"Azərbaycanın ən yaraşıqlı bəyi" Rüstəm Cəbrayılov ilk dəfə toy tarixini açıqladı

"Azərbaycanın ən yaraşıqlı bəyi" Rüstəm Cəbrayılov ilk dəfə toy tarixini açıqladı"Toyumuz iki aydan sonra olacaq. Öncədən də deyim ki, toyum mediaya qapalı şəkildə keçiriləcək".

Bu sözləri Oxu.Az-ın əməkdaşı ilə söhbətində 2006-ci ildə "Best model of Azerbaijan" və 2007-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilən "Best model of the World" gözəllik və model yarışlarının qalibi Rüstəm Cəbrayılov deyib. Məşhur model nışanlısı haqqında danışmaq istəməsə də, açıqlamanı ondan kəlbətinlə də olsa, aldıq.

"Sevib-seçdiyim xanımla uzun illərdir ki, bir-birimizi tanıyırıq. "Dostluqdan sevgiyə" mövzusu da deyil. Sadəcə, hər şeyi açıb, ağartmaq istəmirəm" - deyə, Rüstəm bildirdi.

R.Cəbrayılov nişan xəbəri ilə saytların manşetinə çevrilməkdən narahatlıq keçirdiyini açıq-aydın bürüzə verdi:

"Heç istəmirdim ki, nişanlanmaq xəbərim bomba kimi partlasın və hamının dilində saqqız olsun. Amma oldu. Evlənmək lazımdır. Mən yaxşı vaxtda nişanlanmışam (gülür). Qarşıda 14 fevral, nişanlımın ad günü, 8 mart və s. gəlir".

"Sevgililər günündə nişanlınıza nə hədiyyə edəcəksiniz?" sualına Rüstəmin cavabı həm özünün, həm də ətrafdakıların üzünü güldürdü:

"İstəyirəm bank yarım (gülür). Sürpriz olsun, açıqlamayım, amma təbii ki, mütləq şəkildə nişanlımı təbrik edəcəyəm. Əlavə xərclərim çoxdur".

Redaksiyamızın əməkdaşı ilə söhbətində R.Cəbrayılov çox qısqanc cütlük olduqlarını dilə gətirdi:

"Nişanlım çox qısqancdır. Mən isə ondan daha çox qısqancam. Qısqanclıq həddini aşmayanda, yerində gözəldir. Mən öz aləmimdə o limiti, həddi saxlayıram. Qısqanclıqda da balansı qoruyub saxlayırıq".

"Sizi "Azərbaycanın ən yaraşıqlı bəyi" adlandırırlar. Bu fikirlə razısınız?" sualına isə R.Cəbrayılovun reaksiyası belə oldu:

"Özümə heç vaxtı bu sözləri deməmişəm. Kənardan amma daha çox eşidirəm. 15 ildir modellik sahəsində çalışıram. Bu müddət ərzində haqqımda danışılıb, müzakirə edilən "Azərbaycanın ən yaraşıqlı bəyi" mövzusu var.

İnanın, özümə də qəribə gəlir ki, 15 il ərzində məndən yaraşıqlısı üzə çıxmadı? (gülür) Həyatı boyu özümü "Azərbaycanın ən yaraşıqlı bəyi" adlandırmamışam. İnsanlar var ki, sosial şəbəkələrdə şəklimin altında "Yaraşıqlı qardaşım, oğlum, ərimdir" və s. yazırlar. Model biznesində xeyli nailiyyətlər əldə etmişəm, amma heç vaxt boğazdan yuxarı çıxışlarım olmayıb. Əgər kimsə "Azərbaycanın ən yaraşıqlı bəyi" olduğumu deyirsə, o onların şəxsi işləridir. Mən ağzımdan belə kəlmə indiyə kimi çıxarmamışam.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 3357   Tarix: 04 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Xatunun əri GÖRÜN KİM İMİŞ - VİDEO

Müğənni Xatun keçmiş həyat yoldaşı ilə bağlı açıqlama verib. -a istinadən xəbər verir ki, müğənni bu haqda "Elgizlə İzlə" verilişində açıqlama verib. Müğənninin sözlərinə görə, həyat yoldaşı çox tanınmış bir ailənin övladı olub. Onlar əslən Bakının Şüvəlan qəsəbəsindəndir

13 aprel
.

"Çakır yaxşı adam idi, Allah rəhmət etsin" - Oktay Kaynarca

"Kurtlar Vadisi" serialında Çakır obrazının ölüm ildönümü ilə bağlı o rolu oynayan aktyor Oktay Kaynarca paylaşım edib. xəbər verir ki, bu barədə aktyor sosial şəbəkədə zarafatyana video paylaşıb. "Rəhmətliyin 20-ci il dönümündə Allahdan rəhmət, sevənlərinə başsağlığı diləyirəm. Alla

8 aprel
.

Günay: "Vay o günə ki, ər qadının gözündən düşsün" - VİDEO

"Vay o günə ki, ailədə həyat yoldaşı qadının gözündən düşsün. Qadının gözündən düşdüsə, onu heç nə ilə bərpa etmək olmaz". xəbər verir ki, bu sözləri Günay Baxşəliyeva aparıcısı olduğu "Zaurla Günaydın" verilişində deyib. Günay bildirib ki, qadınlar ətraflarında baş verən hadisələr

7 aprel
.

Şəbnəm ilk dəfə döyülməsindən danışıb AĞLADI - VİDEO

Müğənni Şəbnəm Tovuzlu Atv-də yayımlanan "7 tamam" verilişinin qonağı olub. xəbər verir ki, sənətçi keçmişə səyahət edərək başına gələnlərdən danışıb. İlk dəfə döyülməsini xatırlayan sənətçi kövrəlib. Ona əl qaldırılmasını hələ də bağışlamadığını deyən Şəbnəmin həmin açıqlamasını təqdim edirik

14 aprel
.

"İndi oxumaqdan çox danışmaq lazımdır"

Xalq artisti Niyaməddin Musayev "7 Tamam" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, sənətçi proqramda aparıcı Nanə Ağamalıyevanın "Övladlarınızın səsi var" sualına belə cavab verib: . "Səsləri, avazları var, amma onları qoymaram ki, incəsənət dalınca getsinlər, oxusunlar

12 aprel
.

"10 il keçdi, amma zəng etmədi" - Sahib Elçindən niyə inciyib?

Əməkdar artist Sahib İbrahimov həmkarı Elçin Cəfərovdan inciyib. Ölkə.Az xəbər verir ki, bu barədə sənətçi "Elgizlə izlə"verilişində qonaq olarkən bildirib. O, bunun səbəbini isə belə izah edib:. "Elçin məndən yaşca kiçikdir. İncəsənət Universitetini yaşlı vaxtımda oxumuşam. O zaman Elçinl

5 aprel
.

Nazilə Səfərlinin atası xəstəxanaya yerləşdirilib

Şair Nazilə Səfərlinin atası xəstəxanaya yerləşdirilib. Axşam.az xəbər verir ki, bu barədə o "7 Tamam" verilişində qonaq olarkən danışıb. N.Səfərli hazırda valideyninin Milli Onkologiya Mərkəzində müalicə olunduğunu bildirib. Qeyd edək ki, iki il əvvəl şairin atasının başında şiş aşkarlandığ

5 aprel
.

Kəmalə Piriyeva: "Evdə qalmış" deyəndə ağıla ilk mən gəlirəm" - VİDEO

Aparıcı-aktrisa Kəmalə Piriyeva maraqlı açıqlamalar verib. Sənətçi ailə qurmamasından danışıb. Bu barədə o, "Rəngarəng səhər" verilişində söz açıb. "Hə, "evdə qalmışam". Ona görə də "Evdə qalmış" filmi çəkiləndə rejissorun ilk ağlına gələn aktrisa mən olmuşam. Mən d

4 aprel
.

Günay canlı efirdə ağladı - VİDEO

Aparıcı Günay Baxşəliyeva canlı efirdə kövrək anlar yaşayıb. xəbər verir ki, "Günaylı gün" verilişinə canlı bağlantı edən şəhid atasının söylədiklərindən sonra o, göz yaşlarını saxlaya bilməyib. "Mən sizin həyatınızı izləmişəm. Zaurla nişanlı olan vaxtdan bəri sizi izləyirəm. 2 balanı

7 aprel