"Rusiya SSRİ-nin siyasətini yenidən Afrika qitəsinə qaytarmağa başlayıb - RƏY

"Rusiya SSRİ-nin siyasətini yenidən Afrika qitəsinə qaytarmağa başlayıb - RƏYABŞ Müdafiə Nazirliyi (Pentaqon) hazırladığı Afrika hesabatında Rusiyanın Liviyadakı hərbi mövcudluğunun ABŞ-ın regionda terrorla mübarizə fəaliyyətlərinə zərər verdiyi qeyd olunub. Eyni zamanda bildirilir ki, Rusiyanın fəaliyyətləri ABŞ-ın Afrikadakı müttəfiqləri ilə əlaqələrini zədələyir.
Hesabatda xüsusi olaraq Rusiyanın "Vagner" hərbi şirkətinin Liviyada fəallığının artdığı qeyd olunur. Vurğulanır ki, sentyabrda Liviyada 200 "Vagner" muzdlusu olduğu halda, ilin sonunda bu rəqəm 1400-ə çatıb. Həmçinin Rusiya hərbi şirkəti təlimatçılarının Qərbi Afrika ölkələrində təlim və hərbi hazırlıq keçdiyi bildirilir. Bundan başqa ABŞ-a məxsus pilotsuz uçuş aparatı general Xəlifə Həftərin ordusunda xidmət edən Rusiya hava hücumundan müdafiə sistemləri vasitəsilə vurulub.Pentaqonun son hesabatı və burada Rusiyanın xüsusi vurğulanması artıq bu gərginliyin başlamasıdır.

Bununla bağlı Sonxeber.az-a danışan Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Rusiya SSRİ-nin siyasətini yenidən Afrika qitəsinə qaytarmağa başlayıb: "Məhz rusiyanın Liviyada qeyri-rəsmi hərbi iştirakı, həmçinin Mərkəzi Afrika Respublikasında fəaliyyyəti Moskvanın Afrika qitəsində öz hərbi-siyasi və iqtisadi maraqlarının qurmasına hesablanıb. Məhz yeni dünya nizamının formalşamasında Moskva çalışır ki, Afrikada ABŞ-ın siyasi mövqeyini kifayət qədər zəiflətsin. ABŞ-ın hesabatından aydın olur ki, Vaşinqton bundan narahatdır və getdikcə Rusiya Afrikada öz hegemoniyasını qaytarır. Liviyada Xəlifə Xəftərə dəstək verən "Vagner" muzdlu ordusu, Afrikanın müxtəlif ölkələrində də fəaliyyət göstərir və Rusiyanın maraqlarını təmin edir. Ona görədə ABŞ-ın artıq öz anti-terror əməliyyatlarına Rusiyanın mane olduğunu elan etməsi göstəriri ki, iki ölkə Afrikada mövqe və vəkalət müharibəsinə başlayacaq. Ola bilər ki, Rusiyaya qarşı Afrikada yeni terror hücumları başlasın. Göründüyü kimi Yaxın Şərqdən başalyaraq, Afrikaya kimi uzanan Rusiya siyasətinə qarşı ABŞ yeni planlar hazırlayır və bunun genişlənməsinin qarşısını almaq üçün fəaliyyətə başlayacaq".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 5165   Tarix: 12 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Baş nazir quru sərhədlərinin açılmamasından DANIŞDI

"Quru sərhədlərinin bağlı olmasını ümumdaxili məhsulla bağlamaq düzgün deyil". APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib. Baş nazir bildirib ki, 2021-ci ilin mart ayından Azərbaycanın quru sərhədləri bağlanıb:. "Bu, mənim baş nazir kim

15 mart
.

Sahibə Qafarovanın İsveçrəyə səfəri başlayıb

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfərə gəlib. Bu barədə "Report"a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Cenevrə Beynəlxalq Hava Limanında nümayəndə heyətin

22 mart
.

"Paşinyan bu ərazilər ilə özü yaxından tanış olmaq istəyir" - Ekspert

Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin (Dilican mahalı - red.) sərhəd kəndlərinin sakinləri ilə görüşündə bəyan edib ki, əgər İrəvan sovet dövründən qalan sərhədlər çərçivəsində Azərbaycana məxsus olan anklav kəndləri Bakıya qaytarmasa, bu, müharibəyə gətirib çıxaracaq. "Müharib

19 mart
.

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü başlayıb - FOTO

Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü başlayıb. Bu barədə AZƏRTAC xəbər verir

16 mart
.

Qərbi Azərbaycan İcması Avropa İttifaqı və ABŞ-ı ikili standartlara son qoymağa çağırıb

Qərbi Azərbaycan İcması Avropa İttifaqı və ABŞ-ı ikili standartlara son qoymağa çağırıb. "Report" xəbər verir ki, bu, icmanın aprelin 5-də Brüsseldə Ermənistan-Avropa İttifaqı-ABŞ görüşünün keçiriləcəyi barədə yayılan xəbərlərlə əlaqəli yaydığı bəyanatda bildirilib. İcma hesab edir ki, so

22 mart
.

Azərbaycan XİN Rusiyadakı silahlı hücumu pisləyib

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya başsağlığı verib. "Report" xəbər verir ki, bu barədə XİN sosial şəbəkədə paylaşım edib. "Moskvada "Krokus siti holl" konsert kompleksinə edilmiş dəhşətli hücumu qətiyyətlə pisləyirik. Günahsız qurbanların ailələrinə, eləcə də Rusiy

22 mart
.

Baş Prokurorluqda Xocalıda aşkarlanan kütləvi məzarlıqla bağlı brifinq - CANLI

Baş Prokurorluqda Xocalıda aşkarlanan kütləvi məzarlıqla bağlı brifinq keçirilir. xəbər verir ki, brifinqdə prokurorluq rəsmiləri kütləvi məzarlıqla bağlı vacib açıqlamalar verirlər

18 mart
.

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Aprelin 5-də Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə planlaşdırılan görüşü Cənubi Qafqazda siyasi tarazlığa ciddi şəkildə təsir edə bilər. xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı öz sosial şəbək

28 mart
.

"Hesabatına ödənişi əlavə etməyi unudub" - Hikmət Hacıyev

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun sabiq baş katibi Anders Foq Rasmussenlə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, Hacıyev bu barədə "X"də qeyd edib:. "NATO-nun keçmi

27 mart