Ekspert: "Avtobus sürücülərinə güzəştə getmək digərlərinin borcudur"

Ekspert: "Avtobus sürücülərinə güzəştə getmək digərlərinin borcudur"Tez-tez ictimai nəqliyyatda sürücülərlə sərnişinlər arasında yaranan qarşıdurmaların şahidi oluruq. Əksər hallarda bu kimi vəziyyətlərdə həm zərərçəkən, həm də günahlandırılan tərəf avtobus sürücüləri olur. Lakin əksəriyyətimiz avtobus sürücülərinin stresli, gərgin iş rejiminə, onların saatlarla sükan arxasında olmasına, gün ərzində bir neçə dəfə eyni yolu gedib-gəlməsinə, müxtəlif düşüncəli insanlarla ünsiyyətdə olmasına və bütün bunlardan yaranan əsəb gərginliyinə etinasız yanaşırıq. Görəsən ictimai nəqliyyatlarda baş verən müxtəlif narazılıqlar zamanı bütün hallarda birbaşa avtobus sürücülərini günahlandırmaq düzgündürmü?

Bu barədə "Report"a açıqlamasında nəqliyyat infrastrukturu üzrə ekspert Yasin Mustafayev bildirib ki, təkcə avtobus deyil, bütün böyük ölçülü nəqliyyat vasitələrinə güzəştə getmək digərlərinin borcudur:

"Nəqliyyat sferasında ağrılı sahələrindən biri olaraq sərnişindaşımanı qeyd etmək lazımdır. Bu sahədə infrastrukturun yaradılması, nəqliyyat vasitələrin yenilənməsi, təkmilləşdirilməsi və çalışan heyətin tələb olunan normalara cavab verməsi vacibdir. Qeyd olunan istiqamətlərdə işlər aparılır və yeniliklərin şahidi oluruq. Bakı Nəqliyyat Agentliyi tərəfindən görülən işlərə demək olar ki, şəhərimizin hər yerində rast gəlmək mümkündür. Yol nişanlarının dəyişdirilməsi, yenilərinin qurlaşdırılması, yeni avtobus dayanacaqların təsis edilməsi, yeni avtobusların alınması və digərləri bu qəbildən olan işlərdir.

Ekspert: "Avtobus sürücülərinə güzəştə getmək digərlərinin borcudur"Hazırda ən çox gündəmdə olan məsələlərdən biri sərnişindaşımada birbaşa əsas rol oynayan avtobus sürücüləri ilə bağlı yaranan qayğılardır. Burada günahı təkcə avtobus sürücülərinin və sərnişinlərin və ya digər hərəkət iştirakçılarının üzərinə atmaq düzgün olmaz. Şəxsi təcrübə və müşahidələrimdən prosesdə iştirak edən bütün tərəflərdə az və ya çox dərəcədə xətanın olduğunu söyləyə bilərəm. Məsələn, bu halın yaranma səbəblərindən biri çox vaxt avtobus dayanacaqlarının digər nəqliyyat vasitələri tərəfindən tutulmasıdır.

Belə vəziyyətin qarşısı qanunsuz parklanmaya görə cərimə tətbiq etməklə alına bilər. Qeyd edim ki, bu cərimələrin məbləği aşağı olduğundan effekti də aşağıdır. Sərnişinlər də öz növbəsində dayanacaq olmayan yerlərdə avtobusa minmək və avtobusdan düşmək istəyirlər ki, bu da başqa bir problemin yaranmasına səbəb olur. Belə tendensiya axır vaxtlar qismən azalsa da yenə də baş verdiyi istisna edilmir. Bu yaxınlarda da sürücü və sərnişin arasında gərginliyin hətta dava-dalaşa qədər gəlib çıxdığının sosial şəbəkələrdə oxuduq. Qarşılıqlı hörmət, ehtiram və güzəştin olmaması belə nəticəyə gətirib çıxarır.

Ümumən böyük qabaritli avtobusların idarə edilməsi nəqliyyat sıxlığı şəraitində daha da çətinləşir. Hər bir sürücü özünü avtobus sürücüsünün yerində təsəvvür etsə, bunun nə qədər real olduğunu görər. Buna görə də təkcə avtobus deyil, bütün böyük ölçülü nəqliyyat vasitələrinə güzəştə getmək digərlərinin borcudur. Bu, bəzi hallarda qanun ilə də tənzimlənir. Qeyd olunan məsələlərə kütləvi informasiya və sosial şəbəkələr vasitələri ilə marifləndirmə işlərinin aparılmasına böyük ehtiyac vardır. Həmçinin bu mövzuda video çarxların hazırlanması və reklam lövhələrinin quraşdırılması effektli ola bilər".

Xatırlatma üçün qeyd edək ki, dünən Badamdar qəsəbəsində naməlum sərnişin "BakuBus"a məxsus 3 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsünə hücum edərək onu döyüb. Naməlum şəxs daha sonra avtobusun şüşəsinə zərbə endirərək onu sındırıb.


Sonxeber.az Telegramda izləyin
Sosial   Baxılıb: 4523   Tarix: 28 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Azərbaycanda koronavirus şübhəsi olan xəstə aşkarlanıb? - AÇIQLAMA

"Azərbaycanda koronavirus şübhəsi olan xəstə hələlik aşkarlanmayıb".. . Report xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.. . "Əgər belə hal aşkar olunsa, nəzərdə tutulan tibb müəssisələrində lazım

28 yanvar

Prezident İlham Əliyev koronavirusla bağlı tapşırıq verdi

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Nazirlər Kabinetində Ümumdünya Səhiyyə Təşkilatının və Çin Xalq Respublikası hökumətinin elan etdiyi kimi, Çinin Uhan şəhərində yayılmış və artıq dünyanın başqa regionlarında da qeydə alınmış koronavirus epidemiyasına qarş

28 yanvar

Koronavirusla bağlı Azərbaycanda bu xəstəxanada səkkiz palata ayrıldı

Azərbaycanda yeni koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədi ilə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda xüsusi palatalar ayrılıb.. . Report-un məlumatına görə, tibb müəssisəsində sanitariya-gigiyena, əksepidemik rejimlərin tələblərinin yerinə yetirilməsi v

28 yanvar

Oqtay Şirəliyev dünyanı qorxuya salan koronavirusla bağlı ƏMR İMZALADI

Səhiyyə naziri Oqtay Şirəliyev "Yeni 2019-nCoV koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə" Əmr imzalayıb.. . Publika.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən 2019-cu ilin dekabr ayında ilk dəfə olaraq Çinin Yuhan şəhərində naməlu

28 yanvar

Rayonlar üzrə pensiya hüququ qazana bilmək üçün lazım olan ŞƏRTLƏR

İqtisadçı-ekspert Rövşən Ağayev pensiya hüququ qazana bilmək üçün ən şanslı və daha az şanslı coğrafiyaların statistikası barədə məlumat yayıb.. . O, bu barədə öz "Facebook" səhifəsində məlumat paylaşıb.. . O bildirib ki, Azərbaycanda indiki şərtlərlə qocalanda pensiya şansına sahib olmaq üçü

28 yanvar

Bu nazirlikdə YENİ TƏYİNAT

Müdafiə Sənayesi Nazirliyinə məxsus "Neftqazavtomat Elmi İstehsalat Müəssisəsi" MMC-nin direktoru Malik Məmmədov vəzifəsindən azad olunub.. . Report xəbər verir ki, onu Rasim Gözəlov əvəz edib.. . Yeni direktor bundan əvvəl nazirliyin tabeliyindəki "Avia-Aqreqat Zavodu" MMC-nin direktor

28 yanvar

Polkovnik: "Taktiki təlimlər Azərbaycan Ordusunun hərbi qüdrətinin artırılmasına xidmət edir"

"Taktiki təlimlər döyüş hazırlığının ən yüksək zirvəsidir. Belə tədbirlər Azərbaycan Ordusunun hərbi qüdrətinin, fiziki imkanlarının artırılmasına xidmət edir".. . Bunu "Report"a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Məhərrəm Cahangirov deyib.. . Onun sözlərinə görə

28 yanvar

Restoranda hesaba görə müştərilər administratoru döyüb

Sumqayıt şəhərində yerləşən "Türkan" restoranında müştərilər və iaşə müəssisəsinin administratoru arasında dava düşüb.. . "Report" xəbər verir ki, dörd nəfər müştəri hesabın çox olmasını deyib. Obyektin ofisiantı bununla razılaşmayaraq administratoru çağırıb. Mübahisə administratorl

28 yanvar

Fatimə Mövlamlı döyülüb? - RƏSMİ

Bakı şəhər Baş Polis İdarəsi bloqer Fatimə Mövlamlıya polis tərəfindən təzyiq edilməsi məsələsinə münasibət bildirib.. . BŞBPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, F. Mövlamlının polis tərəfindən saxlanılaraq, ona təzyiq göstərilməsi il

28 yanvar