Canlı efirdə Nazpəri ilə Könül arasında gərginlik: "Xəbislik, ikiüzlülük, paxıllıq olmasa..." - VİDEO

Canlı efirdə Nazpəri ilə Könül arasında gərginlik: "Xəbislik, ikiüzlülük, paxıllıq olmasa..." - VİDEO"Xəzər" TV-də yayımlanan "5/5" axşam şousunun 6 illik yubiley buraxılışının canlı efirində Xalq artisti Nazpəri Dostəliyeva və Əməkdar artist Könül Kərimova arasında gərginlik yaşanıb.

Oxu.Az xəbər verir ki, öncə verilişə K.Kərimova və Nadir Qafarzadə gəlib, sonra isə şouya N.Dostəliyeva qatılıb.

Mahnısı səsləndiriləndən sonra Xalq artisti verilişin aparıcısı Zaur Kamal və Nadir ilə opüşüb-görüşsə də, Könüllə nə salamlaşıb, nə də kəlmə kəsib.

Şounun 6 illiyini təbrik edən N.Dostəliyeva fikirlərini belə ifadə edib:

"Verilişin uzun ömürlü olsun. "5/5"in açılışı bizim bağda olub. Qəlbimiz saf, təmiz, düz olanda qədəmimiz də gözəl olur. Ürəyimizdə xəbislik, pislik, ikiüzlülük, paxıllıq olmasa, verilişimiz də, bütün işlərimiz də düz olar".

Bu sözlərdən sonra veriliş reklam fasiləsinə ayrılıb. Reklamlardan sonra Nadir mahnısını oxuyanda K.Kərimova ona qoşulub. Studiyanın digər tərəfində isə Dostəliyeva Zaurla rəqs edib.

İfasını bitirdikdən sonra Nadir "Biz Könüllə toya gedirik" deyərək, verilişi Kərimova ilə birlikdə yaxın dəqiqələrdə tərk edəcəyinin anonsunu verib.

Proqramda gərginliyin artdığını görən Zaur qonaqları ilə birlikdə selfi çəkdirmək istədiyini dilə gətirib. Bu anda isə K.Kərimova "Biz tələsirik Zaur" ifadəsini söyləyib.

N.Dostəliyeva isə "Mən gülləri suvarıram" deyərək, şəkil çəkdirməkdən yayınmaq istəyib.

Könül isə "Zaur, selfidə yaxşı düşmürük" deyərək, Nazpəri ilə şəkil çəkdirməkdən boyun qaçırmağa çalışıb. Zaur istədiyinə nail olub və o sənətçiləri bir araya gətirərək telefonun kamerasına baxmağı xahiş edib.

Şəkil çəkdirən zaman Xalq artisti "Selfi çəkdirmək hələ ürəkdə qalmaq demək deyil" şərhini dilə gətirib.

Zaur isə Nazpərinin bu şərhinə "Mənim 6 illiyimi zay etməyin" söyləyərək, yanan ocağa su səpib.

Şəkil çəkdirdikdən sonra Nadir ilə Könül canlı efiri tələsik tərk edib. Bundan sonra isə proqramda yalnız qalan Xalq artisti şouda baş verənləri özünəməxsus şəkildə belə şərh edib:

"İllər keçə bilər. Əsas odur ki, insan həyatda etibarlı, sadiq olsun. Kəsdiyi çörəyi ayaqlamasın. Heç kim üçün yox, özü, vicdanı, mənliyi, şəxsiyyəti üçün... Bax bu, çox qəliz məsələdir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 2874   Tarix: 05 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Oğlunu itirən İbrahim Borçalının BİR İL ÖNCƏKİ VƏ İNDİKİ GÖRÜNÜŞÜ - FOTOLAR

Tanınmış aparıcı Lalə Əlimuxtarova sosial media hesabında yeni paylaşım edib. -a istinadən xəbər verir ki, aparıcının paylaşdığı fotolarda bir il öncə oğlunu faciəvi şəkildə itirən İbrahim Borçalının görüntüləri yer alıb. Bir il ərzində çəkdiyi oğul dərdindən necə qocaldığı fotolarda görünür. Onun b

9 sentyabr 2021
.

Məşhur müğənni koronavirusdan vəfat etdi

Şri-Lankanın məşhur vokalisti və bəstəkarı, "The Gypsies" qrupunun ifaçısı Sunil Perera 68 yaşında vəfat edib. Axşam.az-a istinadən xəbər verir ki, müğənni bu gün müalicə aldığı xəstəxanada koronovirusdan dünyasını dəyişib. Ötən ay COVID-19 testi pozitiv çıxan Sunil xəstəxanaya yerləşdirilib

6 sentyabr 2021
.

Britni Spirs bu şəxslə nişanlandı - FOTO

Amerikalı məşhur ifaçı Britni Spirs 27 yaşlı fitnes məşqçisi Sem Asqari ilə nişanlandığını açıqlayıb. Pop janrın ən məşhur simalarından biri olan 39 yaşlı müğənni öz "Instagram" səhifəsində barmağında üzüklə video paylaşıb. Britni Spirs paylaşımında qeyd edib ki, baş verənlərə hələ də inan

13 sentyabr 2021
.

Könül Xasıyeva bundan sonra bu işlə məşğul olacaq

Xalq artisti Könül Xasıyeva bundan sonra pedaqoq kimi fəaliyyət göstərəcək. xəbər verir ki, xanəndə olmaq istəyənlər Xasıyevanın onlayn dərslərinə qoşulacaq:. "Oktyabrın 1-dən onlayn muğam dərslərinə başlayıram. Yaş fərqi olmadan, tələbəm olmaq istəyənlərə dərs açıqdır. Dərslərin həftədə neçə dəfə

10 sentyabr 2021
.

Bu Əməkdar artisti TANIDINIZ? - 37 il əvvəl...

Əməkdar artist Sevda Ələkbərzadə sosial şəbəkədə uşaqlıq fotosunu paylaşıb. -ın məlumatına görə, müğənni paylaşımına "Birinci sinifə gedəcəkdim deyə anam uzun saçlarımı bu formada kəsdirdi. 1994-cü il", - şərhini qeyd edib. İfaçının 37 il öncə çəkilmiş şəkli maraqla qarşılanıb

2 sentyabr 2021
.

"Bədəninə dərman yüklədilər, dünyasını dəyişdi"

"Mənə başqa yerdən pislik etməyə başlayırlar. İctimai insanam, çırmalayaram qollarımı, başlayaram. Kiməsə pislik etmək istəmirəm". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova İnstaqramda canlı yayımda deyib. Koronavirusa yoluxan müğənni bir neçə gün əvvə

9 sentyabr 2021
.

Türkiyəli məşhur aktrisa vəfat etdi

Türkiyəli məşhur aktrisa İncilay Şahin vəfat edib. Bu barədə "Oyunçular Birliyi"nin "Twitter" hesabında məlumat verilib. 60 yaşlı sənətçi "Çiçek taksi", "Hayat Bilgisi", "Yasak elma" kimi reytinqli seriallarda rol alıb

7 sentyabr 2021
.

Məşhur müğənni xərçəngdən vəfat etdi

Tanınmış müğənni və aktrisa, "Girls Aloud" qrupunun solisti Sarah Hardinq 39 yaşında vəfat edib. xəbər verir ki, bu barədə ifaçının anası Meri Hardman sosial şəbəkədə yazıb. Sarah bir neçə ildir xərçəngdən müalicə alırdı. Qeyd edək ki, müğənniyə xərçəng diaqnozu ötən ilin yazında qoyulub

6 sentyabr 2021
.

Ben Afflek sevgilisi Cennifer Lopezə yaxınlaşan pərəstişkarı itələdi - VİDEO

Amerikalı aktyor Ben Afflek sevgilisi məşhur aktrisa Cennifer Lopez ilə şəkil çəkdirmək istəyən pərəstişkarını itələyib. Hadisə aktyorun sevgilisi ilə birlikdə Film Festivalına yollandığı Venesiya baş verib. Məlumata görə, tədbir bitdikdən sonra cütlük hava limanına gedərkən pərəstişkarlardan biri onlar

14 sentyabr 2021