Bakıda nənə körpə nəvələrini niyə öldürdü? – Qorxunc olay barədə YENİ FAKTLAR - FOTO

Bakıda nənə körpə nəvələrini niyə öldürdü? – Qorxunc olay barədə YENİ FAKTLAR - FOTODünən axşam saatlarında Bakı şəhər Nizami rayonu Məzahir Rüstəmov küçəsində yerləşən mənzildə 57 yaşlı Nina Allahverdiyevanın 2 nəvəsini boğaraq öldürməsi və daha sonra özünün intihar etmədi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, N.Allahverdiyevanın qətlə yetirdiyi 6 yaşlı lsu Pikulo və 2 yaşlı Marat Pikulo onun qızı Liliya Allahverdiyevanın Vadim Pikulo ilə nikahından dünyaya gəlibmiş belə ki, 2012-ci ildə evlənən cütlük övladlarını nənələrinə etibar edərək öz peşə fəaliyyətlərinə davam edirblər. Liliya Allahverdiyeva və həyat yoldaşı Bakıdakı elektronika mağazalar şəbəkəsində menecer işləyirlər.

Bildirilir ki, hadisəni törədən Nina Allahverdiyeva sakit təbiətli qadın olub. Təxminən 13 il əvvəl onun həyat yoldaşı vəfat edəndən sonra N.Allahverdiyevada bəzi psixi sarsıntıların baş verdiyi ehtimal edilir. Onun dərin ruhi-psixoloji sarsıntı altında nəvələrini qətlə yetirdiyi və daha sonra intihar etdiyi ehtimal edilir.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumatda qeyd edilir ki, yanvarın 29-da saat 18 radələrində 6 yaşlı Alsu Pikulo və 2 yaşlı Marat Pikulonun üzərində zorakılıq əlamətləri olan meyitlərinin, nənələri 1963-cü il təvəllüdlü Nina Allahverdiyevanın isə asılmış vəziyyətdə meyitinin birgə yaşadıqları paytaxtın Nizami rayonu, Rüstəmov küçəsi, 74 saylı evin 2-ci mərtəbəsində yerləşən 59-cu mənzilində aşkar olunması barədə daxil olmuş məlumat əsasında dərhal prokurorluq, polis və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspert briqadasının iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib.

Faktla bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmış, müvafiq ekspertizalar təyin edilib.

Hadisə yerinə baxış zamanı mənzildə olan əşyaların yerbəyer olmaqla tamlıqlarının pozulmaması və mənzilin giriş qapısının içəri tərəfdən kilidli olması müəyyən edilib, eyni zamanda meyitlərə baxış zamanı boğulmağa xarakterik izlərdən başqa digər xəsarət və ya xəsarət izləri aşkar olunmayıb.

İlkin istintaq fərziyyələri ilə Nina Allahverdiyevanın əvvəlcə nəvələrini kəndirlə boğaz nahiyələrindən boğmaqla öldürməsinə, daha sonra isə özünü kəndirlə asaraq intihar etməsinə əsaslı şübhələr yaranıb.

Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılması istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 5278   Tarix: 30 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

DTX tərəfindən həbs edilən generaldan XƏBƏR VAR

Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. "Report"un yerli bürosu xəbər verir ki, Tofiq Həsənov məhkəməyə videokonfrans vasitəsilə qatılıb. İclas Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüsey

29 fevral
.

"Həmin gün həkimə getməli idi, amma qətli polisə etiraf etdi"

"Təfəkkür Universiteti"nin prorektoru Tariyel Əhmədovun qətli ilə bağlı məhkəmə istintaqı yekunlaşmaq üzrədir. "Qafqazinfo"nun məlumatına, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda sonuncu şahidlər ifadə veriblər. Şahidlərdən biri təqsirləndirilən Dəyanət Quliyevin bacısı

22 fevral
.

3 ay əvvəl hökm oxunan zabitlər azadlığa buraxıldı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin çağırışçıları xidmətdən yayındırmağa görə məhkum edilmiş zabitləri azadlığa buraxılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi belə qərar qəbul edib. Üç ay əvvəl Bakı Hərbi Məhkəməsini

27 mart
.

Qonşusunu bağça müdiri təyin etdirəcəyini dedi - Həbs edildi

Sumqayıtda qadına qarşı dələduzluqda təqsirləndirilən 1990-cı il təvəllüdlü İlkin Əsgərova hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə İ.Əsgərov Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla) maddəsi ilə təqsirləndirilib

26 fevral
.

Daha bir qadın öldürüldü - Əri intihara cəhd etdi

Qobustan rayonunda 1982-ci il təvəllüdlü Sadıqova Günel Tahir qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölüb. DİN-in Mətbuat Xidmətinin regional qrupundan -a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən G. Sadıqovanın həyat yoldaşı 1973-cü il təvəllüdlü Cabbarov Mürsəl Əlislam oğlu hadisədə

2 mart
.

Fazil Qasımovun həbs müddəti uzadıldı

Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə tutularaq ölkəyə gətirilən azərbaycanlı alim Fazil Qasımov haqda yenidən məhkəməyə müraciət edilib. "Qafqazinfo"nun məlumatına görə, Nərimanov Rayon Məhkəməsinə daxil olmuş vəsatət və təqdimatda seçilmiş qətimkan tədbiri müddətinin uzadılması istənilib

20 fevral
.

Qadın alveri edən şəxs 2500 manat cərimələndi

Nərimanov Rayon Məhkəməsində qadınları fahişəliyə cəlb edən 60 yaşlı Səma Məmmədovaya (ad-soyad şərtidir) hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, məhkəmə S.Məmmədovanı Cinayət Məcəlləsinin 243.1-ci (Fahişəliyə cəlb etmə) maddəsi ilə təqsirli bilib. Bildirilib ki, o, iki həmcinsini pul qarşılığınd

5 mart
.

"Quska" haqda yeni cinayət işi açıldı - Həbs qərarı verildi

Həbsdə olan sabiq deputat Hüseyn Abdullayevə yeni cinayət işi açılıb. "Qafqazinfo"nun məlumatına görə, o, bu dəfə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmaqda ittiham edilir. Məlumatı onun vəkili Rəsul Cəfərov saytımıza təsdiq edib. Qeyd edək ki, H.Abdullayev 2018-ci ild

7 mart
.

Düşmən casusuna hökm oxundu

Ermənistan xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlıq etməkdə ittiham olunan Emil Məmmədovun məhkəmə araşdırması yekunlaşıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Siyavuş Hacıyevin sədrlik etdiyi hakimlər heyəti belə qənaət

16 mart