"İndi Almaniyada baş verənləri çox təhlükəli mesaj kimi qəbul etməliyik"-RƏY

"İndi Almaniyada baş verənləri çox təhlükəli mesaj kimi qəbul etməliyik"-RƏYAlmaniya hərbi kəşfiyyatı "MAD" 550 hərbi qullquçunun radikal sağçı olmasını müəyyən edib. Ötən il bu rəqəm 360 olub. Bu isə radikal sağın ölkədə olduğu kimi, orduda da radikal sağ güclənir.
Hərbi kəşfiyyatın rəisi bildirib ki, ötən il 14 nəfər radikal düşüncəli şəxs Almaniya ordusundan qovulub, onlardan 8 nəfəri radikal sağçı olub.
Almaniyada və ümumiiyyətlə. Son illərdə Avropada radikal sağ fikirlər sürətlə yüksəlir. Almaniyada radikal sağçı AFD (Almaniya üçün alternativ) Partiyası isə ilk dəfə 12 faizdən çox səsə qazanaraq bütün Avropanı qorxudub.
Radikal sağ fikirlərin Avropada, xüsusən də bu məsələdə "acı təcrübəsi" olan Almaniyada yenidən güclənməsi qitəyə və ümumiyyətlə, dünyaya nə vəd edir?
Sağ fikirlərin güclənməsi hansı riskləri daşıya biləcək?
Mövzu ilə bağlı politoloq Mübariz Əhmədoğlu Sonxeber.az-a açıqlama verib. O, bildirib ki, Hitler Almaniyada hakimiyyətə yalnız və yalnız demokratiya yolu ilə gəlmişdi:
"Yəni o heç bir çevriliş etmədən, heç bir diktatura üsuluna əl atmadan hakimiyyətə gəldi. Lakin faşizmi demokratik yolla hakimiyyətə gələndən sonra qurdu. Fikir vermisinizsə, Yaxın Şərqdə gedən proseslərdə tendensiya daha çox dinə cahil formada meyillənməkdən ibarətdir. Əslində burada yeganə problem dini təbliğ edənlərin cəhaləti üzərindədir. Yəni dini liderlər, din xadimləri İslam dinimizin mütərrəqi normalarını təbliğ etsəydilər, Yaxın Şərqdə çoxdan şüurda intibah baş vermişdi və bu da cəmiyyətin ümumi inkişafına, o cümlədən iqtisadi inkişafına da müsbət təsir edəcəkdi. Mən nəyə görə bu giriş ilə danışdım? Yəni bütün dünyanın bəlası Avropadan başlayıb. Biz Avropaya sosial rifah, texnologiya, demokratiya, inkişaf mənbəyi kimi baxırıq amma çox təəssüf ki, dünyanın bütün problemləri Avropadan qaynaqlanıb. Buna misal olaraq yüzillik müharibəni, ondan 3-4 əsr sonra artıq birinci, ikinci dünya müharibələrini göstərə bilərik. Ona görə də Avropa bizə təkcə müasir texnologiyanı göndərməyib, eyni zamanda ölkələrə bu müharibələr məhz Avropadan daxil olub. İndi Almaniyada baş verənləri isə çox təhlükəli mesaj kimi qəbul etməliyik.
Qeyd etməliyəm ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev hər tərəfli olaraq çox ölçüb-biçilmiş, sanballı mövzu ortalığa qoymağı bacarır. Bəzən Prezidentimiz çox həsas yanaşır, xüsusilə Avropa tərəfdən Azərbaycanda multikulturalizmə, tolerantlığa laqeyidlik halları olanda.
Çox təəssüf ki, Almaniyada əvvəl Hollandiyada, bu gün İngiltərənin özündə də baş verənləri müəyyən mənada normal düşüncə tərzi kimi qəbul etmək mümkün deyil. O ölkələrdə faşizmə çağırış olmasa da hər halda baş verənləri normal standart yanaşma prizmasından dəyərləndirmək mümkün deyil. Ordunun və xüsusi xidmət orqanlarının bir şüuru, bir ideologiyası, yəni yalnız və yalnız dövlətçilik olmalıdır. Əgər Almaniya tərəqqi, rifah, demokratik inkişaf yolunu seçirsə Almaniya ordusu və xüsusi xidmət orqanları da buna əməl etməlidir. Dövlətin xüsusi xidmət orqanları, güc strukturları dövlətin ideologiyasından kənara çıxmamalıdr. Xüsusilə qadağan olunmalıdır ki, ekstremist, separatçı, faşist ideologiyalar qurmağa yol tapa bilməsin.
Bu gün prezident İlham Əliyevin Azərbaycan üçün ortalığa qoyduğu tarixi, milli dəyərimiz olan multikulturalizm, tolerantlıq Avropa tərəfindən öyrənilməlidir. Məhz Avropada da işlər bu istiqamətdə getməlidir. Yəni Avropa başa düşməlidir ki, tolerantlıqdan uzaqlaşacaqsa həm özləri, həm də dünya üçün faciə ilə nəticələnə bilər. Bu gün Avropa dünyanının aparıcı hissəsidir. Tutaq ki, Avropa bu gün dünyanın şüur mərkəzi, elitası və dünyanın beynidir. Bəli, güc mərkəzi deyil, vahid ordusu, nüvə, raket arsenalı yoxdur. Amma buna baxmayaraq iqtisadiyyatı yaxşı vəziyyətdədir. Avropanın dünyanın elitası olmasını heç kim inkar edə bilməz. Əgər dediyiniz proseslər şüuru korlayırsa, demək bütün dünyanın özündə xaos, faciə baş verə bilər".

Fəridə Ağazadə


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 5412   Tarix: 27 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rusiya Azərbaycanın şərtlərini qəbul edib - Eskpertən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Lavrovla Mirzoyanın görüşündə əsas diqqətçəkən məqamlardan biri də birgə mətbuat konfransında Rusiya XİN başçısının erməni diversantlarla bağlı açıqlaması və Ermənistan XİN rəhbərinin dəfələrlə Qarabağın "status"u məsələsini qaldırmasına baxmayaraq, Lavrovu

2 sentyabr 2021
.

Paşinyanın arvadı haqda sensasion məlumat yayıldı

Erməni mənbələri xəbər verir ki, 44 günlük müharibənin ilk günlərində Nikol Paşinyanın xanımı Anna Akopyan Rusiyanın əleyhinə sərt fikirlər səsləndirib. Baş nazirin xanımı bildirib ki, "əsrlər boyu özünü bizə müttəfiq kimi sırıyan Rusiya əslində heç də bizim müttəfiq və tərəfdaşımız deyil"

9 sentyabr 2021
.

G7 ölkələrinin XİN rəhbərləri gələn həftə Əfqanıstanı müzakirə edəcəklər

"G7" ölkələrinin xarici işlər nazirləri gələn həftə Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər. TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Toshimitsu Motegi bildirib. "Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün "G7" gələn həftə xarici işlə

5 sentyabr 2021
.

Rusiya Dumasında pedofillər üçün edam cəzası müzakirə olunur

Rusiyada pedofillər üçün edam cəzasının geri qaytarılması zəruridir. Bu təklifi deputat, Rusiya Dövlət Dumasının Dövlət Tikintisi və Qanunvericilik Komitəsi sədrinin birinci müavini Mixail Yemelyanov irəli sürüb. Yemelyanov Kiselyovskda əvvəllər cinsi təcavüzə görə məhkum edilmiş şəxs tərəfindən on yaşl

8 sentyabr 2021
.

Azərbaycan yeni anti-terror əməliyyatı həyata keçirə bilərmi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Şuşa istiqamətində ermənilərin həyata keçirdiyi təxribat, onların itki verib, geri çəkilməsi ilə yekunlaşdı. Həmin hadisədən sonra Azərbaycan dövlətinin Şuşa və ətraf bölgələrdə yerləşən qanunsuz erməni silahlı birləşmələri üzərində anti-terror əməliyyatı aparması məsələs

4 sentyabr 2021
.

İlham Əliyev Zəfər yolunda işlərlə tanış oldu - FOTO + YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanış olub. Dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Zəfər yolunun tikintis

29 avqust 2021
.

Sülhməramlıların sayı niyə gün-gündən artır? - Deputatdan AÇIQLAMA

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülməramlıları, üçtərəfli 10 noyabr bəyənatına zidd olaraq, bölgəyə 1960 hərbçi deyil, 8 minə yaxın sülhməramlı qüvvələrə xidmət edən hərbi-tibbi personalın dislokasiyasını təmin ediblər. Məsələ ilə bağlı saytına açıqlama verən deputat Bəhru

10 sentyabr 2021
.

Azərbaycan XİN səssizliyini pozdu: Rusiyaya etiraz edildi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Rusiyanın ticarət sahəsində vahid informasiya sisteminin rəsmi internet səhifəsində ( ) Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlıların təminatı ilə əlaqədar tender elanı ilə bağlı yerləşdirilmiş məlumatda qondarma "Dağlıq Qarabağ Respublikası"

4 sentyabr 2021
.

Yeni "Taliban" hökumətində kimlər olacaq? - ARAŞDIRMA

Avqustun 15-də "Taliban"ın Əfqanıstanda nəzarəti ələ keçirməsindən sonra bütün gözlər yeni hökumətin necə qurulacağına yönəldi. Euronews-a istinadən xəbər verir ki, "Taliban" mənbələrindən əldə edilən məlumata görə, Şeyx əl-Hadis Məvləvi Abdulhakim Sahib Əmir əl-Muminun (Möminləri

4 sentyabr 2021