AzTV-nin qocaman əməkdaşı vəfat etdi - FOTO

AzTV-nin qocaman əməkdaşı vəfat etdi - FOTOUzun illər Azərbaycan Dövlət Televiziyasında (AzTV) çalışmış tanınmış ziyalı Aydın Qurbanoğlu (İbrahimov) vəfat edib.

Publika.az xəbər verir ki, AzTV-də bir çox filmlərin və bədii verilişlərin rejissoru, ssenaritsi və redaktoru olmuş Aydın Qurbanoğlu bu gün səhər 84 yaşında dünyasını dəyişib.

Allah rəhmət eləsin!

Qeyd edək ki, A.Qurbanoğlu təhsilini bitirdikdən sonra 1966-cı ildən başlayaraq Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində fəaliyyətə başlayıb. Ştatdankənar müxbir, kiçik redaktor, redaktor, böyük redaktor, baş redaktor və birlik rəhbəri kimi müxtəlif vəzifələrdə işləyib. A.Qurbanoğlu uzun onilliklər boyu Az.TV-də çeşidli və populyar verilişlərin hazırlanmasında iştirak edərək , həm də işlərə rəhbərlik edib. Müxtəlif ədəbi verilişlərdən əlavə " Koroğlu" və "Abbas və Gülgəz" kimi çoxseriyalı film-dastanların müəllifi də A.Qurbanoğludur. Bundan başqa Qızıl fondda saxlanılan "Sufi ocaqları", "Qalalı dağlar", "Gəmiqaya", "Qudyalçay", "Qax abidələri", " Molla Cuma", "Tanrı payım, telli sazım", " İncə dərəsi", " Etnoqrafiq etüdlər", "Səfəvilər" və başqa televiziya filmləri də onun ssenariləri əsasında lentə alınıb.

Aydın Qurbanoğlu uzun illər boyu "Koroğlu" dastanıyla bağlı araşdırmalar aparıb. Müəllifin həmin araşdırmaları özündə əks etdirən "Koroğlu" adlı kitabı 2015-ci ildə işıq üzü görüb.
AzTV-nin qocaman əməkdaşı vəfat etdi - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2588   Tarix: 29 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Siyəzəndə 3 bal gücündə zəlzələ olub. xəbər verir ki, bu barədə AMEA nəzdində Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu xəbər yayıb. Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 4:47-də Siyəzən stansiyasından 220 kilometr şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 28 kilometr dərinlikd

24 mart
.

Qatillərin "Crocus City Hall"dan qaçma anının görüntüləri - VİDEO

Terrorçuların "Crocus City Hall"dan qaçma anını əks etdirən yeni görüntülər yayılıb. Məlumata görə, silahlılar yerli vaxtla saat 19:57-də avtomobili binanın yaxınlığında saxlayıblar. Təxminən 15 dəqiqədən sonra onlar küçəyə qaçaraq maşına əyləşib, Bryansk rayonuna tərəf yollanıblar. Videomüşahid

24 mart
.

Xaçmazda qadının özündən 39 yaş kiçik qohumu tərəfindən öldürülməsinin TƏFƏRRÜATI - YENİLƏNİB + FOTO/VİDEO

Xaçmazda 66 yaşlı Yergüc kənd sakini Səfurə Balacayevanın özündən 39 yaş kiçik qayını oğlu tərəfindən xüsusi amansızlıqla öldürülməsi hadisəsinin bəzi təfərrüatı məlum olub. Bu barədə bizim.media-ya danışan mərhumun oğlu, rayonun Qusarçay kənd sakini Zaur Balacayev bildirib ki, anası hadisə zamanı evd

23 mart
.

"Crocus City Hall"da yüzdən çox insanı ölümdən xilas edən 15 yaşlı azərbaycanlı qəhrəman DANIŞDI: "Başa düşdüm ki, getsəm..."

"Crocus City Hall"da baş verən hadisələr zamanı öz səyləri sayəsində yüzdən çox insanı ölümdən xilas edən on beş yaşlı məktəbli İslam Xəlilov ilə söhbətində başına gələnlərdən danışıb. xəbər verir ki, gənc bir il konsert zalının qarderobunda yarımştat işləyib. Yarım saat ərzində o, 100-də

24 mart
.

Naxçıvan-Sədərək magistralında yol-nəqliyyat hadisəsi olub, 3 nəfər xəsarət alıb

Naxçıvan-Sədərək magistralında yol-nəqliyyat hadisəsi olub, 3 nəfər xəsarət alıb. "Report"un yerli bürosu xəbər verir ki, hadisə Şərur rayonunun Püsyan kəndi ərazisində baş verib. Yüksək sürətlə hərəkət edən "Mercedes" markalı minik avtomobili idarəetməni itirərib və yoldan çıxara

24 mart
.

Dəllək necə terrorçu oldu?-SENSASİON FAKTLAR

Moskva vilayətindəki "Crocus City Hall" konsert zalında terror aktı törətməkdə şübhəli bilinən şəxslər paytaxtın şimalında yerləşən "Okruzjnoy" otelində qalıblar. Rusiya mediası həmin oteldən görüntüləri dərc edib. Otel sahibi deyib ki, onlar martın əvvəlində otaq götürüblər, özlərin

23 mart
.

Qəbələdə beş otaqlı evdə yanğın olub

Qəbələdə beş otaqlı evdə yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qəbələ rayonunun Bılıx kəndində ümumi sahəsi 165 kvadratmetr olan birmərtəbəli beşotaqlı evin dörd otağının və dam örtüyünün yanar konstruksiyaları 153 kvadratmetr sahədə yanıb. Evin qala

24 mart
.

Azərbaycanda kişi Ukrayna vətəndaşı olan arvadını bıçaqladı, yaralı halda qaçdı

Azərbaycanda kişi həyat yoldaşına 5 bıçaq zərbəsi endirib. Ölkə.Az xəbər verir ki, bunu Qadın və Uşaq Sığınacağının sədri Mehriban Zeynalova deyib. O bildirib ki, dəfələrlə əri tərəfindən şiddətli şəkildə döyülən Ukrayna vətəndaşı olan xanım qonşuların köməyə gəlməsi ilə yaralı vəziyyətdə qaça bilib

25 mart
.

Sabirabadda "Mercedes" markalı minik avtomobili yanıb

Sabirabad rayonunun Çöl Beşdəli kəndində "Mercedes" markalı minik avtomobili yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

24 mart