"Bəzi banklar normal standartlara cavab vermədiyi üçün onları sığortalamaq risklidir"-RƏY

"Bəzi banklar normal standartlara cavab vermədiyi üçün onları sığortalamaq risklidir"-RƏYAzərbaycan Mərkəzi Bankı əhalinin əmanətlərinin sığortalanmasının yeni modelini hazırlayır. Bu barədə dünən keçirilmiş mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.

Əmanətlərin sığortalanmasının hansı modelinin Azərbaycan üçün daha məqsədəuyğun olar?
Dünya praktikasında bu cür resursların akkumulyasiyasının başqa variantları mümkündürmü və nəzərdən keçirilirmi?

Mövzu ilə bağlı sığorta-eksperti Xəyal Məmmədxanlı Sonxeber.az-a açıqlama verib. O, bildirib ki, ötən dörd il ərzində əmənatlərin tam sığortalanması haqqında qanun qəbul olundu:
"Əhalinin banklara olan inamı, etibarı sarsılmışdı və əhali demək olar ki, banklara pul qoymurdu. Xüsusilə də devalivasiyadan sonra əhali bütün pullarını banklardan çıxararaq evdə saxlayırdı. Məhz bunu stimullaşdırmaq üçün belə bir qanun qəbul olundu ki, pulları banklara qoysanız, onların hamısı sığortalı olacaq və hər hansı bir hadisə baş verərsə, dövlət sizə bu pulu qaytaracaq. Amma əslində dünyanın inkişaf etmiş ölkələrində dövlət və yaxud Mərkəzi Bankın özü tərəfindən əmanətlərin sığortalanması məsələsi həyata keçirilir. Burada məsələ nədən ibarətdir? Məsələyə iki formada yanaşmaq lazımdır. Birincisi, nə üçün buna ehtiyac olub? Ona görə ki, bizim banklarımız institusional olaraq tam etibarlı deyil, institusional olaraq tam formalaşmayıb və onların fəaliyyətində ciddi risklər var. Ona görə də dövlət bu risklərin bir hissəsini üzərinə götürərək əhalinin banklara inamının yaradılmasına bir stimul verdi. Çox doğru da qərar idi amma bu hər zaman belə davam edə bilməz. Burada önəmli olan bankaların etibarlılığı və bankların reytinqi məsələsidir. Banklar üçün bu gün dünyada çox ciddi maliyə standartları və müəyyən reytinqlər var. Bankların hamısı Mərkəzi Bank səviyyəsində çalışılmalıdır ki, istər prudensial tərəflərə, istər stabilliklə, ödəmə qabiliyyəti ilə bağlı tərəflərə cavab versinlər. İkinci bir məsələ, bankın özü elə bir vəziyyətdə olmalıdır ki, öz risklərini özləri sığortalıya bilsinlər. Yəni, o cümlədən də vətəndaşların depozitlərini. Dünyada bank risklərinin kompleks sığortası deyilən bir sığorta növü var. Həmin sığorta növünü alan banklar əslində oradakı vətəndaşların, əmanətçilərin depozitlərini də sığortalamış olurlar. Artıq bu dünyada ən çox tətbiq olunan proseslərdir. Amma sığorta şirkətlərinin bu risklərin altına girməsi üçün bankın özünün müəyyən tələblərə, dünya standartlarına cavab verməsi lazımdır. Bizim banklarımızın əksəriyyətinin həmin bu özəl və yaxud da fərdi bank risklərinin sığortası praktikasından istifadə etməsi çətin və bahalıdır.Tutaq ki, bankımıza həmin o sığorta şirkəti gəlib onların sığorta risklərini hesablayır və deyir ki, mən sənin riskini götürə bilmərəm. Çünki, baxır ki, banklarda iş normal qurulmayıb, bankların riskləri də düzgün hesablanmayıb, komanda da normal deyil və burada risk çoxdur, hətta bankın batmaq ehtimalı da var. Ona görə də sığorta şirkətləri bu riskin altına girmək istəmirlər. Sığorta şirkətləri bu riskin altına girmək istəmədikləri üçün dövlət özü bu işə müdaxilə edərək bu riski üzərinə götürür. Amma əslində bankların hamısı müasir standartlara cavab versə, müasir təhlükəsizlik sistemləri qurulsa, bunlara istər informasiya, istərsə də maliyə təhlükəsizliyi daxildir ki, o zaman özləri fərdi şəkildə aparıcı sığorta şirkətlərinə müraciət edə bilər. Xüsusilə də Azərbaycan sığorta şirkətləri vasitəsi ilə də bu baş verə bilər və onlar öz risklərini özləri sığortalıya bilərlər. Tutaq ki, bu gün Beynəlxalq Bank deyə bilər ki, 2 milyardlıq dövriyyəm var və mən özümün bütün risklərimi, aktivlərimi və o cümlədən onun içərisinə əmanətçilərin depozitləri də daxil olmaqla 2 milyard dəyərində sığortalıyıram. Bunu edə bilərlər, amma bunu Azərbaycanda edə biləcək 4-5 bank var. Hansılar ki, normal standartlara cavab verir. Yerdə qalan banklar bu standartlara cavab vermədiyinə görə onlara sığorta şirkətləri qiymət verməkdə, onları sığortalamaqdan da qorxurlar. Ona görə burada nə etmək lazımdır? Bilmirəm, Mərkəzi Bankın ağlındakı model nədir amma mən düşünürəm ki, model bele olmalıdır. Modelə gəlmədən öncə bankların sağlamlaşdırması məsələsi ön planda olmalıdır. Bankların maliyə kapitalı, idarəetmə standartları, korporativ idarəetmə standartları da yerində olmalıdır ki, banklar batmasın. Vətəndaş onlara güvənə bilsin. Birinci məsələ budur. Bu məsələ həll olunandan sonra əminəm ki, banklar həmin sığorta şirkətlərinə müraciət etsələr, onlar öz risklərini sığortalıya biləcəklər. Belə olan halda da dövlətin müdaxilə etməsinə ehtiyac qalmayacaq. Dövlət hansı hallarda buna müdaxilə edə bilər? Məsələn, öz risklərini sığortaladıqdan sonra, orada siyasi risklər, dövlət orqanlarının qərarları, qanunları, anidən olan devalivasiya bu kimi faktorlar sığorta təminatına daxil deyil. Bu riskləri də dövlət özü üzərinə götürə götürə bilər. Belə olan halda artıq normal model formalaşar və vətəndaş, əmanətçi bütün risklərdən bu şəkildə sığortalanmış olar".

Fəridə Ağazadə


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 5539   Tarix: 03 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İyulun 22-nə USD/AZN rəsmi məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 22-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən -a bildirilib ki, bankın iyulun 22-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,700 manat səviyyəsində müəyyən olunub

17 iyul 2021
.

"Elmlər Akademiyası" stansiyasının pəncərələrinə 5,3 mln manat xərclənəcək

"Bakı Metropoliteni" QSC "Elmlər Akademiyası" stansiyasının inzibati binasının 5-ci mərtəbəsində pəncərələrin hazırlanıb quraşdırılması işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Nimex"

25 avqust 2021
.

İran azad olunan Azərbaycan ərazilərinə yaxın məkanda bazar yaradır

İran Azərbaycanın işğaldan azad olunan ərazilərində yaxın məkanda tikinti materialları bazarının yaratmaq niyyətindədir. Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. Ə.Cahangirinin sözlərinə görə, İranın Şərqi Azərbaycan vilayətind

13 iyul 2021
.

Çip defisitinə görə "Toyota" istehsalı kəskin azaldır

Yaponiyanın avtomobil nəhəngi "Toyota" gələn ay bütün dünya üzrə avtomobil istehsalını 40 % azaldacaq. Report-a istinadən xəbər verir ki, şirkət çip çatışmazlığına görə, sentyabrda 900 min yerinə 500 min avtomobil istehsal edəcək. İstehsalın azalmasına görə gələn aydan Yaponiyadakı bir neç

19 avqust 2021
.

Azərbaycanın əsas ixrac-idxal tərəfdaşları AÇIQLANDI

2021-ci ilin yanvar-mart aylarında Azərbaycanın məhsul ixrac və idxal etdiyi əsas ölkələr məlum olub. xəbər verir ki, qeyd olunan müddət ərzində ixracın 35,5 faizini İtaliyaya, 17,9 faizini Türkiyəyə, 8,4 faizini Hindistana, 6,3 faizini Gürcüstana, 4,4 faizini İspaniyaya, 3,3 faizini Rusiyaya, hər bir

16 may 2021
.

Azərbaycanda avtomobillərin qiyməti niyə bahalaşır? -AÇIQLAMA

Pandemiya dövründə iqtisadi aktivliyin azalması bütün sahələrə öz mənfi təsirini göstərdi. Bu dövrdə ən çox zərər çəkən sahələrdən biri də avtomobil bazarı oldu. Maraqlıdır, hazırda avtomobil bazarında vəziyyət necədir, növbəti mövsümdə qiymətlər hansı istiqamətdə dəyişəcək?. Mövzu ilə bağlı -ın sulların

15 may 2021
.

Türkiyə Azərbaycana və Orta Asiyaya yeni nəqliyyat marşrutu açır

Türkiyə Azərbaycanla və Orta Asiyanın türk cümhuriyyətləri ilə əlaqəni təmin edən yeni nəqliyyat marşrutu açır. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir. Məlumatda deyilir ki, beynəlxalq "P&O Maritime Logistics" şirkətinin yeni gəmiçilik marşrutu Xəzər dənizi vasitəsil

22 may 2021
.

Bitkoinin qiyməti 42 min dollara yaxınlaşdı

Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 41 840 ABŞ dollarına çatıb. xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 7,94 %, son 7 gün ərzində isə 23,40 % bahalaşıb. Nəticədə onun kapitallaşması 783,73 milyard dollara çatıb. Kapitallaşmaya görə 2-ci pillədə qərarlaşan "Ethereum"u

1 avqust 2021
.

"Bitcoin"in qiyməti düşdü

Dünyanın ən populyar kriptovalyutası olan "bitcoin"in qiyməti 18 faizdən çox düşüb. TASS-a istinadla xəbər verir ki, saat 20:45 (GMT+4) üçün "bitcoin"in dəyəri 18,32 faiz ucuzlaşaraq 31,179 min dollar təşkil edib. Qeyd edək ki, saat 16:55-də "bitcoin"in qiyməti 33,348 (-11,0

23 may 2021