Dəm qazından qorunmaq üçün nələrə riayət olunmalıdır? - Ekspert rəyi

Dəm qazından qorunmaq üçün nələrə riayət olunmalıdır? - Ekspert rəyiHər il qış aylarında dəm qazından zəhərlənmələr qeydə alınır. Faciədən qurtulmaq üçün kifayət qədər maarifləndirici məlumatlar yayılsa da, bədbəxt hadisələr baş verməkdə davam edir.

Bəs dəm qazı nədir və əhali dəm qazından qorunmaq üçün nələrə diqqət etməlidir?

Azad İstehlakçılar Birliyinin kommunal xidmətlər üzrə eksperti Nüsrət Qasımov "Report"a bildirib ki, dəm qazı yanma məhsullarının qeyri-natamam yanmasından yaranır: "Qeyri-natamam yanma nəticəsində karbon 4 oksid əvəzinə karbon 2 oksid (monoksid) əmələ gəlir. Karbon 4 oksid ziyansızdır, amma karbon monoksid zəhərlidir. Yəni yanmada zəhərsiz qaz ayrılmaq əvəzinə, zəhərli qaz yaranır. 1 kubmetr qazın yanması üçün, 9.5 kubmetr hava lazımdır. Bu hava proporsiyası pozulanda dəm qazı əmələ gəlir".

O bildirib ki, dəm qazı tüstü bacaları nasazlığından, su qızdırıcıların normativlərə uyğun yerlərdə quraşdırılmamasından, vintilasiya kanalının işləməməsindən yaranır.

Bəs əhali dəm qazından qorunmaq üçün nələrə diqqət etməlidir?

Eksperti Nüsrət Qasımov:

"Tüstü bacaları yoxlanılmalı, vanna otaqlarının havalandırılmasına diqqət edilməlidir".

Ekspert isitmə cihazlarına diqqət edilməsini, tüstü bacalarının mütəmadi yoxlanılmasını, özəl cihazların quraşdırılmasını, həmçinin vanna otaqlarının havalandırılmasına xüsusi fikir verilməsini vacib sayır.

Ekspert bu məsələdə isitmə cihazlarının istismar müddətinə önəm verilməsini vurğulayıb: "Bildiyiniz kimi, hər bir cihazın istismar müddəti var. Bu dördgözlü sobalarda 20 il, su qızdırıcılarında isə 10 ildir. Bu müddət bitdikdən sonra mütləq bu cihazlar dəyişdirilməlidir. Amma elə su qızdırıcılar var ki, Sovet dövründən indiyə kimi işləyir. Onların dəyişdirilməsi vacibdir".

N. Qasımov tüstü bacalarının da ildə iki dəfə yoxlanılmasının vacibliyini qeyd edib O, insanları da daha diqqətli və məsuliyyətli olmağa çağırıb. Bu mənada, N. Qasımov dəm qazını müəyyənləşdirən xüsusi cihazlardan istifadəni də tövsiyə edir: "Bir çox ölkədə monoksid adlı cihaz istifadə olunur. Adi marketlərdə satılan bu cihaz dəm qazının mövcudluğunu qeyd edir və səs siqnalı çalır. Bundan başqa, santexnika mağazalarında satılan detektor cihazı var, qiyməti 35 manat civarındadır. Bu cihazı quraşdırdıqda bütün karbohidrogenlərin, etan, metan, propan, benzin, spirt buxarı ekrana dəyəndə cihaz həm siqnal çalır, həm də elektromaqnit dalğaları göndərir. Bu dalğalar sayğacdan əvvəldə yerləşən klapanla qazın yolunu bağlayır və təhlükəsizliyi təmin edir. Təəssüf ki, bizdə belə cihazları quraşdırmağa meyil yoxdur".

N. Qasımov vanna otaqlarının havalandırılmasına diqqət edilməsini də tövsiyə edir: "Vanna otaqlarında qapıların aşağı hissəsində deşiklər olmalıdır. Bu, təmiz havanın daxil olmasına, yanmaya kömək edir. Bundan başqa, pəncərə gözlüyü daim açıq olmalıdır. Çünki təmiz hava olmayanda, hava karbon monoksidlə dolanda və xaric olmadıqda içəridəki monoksidlə nəfəs almaq konsentrasiyadan asılı olaraq 7 dəqiqədən 30 dəqiqəyə qədər müddətdə insanın həyatına son qoyur. Buna görə də vanna otağının havalandırılması vacibdir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4714   Tarix: 28 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Yusi Ko" MMC BDU-nu məhkəməyə verdi

Bakı Dövlət Universitetinə (BDU) qarşı məhkəmə iddiası qaldırılıb. xəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun icraatına verilib. Məhkəmə iddiası ölkənin tanınmış tikinti şirkətlərindən biri olan "Yusi Ko" MMC tərəfindən podrat müqaviləsi üzrə mübahisələrl

19 aprel
.

Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib

"Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşfiq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi il

19 aprel
.

Rusiya sülhməramlıları bölgəni tərk etdikdən sonra erməni terrorçuları Qarabağda məskunlaşa bilər? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları regionu tərk edirlər. Lakin burada təhlüksizlik baxımından bir sıra suallar yaranır. Rusiya sülhməramlıları bölgəni tərk etdikdən sonra nəzarət Azərbaycana keçir. Rusiya sülhməralıları bölgəni tərk etdikdə

19 aprel
.

Siyavuş Novruzov: "Əgər uşaq evdə dərs oxuyacaqsa, məktəbə niyə gedir?" - VİDEO

"Uşaq məktəbə gəlir ki, burada dərs öyrənsin, oxusun. Bu, evdə oxuyacaqdısa onu niyə məktəbə gətiriblər. xəbər verir ki, bu sözləri deputat Siyavuş Novruzov Milli Məclisdə çıxışı zamanı deyib. O, bildirib ki, Azərbaycan Konstitusiyasında göstərilib ki, təhsil icbaridir, məcburidir. Adətən birinc

19 aprel
.

"Oğlan subay olub, qız isə uşaq evində böyüyüb" - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO

Ötən gün Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində hamam otağından qızla oğlanın meyiti tapılıb. xəbər verir ki, ATV-nin çəkiliş qrupu sözügedən mənzildə olub. Məlumata görə, dünyasını dəyişən 37 yaşlı Ələmdar Babayev subay olub və ailəsi ilə birgə yaşayıb. Onunla birgə dəm qazından boğulan qız is

19 aprel
.

Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO

Orta məktəblər üçün olan yeddi dərslikdə məzmun dəyişikliyi edilib. Sentyabrdan həm Azərbaycan, həm də rus bölməsi üzrə bəzi məktəblilər yeddi fənn üzrə tam fərqli kitablar görəcəklər. -ın məlumatına görə, söhbət ikinci sinif həyat bilgisi, beşinci sinif Azərbaycan dili, riyaziyyat, altıncı sinif coğrafiya

19 aprel
.

Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - Video

İşğaldan azad olunan Kəlbəcərdə tikinti işçilərinin boş ərazidə futbol oynaması diqqət çəkib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Belə ki, görüntülərdə işçilərin boş ərazini stadiona çevirərək, futbol oynadıqları əks olunub. Həmin görüntünü təqdi

19 aprel
.

Növbəti "Əhməd" olayı: 24 yaşlı oğul ailə üzvlərini öldürdü

Sumqayıtda törədilmiş qətl hadisəsi ilə bağlı cinayət işi açılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən "Report"a bildirilib. Qeyd olunub ki, aprelin 19-da Sumqayıt şəhəri ərazisində iki nəfərin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 200-ci il təvəllüdl

19 aprel
.

Bu məhsulları küçədə satanlar 80 manat CƏRİMƏLƏNƏCƏK - VİDEO

Yol kənarlarında və bazarlarda qida məhsullarının satışı aparılır. Bu tendensiyaya son zamanlar daha çox rast gəlinir. Kənd məhsullarının satışında sanitariya və gigiyena qaydalarına çox da diqqət yetirilmir. Bu da həmin qidaları qəbul edən vətəndaşların sağlamlığına mənfi təsir göstərir. xəbər veri

19 aprel