"Məni 8 saat döyüb, yarıçılpaq videoya çəkdilər"

"Məni 8 saat döyüb, yarıçılpaq videoya çəkdilər"ARB TV-də yayımlanan "Ona qalsa" proqramında 12 ildir oğlunu görə bilmədiyini deyən müğənni Dana Durdana daha sonra "Elgizlə izlə" verilişinə qatılaraq şəxsi həyatı barədə dəhşətli faktları açıqlayıb.

Axşam.az xəbər verir ki, o, özündən 13 yaş böyük dayısı oğlu Vahid adlı şəxslə evləndiyini söyləyib:

"Anam 9 yaşında dünyasını dəyişib, xərçəng xəstəsi idi. Bizi isə atam böyüdüb. O, anamdan sonra ailə həyatı qurmayıb. Üç uşaq idik, Sumqayıtda yaşayırdıq. Həyat yoldaşımla aramızda 13 yaş fərq var idi. Anamın yasında dayımın xanımı bacımı oğluna almaq istədiyini dedi. Onda bacım cavab verdi ki, ona qardaş kimi baxıram. Daha sonra mənim böyüməyimi gözlədilər. Toyun səhəri qayınanam dedi ki, mən heyf çıxmaq üçün səni oğluma aldım. 5 uşağın doğulsa belə, sizi boşatdıracam. Buna səbəb o idi ki, dayım xanımı ilə ayrılmışdı.

Bir müddət Rusiyada yaşadıq, sonra Azərbaycana qayıtdım. Uşaq dünyaya gəldi, ayrılmağa məcbur oldum. Evimizə gəldim, atam qoymadı, dedi ki, ərinin evinə qayıt. 17 yaşımda evləndiyim üçün nikah bağlanmamışdı. Atamın tələbi ilə nikah bağladım. Atam rəhmətə getdi, sonra mən də ayrıldım".

Müğənni bildirib ki, həyat yoldaşının ailəsinə baldızının həyat yoldaşı kömək edir:

"O ailənin rəhbəri baldımızın əridir, onun sözü keçir! Sumqayıtda imkanlı şəxslərdən biridir. Oğlumun mayda 16 yaşı olacaq. Heç görüşmürük. İlk ayrılan vaxt uşağı mənə verdilər. Həm rəfiqəm, həm də dayəm Sənubər adlı xanım idi. Bu zaman uşaq atasını görmək istəyirdi. Mən də Dərbənddə restoranda çıxış etməli idim. 1 həftə orda olub qayıdacaqdım. Uşağı atasına verdim, sonra dedim ki, Sənubər xanımla görüşüb ona qaytararsan. Rəsmi ayrılmamışdıq, düşündüm ki, uşağımın atasıdır, övladını görmə haqqı var. Uşağı özümlə Dağıstana apara bilmirdim. Çünki bütün sənədləri əlimdən almışdılar, etibarnamə yox idi. Atası uşağı əvvəlcə dayəyə verir, lakin uşaq ağlayır, atasını qucaqlayır. Atası da deyib ki, olar uşağa iki gün anam baxsın, sonra qaytararıq. Belə bir şərtlə götürülüb. Bundan sonra baldızım Sənubər xanıma mesaj yazıb ki, uşağı qaytarmayacaqlar. Hadisəni eşidən kimi depressiyaya düşdüm, ayaqlarım məndən imtina etdi, beyin təzyiqi keçirdim. Onlar güclü idilər. Sumqayıt məhkəməsinə gəldim, ordakılar mənə güldülər. 12 il bundan öncə olan söhbətdir. Baldızımın həyat yoldaşı ortada idi. Ərim isə Rusiyaya getmişdi. Qayınanam oğlu Rusiyadan buna pul göndərsin deyə mənim övladımdan istifadə edir".

D.Durdana söyləyib ki, onu ərinin ailəsinin istəyilə yarıçılpaq döyərək kameraya çəkiblər:

"Övladımı əlimdən almaq üçün arqumentləri yox idi. Dedilər ki, müğənnidir, əxlaqsızdır. Məhkəmə üçün əsas fakt deyildi. Bir il sonra, 2009-cu ildə Əziz adlı musiqiçinin əli ilə Dərbənddə məni evdən çıxarıb səhərə qədər döydülər. Kimsəsiz bir qadın idim. Yarıçılpaq halda 8 saat kişilər tərəfindən döyüldüm və bunu videoya çəkdilər. Həmin videolardan birini uşağın atasına göndəriblər. O da bütün zavodda videonu göstərərək bildirib ki, bu qadın əxlaqsızdır. Bir il boyunca insanlar küçədə mənə içki şüşəsi atırdılar. Videoda artıq heç nə yox idi. Sadəcə, döyürdülər. Günahı olan şəxsləri həbs etdirmək üçün vuruşmağa başladım. O vaxtlar prokuror İzzət Nyazoviç idi, indi baş prokurordu. Mənə köməklik etdi. Bir il ərzində onlar tutulandan sonra sənədləri toplayıb Sumqayıtda məhkəməyə təqdim etməli idim. Çünki uşağın atası həmin videonu məhkəməyə təqdim etmişdi ki, guya, əxlaqsızlıqla məşğul oluram".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 4265   Tarix: 01 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Xərçəngdən əziyyət çəkən Nisə Qasımova ilə bağlı YENİ XƏBƏR - FOTO

Xalq artisti Nisə Qasımova yenidən səhnəyə qayıdır. xəbər verir ki, sənətçi bu haqda sosial şəbəkədə məlumat verib. N.Qasımova yeni fotosunu yayımlayaraq bunları yazıb:. "Mənim əzizlərim, dəyərli izləyicilərim, əminəm ki, yaxın zamanlarda efirlərdə görüşəcəyik". Xatırladaq ki, Xalq artist

13 sentyabr 2021
.

Türkiyəli məşhur aktrisa vəfat etdi

Türkiyəli məşhur aktrisa İncilay Şahin vəfat edib. Bu barədə "Oyunçular Birliyi"nin "Twitter" hesabında məlumat verilib. 60 yaşlı sənətçi "Çiçek taksi", "Hayat Bilgisi", "Yasak elma" kimi reytinqli seriallarda rol alıb

7 sentyabr 2021
.

Jan-Pol Belmondo vəfat etdi

Dünya və Fransa kinosunun məşhur simalarından olan Jan-Pol Belmondo 88 yaşında vəfat edib. Bu barədə onun vəkili məlumat yayıb. Qeyd edək ki, aktyor 1933-cü ildə Fransanın Neyi-sür-Sen bölgəsində anadan olub. O, karyerası ərzində daha çox komediya və döyüş filmlərində çəkilib. Belmondo "Qızıl palm

6 sentyabr 2021
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətl

16 sentyabr 2021
.

Ağır vəziyyətdə olan Səyyad Əlizadə başqa xəstəxanaya köçürülür?

Koronavirusa yoluxan Səyyad Əlizadənin vəziyyəti ağır olaraq qalır. Bu barədə -a müğənninin qohumu Razim Qarayev məlumat verib. O bildirib ki, sənətçini Mərkəzi Gömrük Hospitalına köçürmək istəyirlər:. "Hazırda S.Əlizadə süni koma vəziyyətində saxlanılır. Vəziyyətində heç bir irəliləyiş yoxdur

16 sentyabr 2021
.

Səməd Səmədova başdaşı qoymağa ailəsinin imkanı çatmır?

"Səməd Səmədov 40 ildi toylara gedirdi, onun imkanına nə gəlib. Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Manaf Ağayev mərhum Xalq artisti Səməd Səmədovun məzar daşının olmaması ilə bağlı videogörüntüdən danışarkən deyib. Sənətçi hesab edir ki, həmkarının məzar daşının qoyulmamasının madiyyatla he

7 sentyabr 2021
.

Xalq artistinin oğlu universitetə qəbul oldu - FOTO

Xalq artisti Mənsum İbrahimovun oğlu İbrahim universitetə daxil olub. Axşam.az-a istinadən xəbər verir ki, bu haqda xanəndə özü məlumat yayıb. Sənətçi övladının ingilis dilində təhsil alacağını bildirib:. "Oğlum İbrahim Qərbi Kaspi Universitetinin tarix fakültəsinə qəbul oldu. İbrahimin timsalınd

10 sentyabr 2021
.

Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?

Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən

16 sentyabr 2021
.

Yaqub Zurufçu və Səyyad Əlizadə peyvənd olunublar - Ailələrindən açıqlama

Xəbər verdiyimiz kimi, əməkdar artist Yaqub Zurufçu koronavirusdan vəfat edib. Digər sənətçi Səyyad Əlizadənin də vəziyyəti ağırdır, suni tənəffüs aparatına qoşulub. Bəs, görəsən iki sənətçi peyvənddən sonra yoluxub?. xəbər verir ki, Y.Zurufçunun xanımı Aynur Zurufçu " "a mərhumun peyvənd olunduğun

15 sentyabr 2021