdıraraq yayda daha çox ehtiyat qaz tədarük edirlər. Ona görə də qazın qiyməti yayda stabil olur. Bu baxımdan rus şirkətinin hesablama və proqnozlarını ciddi hesab etmirəm. Ümumiyyətlə dünya bazarında qazın qiyməti qarşıdakı aylarda o qədər də ucuzlaşa bilməz. Qeyd edim ki, 5-10 dollar ucuzlaşsa belə, ciddi ucuzlaşmadan söhbət belə gedə bilməz. Bu da Azərbaycanın birbaşa seqmentinə çox az təsir edə bilər".

Fəridə Ağazadə


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 2104   Tarix: 27 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqlayıb. AMB-ə istinadən xəbər verir ki, ABŞ dollarının rəsmi məzənnəsi dəyişməyərək 1.700 manat təşkil edir. Manata nəzərən avronun məzənnəsi 2.0681, 1 türk lirəsi 0.2042 manat, 1 rus rublu 0.0231 manatdır

18 may 2021
.

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,43 ABŞ dolları, yaxud 0,6 % azalıb. xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 73,53 ABŞ dolları təşkil edib. Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağ

4 sentyabr 2021
.

Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələr - Siyahı

2021-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 169 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 100 ölkəyə məhsul ixrac olunmuş, 156 ölkədən idxal olunub. Dövlət Statistika Komitəsindən -a verilən məlumatına görə, gömrük orqanlarınd

20 iyul 2021
.

Çip defisitinə görə "Toyota" istehsalı kəskin azaldır

Yaponiyanın avtomobil nəhəngi "Toyota" gələn ay bütün dünya üzrə avtomobil istehsalını 40 % azaldacaq. Report-a istinadən xəbər verir ki, şirkət çip çatışmazlığına görə, sentyabrda 900 min yerinə 500 min avtomobil istehsal edəcək. İstehsalın azalmasına görə gələn aydan Yaponiyadakı bir neç

19 avqust 2021
.

Azərbaycanda avtomobillərin qiyməti niyə bahalaşır? -AÇIQLAMA

Pandemiya dövründə iqtisadi aktivliyin azalması bütün sahələrə öz mənfi təsirini göstərdi. Bu dövrdə ən çox zərər çəkən sahələrdən biri də avtomobil bazarı oldu. Maraqlıdır, hazırda avtomobil bazarında vəziyyət necədir, növbəti mövsümdə qiymətlər hansı istiqamətdə dəyişəcək?. Mövzu ilə bağlı -ın sulların

15 may 2021
.

Ceyhan limanından nə qədər BTC nefti nəql olunub?

Bu ilin yanvar-iyul ayları ərzində Bakı-Tiflis-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən "BOTAS International Limited" (BIL) şirkəti Ceyhan terminalından 113,8 milyon barrel xam neft nəql edib. xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb. Bu həcmdə xa

31 iyul 2021
.

Azərbaycanda ərzaq məhsulları 5%-ə yaxın BAHALAŞIB - RƏSMİ

2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb

13 may 2021
.

Azərbaycanda ərzağın qiyməti niyə bahalaşır? - AÇIQLAMA

2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb

17 may 2021
.

Laçında ətrafında içki məclisi qurulduğu iddia edilən bulağı salan şəxsin övladı danışdı - VİDEO

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə çəkiliş üçün Laçına gedən bir qrup rəsmi şəxsin və deputatın Laçında Humay Hümbətov adlı şəxsin xatirəsinə salınmış bulaq başında kef məclisi qurması ilə bağlı iddialar yayılıb. Yayılan məlumatda bildirilir ki, qeyd edilən məclisdə Laçın rayonunun deputatı Mahi

19 may 2021