Əməkdar artist Zaur Kamalı "topa tutdu" - Müğənnilərə ikibaşlı suallar verib, silikonlarını yoxlayır - FOTO

Əməkdar artist Zaur Kamalı "topa tutdu" - Müğənnilərə ikibaşlı suallar verib, silikonlarını yoxlayır - FOTOAparıcılar içində dostlarım var ki, onların verilişlərinə getmədiyim üçün məndən inciyiblər. Bir dəfə aparıcı Zaur Kamalın "5-də 5" proqramına çıxmaq üçün şərt qoymuşdum. Dedim ki, əgər verilişinə gələcəyəmsə, tək gələcəyəm. Çünki həmin proqramda Zaur sənət yoldaşlarıma xoşagəlməz suallar verir. Onu da demək lazımdır ki, Zaur mənə qarşı hələ belə şeylər etməyib. Amma kənardan izləyirəm, hər şeyi görürəm. Xanım həmkarlarıma sataşır. Müğənnilərə ikibaşlı suallar verib, silikonlarını yoxlayır. Bu kimi şeylər isə mənə çox yaddır.

Sonxeber.az bildirir ki, bu sözləri oxu.az-ın əməkdaşı ilə söhbətində Əməkdar artist Lalə Məmmədova deyib.

Ötən həftə "Pişik" ləqəbi ilə şou-biznesdə tanınan Günel Ələkbərovanın Zaur Kamalı tənqid etməsi ilə bağlı Lalənin mövqeyi də sərt olub:

"Güneldən daha öncə Zauru efirdə müğənnilərlə "jarqon"la danışdığına görə mən tənqid etmişdim. Söyləmişdim ki, efirdə qonağa "sən" deyə müraciət etmək olmaz. Çünki yaşca və sənət stajı ilə səndən böyükdür. Müğənni ilə dost ola bilərsən, amma "sən", "sənin ərin", "sənin uşaqların belə etdi" və s. kimi məişət söhbətlərini efirə gətirmək olmaz. Bu kimi söhbətlər kamera arxasında qalmalıdır. Efirin öz etiket və etika qaydaları var".

Lalə Məmmədova müğənnilərin konsertdən gəlir əldə etmədiyini və yalnız toylardan pul qazandığını deyib:

"Bəyəm konsertdən pul qazanan müğənni var?!"

"Xalq artisti Röya Ayxan müsahibələrində deyir ki, mən konsertdən pul qazanıram" şərhinə isə L.Məmmədovanın reaksiyası belə oldu:
"Röya Ayxandan soruşacam görək nə qədər qazandı? Bəlkə o, konsertindən qazana bilər, amma inanmıram ki, milyonlar qazansın. Röya xanım da boynuna alacaq ki, bizim gəlir yerimiz sırf toylardır".

Əməkdar artist redaksiyamızın əməkdaşı ilə söhbətində prodüser Təranə Səmədovanın "Şou-biznesdə kasıbçılıqdır, pul yoxdur" açıqlamasını yalanladı:

"Çalışan sənət adamı üçün hər zaman pul var. Bizim yeganə gəlir mənbəyimiz toylardır. Şou-biznesimiz bizim toylardır. Mənim gəlirim toylardır. Bir müddət əvvəl dedim ki, ayda 300 manat maaş alıram, camaat elə bildi, deyirəm, 300 manatla dolanıram. 195 manat Azərbaycan televiziyasından, 100 manat da əməkdar artist fəxri adına görə alıram. Buda cəmi 300 manat edir.

Bu fikirlərim düzgün anlaşılmadı və izləyicilər məni topa-tüfəngə tutdular. Başladılar hamı bir ağızdan "300 manat alır, amma toylara necə geyinib gəlir" deməyə. Müsahibəni sona kimi oxumayıblar. Əlbəttə, toylardan qazanmasam bu cür geyinə, mahnı yazdıra bilmərəm. Pullarımın çoxu elə mahnılarımın alınmasına gedir".

Son günlər xeyli çəki atan Lalə Məmmədova bunun səbəbini həyat tərzi ilə əlaqələndirdi:

"Hazırda çəkim 58 kiloqramdır. Amma çəkim 60 kiloqrama çatanda fövqalədə vəziyyət elan edirəm. Xüsusi pəhrizim yoxdur. Əsəb, stress elə mənim pəhrizimdir (gülür). Pəhrizdəyəm, idman edirəm, qaçıram. Hərdən tükəndiyim anlar olur. Onda yemək yemək də yadımdan çıxır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 2803   Tarix: 04 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zülfiyyə Xanbabayeva: "Səhnədə ölmək istəmirəm"

"Əvvəl fikirləşmişəm ki, 50 yaşın varsa, get otur evdə, oxuma. Bu da mənim səhvim olub. Özüm o yaşa gəlib çatandan sonra düşündüm, ağlıma belə gəlməzdi ki, bu yaşlarımda səhnəyə çıxım. Demək ki, başımdan böyük danışmışam. Bu isə mənim səhvim olub". Bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayev

19 aprel
.

Könül Kərimova TANINMAZ HALDA - FOTO

Əməkdar artist Könül Kərimova saç düzümündə dəyişiklik edib. xəbər verir ki, sənətçi bununla bağlı "Instagram"da paylaşım edib. Qısa kəkil kəsdirən Əməkdar artist izləyicilərinə sual da ünvanlayıb:. "İndi deyin, mənə bu saç düzümü yaraşır, ya yox

21 aprel
.

Cavanşirin qudası: "Nəvəsi görüb ki, babası..." - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün günorta saatlarında Əməkdar artist Cavanşir Məmmədov qəfil ürəktutmasından evində vəfat edib. Sənətkarın qudası Bizim.Media-nın əməkdaşı ilə söhbətində bildirib ki, sənətkarın ölümü 5 dəqiqə ərzində baş verib:. "Cavanşir müəllim durduğu yerdə dünyasını dəyişdi. Demə

20 aprel
.

Aparıcı ilə xanəndə arasında qalmaqal yaşanıb

Əməkdar artist Nigar Şabanova ilə aparıcı Lətafət Ələkbərova arasında qalmaqal yaşanıb. Axşam.az-ın əldə etdiyi məlumata görə, bir neçə müddətdir fəaliyyətini MTV-də davam etdirən L.Ələkbərova "Lətafətin mətbəxi" proqramına xanəndəni qonaq çağırıb. O isə gələcəyini desə də, proqrama qatılmayıb

22 aprel
.

Türkiyəli fenomen duet oxuduğu azərbaycanəsilli reperlə məhkəməlik oldu

Son vaxtlar mahnıları ilə gündəmə gələn türkiyəli sosial media fenomeni Berkcan Güven Azərbaycan əsilli rusiyalı reper Əlizadəni məhkəməyə verib. Türkiyə KİV-ə istinadən xəbər verir ki, B. Güven bu barədə qatıldığı "Ebo Show" adlı proqramda açıqlama verib. Belə ki, verilişin aparıcısı İbrahi

17 aprel
.

Mərdanla Nəzrinin toyuna kimlər gəldi? - Fotolar

Xəbər verdiyimiz kimi, Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrinin müğənni Mərdan Kazımovla toyu olub. Axşam.az-ın məlumatına görə, şəhər restoranlarından birində keçirilən məclisə sənət aləminin tanınmış simaları qatılıblar. Gecədə yer alanlar arasında Xalq artistləri Alim Qasımov, Mənsum İbrahimov

23 aprel
.

"Ölümü 1 saniyə çəkdi" - Cavanşir Məmmədovun həyat yoldaşından AÇIQLAMA

"Cavanşirin ölümü gözlənilmədən baş verdi". xəbər verir ki, bunu "Unikal"a açıqlamasında bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun həyat yoldaşı Xalidə Məmmədova deyib. O bildirib ki, Cavanşir Məmmədovun ürəyinə stent qoyulmuşdu:. "Hadisə 1 saniyə içində baş verdi

20 aprel
.

Van Dammın azərbaycanlı gəlini Malibuda istirahət edir - FOTOLAR

Hollivud ulduzu Jan Klod Van Dammın oğlu Kristoferlə ailə quran Suada Hacızadə həyat yoldaşı ilə yeni fotolarını paylaşıb. Axşam.az xəbər verir ki, şəkillər Kaliforniyanın Malibu şəhərində lentə alınıb. Fotolarda Van Dammın qızı Bianka da yer alıb

16 aprel
.

Oğlu Cavanşir Məmmədovun məzarı önündə GÖZ YAŞI TÖKDÜ - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün dünyasını dəyişən Əməkdar artist Cavanşir Məmmədov Yasamal qəbiristanlığında torpağa tapşırılıb. Bizim.Media xəbər verir ki, sənətkar dəfn olunduqdan sonra oğlu Xəqani onun məzarı önünə gəlib. Atasının itkisi ilə barışa bilməyən Xəqani onun məzarı üstə göz yaşı axıdıb. Ətraflı

20 aprel