Xatun: "O məşhurun qızının toyuna gedəndə qonaqlar şok keçirdilər"

Xatun: "O məşhurun qızının toyuna gedəndə qonaqlar şok keçirdilər""Şou-biznesdə əməliyyatsız müğənnilər çox olmasa da, amma var. Manana, Xalq artistləri Zülfiyyə Xanbabayeva və Tünzalə Ağayeva əməliyyatsız müğənnilər sırasındadırlar".

Bu sözləri Oxu.Az-a açıqlamasında sözlərini qorxmadan, çəkinmədən deyən məşhur müğənni Xatun Əliyeva deyib.

Qalmaqallı çıxışlarla şou əhlinə dağ qoyan sənətçi bir neçə həftə öncə müsahibəsində söylədiyi "Bir məşhur var ki, onu makiyajsız gördüm, 3 gün özümə gələ bilmədim" fikirlərilə bağlı yenidən danışdı. Həmin məşhurun adını çəkməsə də, Xatun sətiraltı mesajları ilə müğənnini iynələdi:

"Həmin müğənnini makiyajsız görəndə şok oldum. Makiyajsız qorxunc görünürdü. Türklər demişkən - "doğal halı idi". Onun fəxri adı yoxdur. Adını çəkib reklam etmək istəmirəm. O, plastik əməliyyat keçirməyib. Bəlkə də burnunu əməliyyat etdirsəydi, düzələr, amma çətin (gülür)".

Parodiyaları ilə tamaşaçıların üzünü güldürüb, şou əhli ilə isə buna görə düşmən kəsilən sənətçi arxivləri bir-bir vərəqləyib, pərdəarxası məqamlardan da danışdı:

"Parodiyaya görə küsülü olduğum bütün müğənnilərlə barışmışam. Könül Kərimova ilə canlı efirlərin birində barışdım. Hətta onun qızının toyuna gedəndə qonaqlar şok keçirmişdi. Onunla yazışıb, qeybət də edirik. Münasibətlərimiz yaxşıdır. Xalq artisti Nazpəri Dostəliyeva ilə də aramızda parodiyaya görə soyuqluq yaşanmışdı. Amma onu Yeni il proqramlarının birində təqdim etdim, o da mənim adımı çəkdi və aramızdakı buzlar əridi"".

"Kimi parodiya etmək istəyirsiniz, amma qorxub, çəkinirsiniz?" sualına müğənninin cavabı belə oldu:

"Çox istəyirəm Mətanət Əsədovanı parodiya edim. Amma etmərəm, çünki etsəm inciyər məndən. O kövrək insandır, xətri çox əzizdir. Verilişlərdə onun xətrinə çox dəyirlər. Hər zaman onun yanında olmuşam. Bilirəm ki, Əsədova çox həssasdır. Onu parodiya etsəm, incidə və qəlbinə toxuna bilərəm".

Üzə gülüb, arxada danışıb, söz aparıb-gətirən, ikiüzlü, mindilli bəzi məşhurları isə Xatun redaksiyamızın əməkdaşı ilə söhbətində ifşa etdi:

"Səhnə camiyəsində elə xoşagəlməz anlar yaşanır ki. Bir də görürsən ki, həmkarlarımızdan biri üzümə gülür. Üzümü çevirən kimi isə arxamca danışmağa başlayır. Bunlara normal baxıram. Danışsınlar da... Hətta hansısa müğənni ilə mehriban danışanda yaxın ətrafım deyir ki, "Ay Xatun, gedib arxanca olmayan şeyləri danışacaq" sözünə isə cavab olaraq söyləyirəm ki, "Getsin danışsın, belə daha maraqlı olacaq (gülür)".

Şou-biznes elə bir aləmdir ki, bir göz qırpımında gözdən düşüb, nüfüzunu itirə bilərsən. Burada çox ehtiyyatlı davranmalısan. Əgər sən məşhursansa, media səndən yazmalıdır. Danışanda elə bir strategiya seçməlisən ki, heç kimin qəlbini sındırmayasan. Bəlkə də mənim dilə gətirdiyim sözü başqa bir insan desə, pis qəbul edilə bilər. Amma mənim insanları güldürmək istedadım və bacarığım olduğuna görə, onlar sözlərimi məndən gözəl qəbul edirlər. Hətta atmacalı sözlərim də maraqla qarşılanır. Müğənnilər var ki, müsahibə verməkdən qaçırlar. Amma bu, düzgün strategiya deyil. Əksinə, həmin müğənni geriləyir".

Bir çox müğənnilər toyların azalmasını və əvvəlki kimi pul qazanmadıqlarını iddia edirlər. X.Əliyeva sənət yoldaşlarının bu iddialarını qəbul etmədi, onları daha çox işləməyə və çalışmağa səslədi:

"Bizim əsas gəlir yerimiz toylardır. Xalqımız bizi dolandırır. Müxtəlif məkanların açılışları olur. Ora gedib qonorarımı alıram. "Instagram"dan da pul qazanıram. Demirəm ki, "qaz vurub, qazan doldururam", amma qazancımız bəs edir. Əgər kimsə şou-biznesdən pul qazanmırsa, o da əziyyət çəkib iş görsün, gündəmin nəbzini tutsun. Ancaq belə nə isə əldə etmək olar. Necə deyərlər - "işləməyən, dişləməz".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 6310   Tarix: 05 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Əməkdar artist AzTV-də aparıcılıq edir

Əməkdar artist Elnur Kərimov aparıcılığa başlayıb. xəbər verir ki, aktyor AzTV-də çalışır. O, Xədicə Sənanqızı lə birlikdə "Gün başladı" proqramına aparıcılıq edir. Veriliş həftəiçi beş gün səhər saatlarından yayımlanır. Qeyd edək ki, XəSənanqəzə ötən mövsüm proqramı tək aparırdı

4 sentyabr 2021
.

Məşhur müğənni koronavirusdan vəfat etdi

Şri-Lankanın məşhur vokalisti və bəstəkarı, "The Gypsies" qrupunun ifaçısı Sunil Perera 68 yaşında vəfat edib. Axşam.az-a istinadən xəbər verir ki, müğənni bu gün müalicə aldığı xəstəxanada koronovirusdan dünyasını dəyişib. Ötən ay COVID-19 testi pozitiv çıxan Sunil xəstəxanaya yerləşdirilib

6 sentyabr 2021
.

Məhəbbət Kazımovun vəsiyyəti: Oğlu nə qərar verəcək?

"Məhəbbət Kazımovun qəbri Xırdalan qəbiristanlığında qalsa, daha məqsədəuyğun olar". Bunu Qaynarinfo-ya açıqamasında mərhum sənətkar, əməkdar artist Məhəbbət Kazımovun oğlu Rəşid Kazımov deyib. Rəşid Kazımov mərhum sənətkarın Laçında dəfn olunması ilə bağlı vəsiyyət etdiyini deyib:. "Atamı

3 sentyabr 2021
.

Yaqub Zurufçu və Səyyad Əlizadə peyvənd olunublar - Ailələrindən açıqlama

Xəbər verdiyimiz kimi, əməkdar artist Yaqub Zurufçu koronavirusdan vəfat edib. Digər sənətçi Səyyad Əlizadənin də vəziyyəti ağırdır, suni tənəffüs aparatına qoşulub. Bəs, görəsən iki sənətçi peyvənddən sonra yoluxub?. xəbər verir ki, Y.Zurufçunun xanımı Aynur Zurufçu " "a mərhumun peyvənd olunduğun

15 sentyabr 2021
.

Xərçəngdən əziyyət çəkən Nisə Qasımova ilə bağlı YENİ XƏBƏR - FOTO

Xalq artisti Nisə Qasımova yenidən səhnəyə qayıdır. xəbər verir ki, sənətçi bu haqda sosial şəbəkədə məlumat verib. N.Qasımova yeni fotosunu yayımlayaraq bunları yazıb:. "Mənim əzizlərim, dəyərli izləyicilərim, əminəm ki, yaxın zamanlarda efirlərdə görüşəcəyik". Xatırladaq ki, Xalq artist

13 sentyabr 2021
.

Britni Spirs bu şəxslə nişanlandı - FOTO

Amerikalı məşhur ifaçı Britni Spirs 27 yaşlı fitnes məşqçisi Sem Asqari ilə nişanlandığını açıqlayıb. Pop janrın ən məşhur simalarından biri olan 39 yaşlı müğənni öz "Instagram" səhifəsində barmağında üzüklə video paylaşıb. Britni Spirs paylaşımında qeyd edib ki, baş verənlərə hələ də inan

13 sentyabr 2021
.

Flora Kərimova küçədə mahnı oxudu – VİDEO

Xalq artisti Flora Kərimova küçədə mahnı oxuyub. Belə ki, xalq artisti küçə ilə gedərkən musiqi səsi eşidib və musiqi səsi gələn tərəfə yönəlib. O, küçədə gitara çalıb mahnı oxuyan gənclərlə birgə duet oxuyub. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Həmin görüntüləri təqdim edirik:

8 sentyabr 2021
.

Səməd Səmədovun məzar daşı niyə qoyulmayıb? - VİDEO

Bu gün Xalq artisti Səməd Səmədovun dünyasını dəyişməsindən 40 gün ötür. Axşam.az xəbər verir ki, müğənni Xatun Əliyeva mərhumun məzarını ziyarət edərək, görüntü paylaşıb. Diqqət çəkən məqam isə S.Səmədovun məzar daşının hələ də düzəldilməməsi olub. X.Əliyevanın prodüseri Pənah Eldar Axşam.az-a açıqlamasınd

2 sentyabr 2021
.

Qızı Rəşad İlyasovu sevindirdi

Əməkdar artist Rəşad İlyasovun qızı universitetə daxil olub. xəbər verir ki, bu haqda müğənni özü məlumat yayıb. "Dostlar, təbrik edə bilərsiniz. İkinci dəfə tələbə atası oldum" deyə, ifaçı övladı ilə fotosuna yazıb. Qeyd edək ki, R.İlyasovun bir oğlan övladı da var

4 sentyabr 2021