"DİN-in əlində insanların aldadılması ilə bağlı kifayət qədər məlumat var"-Osman Gündüz

"DİN-in əlində insanların aldadılması ilə bağlı kifayət qədər məlumat var"-Osman GündüzSon ayların ən aktual məsələlərindən biri bildiyimiz kimi sosial şəbəkələrdə qarşımıza çıxan hansısa reklam, oyun və ticari dəvətlərdən gələn təhlükələrdir. Sözsüz ki, bir çox sosial şəbəkə istifadəçisi hansısa yollarla belə oyunların qurbanına çevrilib. Məlumatların oğurlanması, mobil telefona yüklənən oyun xararakterli proqramların təhlükəsi günü-gündən artmaqddır.
Məhz bu məqsədlə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkə istifadəçilərinə rəsmi şəkildə xəbərdarlıq edib. Belə ki, Nazirlik son günlər sosial şəbəkələrdə, xüsusən İnstagram platformasında müəyyən ödəniş qarşılığında vətəndaşlara guya internet xidmətləri göstərən səhifələrin sayının artdığını açıqlayıb. Qeyd edilir ki, səhifə adminləri izləyicilərinə sosial şəbəkə hesablarının şifrələrini qırmaq və ya başqa bir şəxsin mesajlarını izləmək kimi vədlər verir. Nəticədə insanlar üçün təhlükələr yaranır.

Bununla bağlı Sonxeber.az-a danışan Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin rəhbəri Osman Gündüz adıçəkilən problemə aydınlıq gətirib. Son dövrdə Azərbaycanda sosial medianın, internetin kommersiya tərəfinin getdikcə gücləndiyini qeyd edən mütəxəssis insanların məhz sosial media-instaqram, feysbuk üzərindən kommersiya qurmağa, gəlir götürməyə maraqlı olduğunu açıqlayıb:

"Bu tendensiya getdikcə sürətlənir. İnstaqramın biznes yönümü, çəkisi artmaqdadır. Burada kommersiya məqsədi gücləndikcə insanların aldadılması, dələduzluq, onların inam və etibarından sui-istifadə etməyə cəhd edənlər getdikcə artır. Daxili İşlər Nazirliyinin açıqlaması bu tendensiya ilə əlaqədardır. Düşünürəm ki, Daxili İşlər Nazirliyinin əlində insanların aldadılması ilə bağlı kifayət qədər məlumatlar var.
İlk növbədə dələduzluq, hüquq pozulmalarının qarşısının alınması üçün vətəndaşlar birinci özlərinin təhlükəsizlik qayğısına qalmalıdırlar. Yəni birinci özləri bunun fərqində olmaldırlar".
Osman Gündüz bildirib ki, kommersiya məqsədilə istifadə edilən dələduzluqdan əlavə xanımların səhifələrinə də müxtəlif məqsədlər üçün girişlər olunur:

"Belə xanımlar bu cür cəlbedici reklamlara, hansısa cəlbedici xidmətlərə, alqı-satqı məsələlərinə bir qədər ehtiyatla yanaşmalıdırlar. Başqalarına da belə təzyiqlər varmı deyə axtarış verməlidirlər".

Osman Gündü həmçinin əlavə edib ki, əgər insanların, xüsusən də zərif cinsin nümayəndələri olan xanımlarımızın məlumatları, instaqram hesabında olan fotoları oğurlanırsa, mütləq lazımı orqanlara məlumat verməlidirlər:

"Dövlətin bununla bağlı qurumları var, hansı ki, adıçəkilən məsələ ilə birbaşa məşğul olur. Nəqliyyat, Rabitə və Yuksək Texnologiyalar Nazirliyinin yanında Elektron Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyinin də özünün və bununla məşğul olduğu qurumları var. Əgər kriminal hadisə baş veribsə, artıq insanlar hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər. Yəni fərdi məlumat, hesab oğurlanıbsa bu artıq cinayət işi sayılır. Əgər profilaktiki işlərə, informasiya metodiki-dəstəyə ehtiyac varsa, nəsə tədbir görülməlidirsə Rabitə və Yuksək Texnologiyalar Nazirliyinin yanında Elektron Təhlükəsizlik Xidmətinin qaynar xəttinə müraciət edib, dəstək ala bilərlər".

Şəlalə Babayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 5604   Tarix: 28 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18 sentyabr 2021
.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021