Zeytun, yoxsa günəbaxan yağı daha faydalıdır?

Zeytun, yoxsa günəbaxan yağı daha faydalıdır?Rusiyalı mütəxəssislər (Rus keyfiyyət sistemi) zeytun və günəbaxan yağının tərkibini Omeqa-3, Omeqa-6 və Omeqa-9, vitaminlər və aktiv bioloji maddələr üzərindən analiz edib. Elm adamları rəfinə edilmiş zeytun yağının, yoxsa günəbaxan yağının sağlamlığımız üçün daha faydalı olduğunu araşdırıb.

Publika.az bu yazıda oxucuları zeytun və günəbaxan yağının orqanizmə təsiri ilə tanış edir.

Mütəxəssislər deyir ki, orqanizm üçün ən faydalı məhsullar doğulduğumuz bölgədə yetişən məhsullardır. Rusiyalı ekspertlər saflaşdırılmış zeytun və günəbaxan yağının qidalanma dəyərini təhlil edərək qida maddələrinin miqdarını müqayisə edib.

Bitki yağının qida dəyəri konsepsiyasında yağ turşuları xüsusi əhəmiyyət daşıyır. Dietoloqların fikrincə, insanlar üçün ən vacib olanı doymamış yağ turşularıdır. Bunlar toxumanı qidalandırmaq, qan dövranını yaxşılaşdırmaq və aterosklerozun qarşısını almaq üçün lazımdır. Xüsusilə Omeqa-3 (linolenic) və Omeqa-6 (linoleic) yağ turşuları iki əsas elementdir. Bu elementlər olmadan bədən öz funksiyalarını yerinə yetirə bilməz. Orqanizm bütün digər yağ turşularını öz başına sintez edə bilsə də, Omeqa-3 və Omeqa-6 yağ turşularını qidalardan əldə edirik. İdeal olaraq, Omeqa-3 və Omeqa-6 yağ turşuları müəyyən nisbətdə olmalıdır: 1:2-dən 1:4-ə qədər.

Monodoymamış yağ turşuları bədən üçün eyni dərəcədə vacibdir. Doymamış turşuların əvəzedilməz olmasına baxmayaraq, faydaları qiymətləndirmək çətindir. Monodoymamış Omeqa-9 (oleic) turşusu xolesterini azaltmağa kömək edir və qan laxtalanmasının qarşısını alır, yəni oleic turşusu infarkt və insult riskini azalda bilər.

Hansı yağda daha çox Omeqa turşuları və vitaminlər var?

* Tokoferol və ya E vitamini - ürək-damar sistemini gücləndirmək və hüceyrələrin qocalma prosesini yavaşlatmaq üçün lazımdır. 100 q günəbaxan yağında 4-60 mq E vitamini, 100 q zeytun yağında isə 12 mq-dır.

* Mineralların miqdarı hər iki məhsulda eynidir və çox aşağıdır.

* Fitosterollar - insan bədənindəki pis xolesterin səviyyəsini azaldır. İnsult və xərçəng riskini azaldır. Günəbaxan yağında zeytundan iki dəfə çox fitosterol var.

* Fosfolipid lesitin hüceyrə membranlarının əsas tərkib hissəsidir. Xolesterini azaldır, antioksidant xüsusiyyətlərə malikdir. 100 q günəbaxan yağında 700-1400 fosfolipid lesitin var. Lakin zeytun yağında antioksidant xüsusiyyətlərə malik olan xeyli sayda digər fenol birləşmələri var.

* Omeqa-3 turşuları hər iki yağda eyni dərəcədə aşağıdır.

* Omeqa-6 turşuları günəbaxan yağında təxminən 74 faiz, zeytun yağında isə keyfiyyətindən asılı olaraq 20-24 faizdir.

* Omeqa-9 turşuları zeytun yağında 77 faiz, günəbaxan yağında isə 16 faizdir.

Harada və necə saxlamaq olar?

* Günəş işığı yağ oksidləşmə prosesini başladır. Odur ki, bağlı şüşə butulkalarını otaq temperaturunda, günəş işığı olmayan yerdə saxlayın. Yeri gəlmişkən, yağı günəş şüalarının təsirindən qorumaq üçün bəzi istehsalçılar qaranlıq şüşə və ya rəngli plastik şüşələrdən istifadə edir.

* Yağ istehsalında yağ şüşələri azotla doyurulur və oksigen sıxışdırılıb çıxarılır: azot yağı oksidləşmədən qoruyur. Şüşə açıldıqdan sonra, yağdan çıxan azot buxarlanmağa başlayır və hava ilə əvəz olunur, odur ki, açıq yağ şüşəsini soyuducuda saxlamaq daha yaxşıdır.

* Unutmayın ki, oksidləşmə zamanı ilkin oksidləşmə məhsulları (peroksidlər) əmələ gəlir və parçalandıqda ikincil oksidləşmə məhsulları meydana gəlir: aldehidlər və ketonlar. Onların hər ikisi müəyyən miqdarda insan sağlamlığı üçün zərərlidir. İstifadə müddəti bitdikdən sonra yağ istifadə etmək təhlükəlidir.

Qeyd edək ki, zeytun yağı dünyada ən populyar pəhrizin əsasını təşkil edir - Aralıq dənizi. Və YUNESKO tərəfindən də dünyanın ən sağlam məhsulu kimi tanınıb.


Sonxeber.az Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 6540   Tarix: 02 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

İDMANÇI yeməyi – İdmanla məşğul olanlar üçün TƏBİİ TƏRKİB

Tərkibi:. Buğda cücərtisi, sibir jenşeni kökü, çiçək tozu, çörək otu toxumu, keçibuynuzu meyvəsi, darçın, arı südü, bal. Təsir xüsusiyyətləri: İdmançı yeməyi sınanılmış reseptlər əsasında həkim-fitoterapevt və apiterapevtlər tərəfindən hazırlanmış enerjini bərpa edən, metabolizmi sürətləndirən, mineral-vitami

6 aprel

Tərxunun inanılmaz FAYDASI: 2 həftə ərzində...

Orqanizm üçün müalicəvi bitkilərdən biri də tərxundur.. . Publika.az xəbər verir ki, tərxun orqanizmə möhkəmləndirici təsir edir, immun sistemini möhkəmləndirir. Ev şəraitində ondan çox yaxşı təbii immunostimulyator hazırlamaq olar. Bunun üçün 200 qr tərxun 3 limonla birlikdə (limonlar qabıqlı olmalıdır

2 fevral

"Xərçəng" xəstəliklərinin yuvası olan gözəllik salonları - VİDEO - FOTO

Adi gözəllik proseduru kimi görünən manikür və pedikür çox qorxulu nəticələr verə bilər. Bunun üçün üz tutulan natəmizlik gözəllik mərkəzləri QİÇS, hepatit, xərçəng kimi xəstəliklərin yuvasıdır.. . Sonxeber.az xəbər verir ki, məsələ ilə bağlı ARB TV-nin efirində yayımlanan "Günə doğru" verilişind

31 yanvar

Tibbi maskalar virusdan qoruyurmu, necə istifadə etməli? - Professor aydınlıq gətirdi

Hazırda yayılmış kəskin respirator virus infeksiyalarından qorunmaq üçün insanlar müxtəlif üsullardan istifadə edir. Bunlardan biri də qoruyucu maskalardır. Demək olar ki, küçəyə çıxarkən qoruyucu maskalardan istifadə edən xeyli insanla rastlaşırıq. Bəs tibbi maskalar viruslara qarşı nə dərəcədə effektlidir?

30 yanvar

Soya yağının orqanizmə ziyanı-Alimlərdən AÇIQLAMA

"Endocrinology" jurnalında bir sıra alimin soya yağı üzrə araşdırmasının nəticələri dərc edilib. Sonxeber.Az-ın məlumatına əsasən, məqalədə soya yağından tez-tez istifadə etməyin autizm, "Alzheimer" və bir sıra psixi pozuntulara səbəb olduğu qeyd edilib.. Tədqiqatçılar siçanlar üzərind

28 yanvar

Bu xəstəlik sizi İNTİHARA sürükləyə bilər

Beynəlxalq assosiasiya olan "The Academy of Eating Disorders" qidalanma pozuntusu ilə bağlı əsas nüansları təqdim edib.. . Publika.az xəbər verir ki, ABŞ-ın Syosset xəstəxanasının psixoloqu Dina Hörs anoreksiya və ya blumiyadan əziyyət çəkənlərin bu vəziyyətə düşməsində ailələrinin günahlandırılmamal

27 yanvar

Xərçəngin inkişafının qarşısını alan TƏRƏVƏZ

Tərkibi vitaminlərlə zəngin tərəvəzlərdən biri də ispanaqdır.. . Publika.az xəbər verir ki, araşdırmalar nəticəsində ispanaqın xərçəngin inkişafının qarşısını alma gücünə malik olduğu aşkarlanıb. Buna səbəb onun tərkibində fitonutrientlər maddələrin olmasıdır. Belə ki, bu maddələr yeni yaranmış məh

26 yanvar

Orqanizmə ziyan verən QİDALAR - DİQQƏTLİ OLUN!

Bəzi məhsulların, qidaların müntəzəm qəbulu insan sağlamlığı üçün çox təhlükəlidir. Əksər insan bunu bilsə də, əməl etmir.. . Publika.az orqanizmə ziyan verən qidaları təqdim edir:. . 1. Çipslər və limonad. . 2. Qamburger, dönər, kartof-fri və s.. . 3. Kolbasa, sosiska və s. hazır ət məhsulları.. . 4

26 yanvar

Viruslardan necə qorunmalı? - Araşdırma

Zoğallı çay, antibiotik, peyvənd və başqa vasitələr təklif edənlər var. . Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.. . Öskürək, qızdırma, baş ağrısı, halsızlıq... Qış aylarının başlaması ilə xəstəliklər də tüğyan edir. Xüsusilə, uşaqlarda 39 dərəcə qızdırma ilə müşahidə olunan xəstəlik bəzə

26 yanvar