Azərbaycandan Elazığa köçən ailə dəhşətli zəlzələ anından danışdı — VİDEO

Azərbaycandan Elazığa köçən ailə dəhşətli zəlzələ anından danışdı — VİDEOTV 8 Türkiyənin Elazığ bölgəsində baş verən güclü zəlzələdə zərərçəkən ailələr barədə süjet hazırlayıb.
Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, Acun Ilıcalının təqdim etdiyi "Tək Ürək" proqramında sakinlər hadisəni qorxu içində ağlayaraq danışıblar. Onlardan biri də Azərbaycandan Elazığa köçən Zeynalovlar ailəsidir.

Arzu Zeynalova zəlzələnin 18 aylıq oğlu Kumsala süd verən zaman baş verdiyini qeyd edib: "Üçüncü mərtəbədə yaşayırdıq. Qohumlarımız, həyat yoldaşım evdə idi. Özüm isə övladıma süd verirdim. Hər zaman zəlzələdən çox qorxmuşam. 15 gündür gecə rahat yata bilmirdim. Narahat idim. Yüngülvari ev silkələndi, ərimə zəlzələ olduğunu dedim, mənə gülərək söylədi ki, hər şeyi şişirdirsən. Bir gurultu gəldi, saat yerə düşdü, divar iki yerə bölündü. Dəhlizə doğru qaçdıq, elektrik kəsildi. Uşaq da qucağımdadır. İki-üç addım atdım, evin yarısı çökdü. Ərim bizi qucaqladı, aşağı əyildik. Qarşımızdakı divar da çökdü, başımı qaldırdım ki, hər yan dəmirdir, əlimdən yaralandım, amma təkcə məni övladım maraqlandırırdı.

Üç dəfə yerə düşdük. Çox qorxdum, tez övladıma baxdım. 2 dəfə gözünü açıb mənə baxdı, 3-cüdə belə olmadı, öskürmədi, səsi çıxmadı. Dedim ki, uşaq getdi. Əlimdən heç nə gəlmirdi. Əmzirmək istədim, gördüm ki, südüm gəlmir. Düşündüm ki, sağ çıxmayacağıq. 7 dəqiqə sonra səs gəldi, bizə köməklik göstərdilər. Mən şokda idim, zirzəmiyə düşmüşdük. Bu, necə ola bilərdi? Oğlum Kumsalın saçı çox uzun idi, bir neçə gün əvvəl onun saçlarını indi dünyasını dəyişən xanımlardan biri kəsmişdi. Çox təəssüf".

O, eyni zamanda Azərbaycandan Türkiyəyə 5 lirə pulla gəldiyini, dağılan evini çətinliklə aldığını söyləyib :

"Ərim şokda idi, onun çiyinlərindən tutub silkələdim, dedim ki, mənə bax, göz təması qur, dağılan evimizə baxma, evimiz qucağımdadır. Ərim Azərbaycan vətəndaşıdır. Evimizin əşyalarını yeni almışdıq. Azərbaycandan bura 5 TL pulla gəldik, hər şeyi həyat yoldaşım qurdu".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 2107   Tarix: 28 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Niderlandda bıçaqlı hücum: Ölən və yaralananlar var

Niderlandın Almelo şəhərində bıçaqlı hücum nəticəsində iki nəfər həlak olub, bir nəfər isə xəsarət alıb. Trend-ə istinadən bildirir ki, bu barədə Niderland polisi bildirib. Qeyd olunur ki, hücum edən şəxs özü yaralı vəziyyətdə saxlanılıb. Polis hücumun qarşısını almaq üçün atəş açmalı olub. Hadisəni

17 sentyabr 2021
.

Məzarlıqda gördüyü mənzərə dəhşət saçdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan Joel Morrison "Saint Joseph Katolik"qəbiristanlığı ziyarət edərkən təəccüblü bir hadisə ilə üzləşib. xəbər verir ki, qadın məzarların arasında gəzərkən, qəbirlərdən biri onun diqqətini çəkib. Joel məzara yaxınlaşdıqda daşların arasında bir qadına məxsus saçı

17 sentyabr 2021
.

Sevgilisinin infarkt keçirdiyini görüb, özünü binadan atdı

İstanbulun Pendik hotelində ölümlə nəticələnən hadisə baş verib. Unikal.org-a istinadən xəbər verir ki, sevgilisi ilə birlikdə hotelə gələn 46 yaşlı Abdülmecit Yılmazın qəfildən vəziyyəti pisləşib. Belə ki, kişi 38 yaşlı sevgilisi Zöhrəyə "Ürəyim sıxılır" deyərək, yardım istəyib. Amma kiş

16 sentyabr 2021
.

Rəqs edən qadın meymun tərəfindən qarət olundu - VİDEO

Çində milli parkların birində gülməli hadisə baş verib. Belə ki, qadının təbiət fonunda rəqs etmək həvəsi onun meymun tərəfindən qarət olunması ilə nəticələnib. Hadisənin görüntüləri sosial şəbəkədə yayılıb. Kadrlarda qadının oynadığı vaxt bir meymunun çevik hərəkətlə onun çantasını qapıb qaçması ək

16 sentyabr 2021
.

Rusiyada dəhşət: Məişət münaqişəsi polis şöbəsinə hücum və kütləvi qətllə nəticələndi - FOTO

Rusiyada Voronej vilayətinin Liski şəhərində polis bölməsinə silahlı hücum edilib. Belə ki, naməlum şəxs oxunmayan nömrələri olan "Niva" ilə şöbəyə gəlib, daha sonra avtomatdan atəş açaraq içəri daxil olub və növbətçi bölməni ev şəraitində hazırlanmış bomba ilə partlatmağa çalışıb. Müşahid

16 sentyabr 2021
.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16 sentyabr 2021
.

Napoleonun baş geyimi hərraca çıxarılır

Fransa imperatoru Napoleon Bonapartın üçkünc şlyapası hərraca çıxarılır. Qeyd edilir ki, Napoleon 1807-ci ildə hərbi kampaniya zamanı bu şlyapadan istifadə edib və Rusiya imperatoru I Aleksandrla görüş zamanı məhz həmin baş geyimində olub. Hərrac sentyabrın 15-dən 22-dək keçiriləcək və Fransa imperatorun

16 sentyabr 2021
.

Bu kəndlərə virusa görə giriş QADAĞAN EDİLDİ

Mardinin Bahçebaşı və Çatalözü kəndləri koronavirusa yoluxma halları artdığı üçün karantinə alınıb. DHA-ya istinadən xəbər verir ki, Rayon Gigiyena Şurasının aldığı qərarı ilə Bahçebaşı və Çatalözü koronavirusa yoluxma hallarının artmasına görə 14 gün karantində olacaq. Karantinə alınan ərazilərin girişin

16 sentyabr 2021
.

Qapını açdıqda ərini deyil, naməlum kişini gördü - Ona elə vəhşilik yaşatdı ki... - VİDEO

Bursada gecə saatlarında baş verən hadisə hər kəsin qəzəb və qorxusuna səbəb olub. -a istinadən xəbər verir ki, evdə ərini gözləyən Necibiye B. qapını açdıqda ərini deyil, oğrunu görüb. O da ona olmazın zülm verib. Başını divara vurub, sonra da bıçaqlayıb. Oğru hadisə yerindən qaçarkən qadın qışqırara

17 sentyabr 2021