Ekspert: "Nəqliyyat yorğunluğu ümumi gündəlik yorğunluğun 20%-dən çox olmamalıdır"

Ekspert: "Nəqliyyat yorğunluğu ümumi gündəlik yorğunluğun 20%-dən çox olmamalıdır""Vahid mərkəzdən nəzarətin təşkili ilə avtobusların hərəkət intervalları düzgün tənzimlənəcək".

""Son zamanlarda ictimai nəqliyyatda təhlükəsizliyin və rahatlığın təmin edilməsi üçün Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən bir sıra işlər görülür. Mərkəzləşdirilmiş dispetçer xidmətinin tətbiqi də bu işlərdən biridir".

"MediaPost" xəbər verir ki, bunu Azərbaycan Texniki Universitetinin Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi kafedrasının dosenti Fuad Daşdəmirov BNA-nın sözügedən xidmətinin tətbiqi ilə bağlı danışarkən deyib:

"İctimai nəqliyyata nəzarət mexanizminin gücləndirilməsi və daha yüksək səviyyəyə çatdırılması hazırkı imkanlarla daha çox mümkündür. Çünki avtobuslara görüntülü nəzarət mövcuddur, dispetçetlərin elektron təminatı yüksək səviyyədədir və avtobuslara yeni avadanlıqlar quraşdırılır".

"İnsanların nəqliyyat yorğunluğu ümumi gündəlik yorğunluğunun təxminən 20%-dən artıq olmamalıdır".

"Yeni sistemin tətbiqi ilə sərnişinlər dayanacaq məntəqələrində quraşdırılan informasiya sistemindən həmin dayanacağa çatacaq avtobusların çatma vaxtı haqqında məlumat əldə edə biləcəklər. Bu da müxtəlif səbəblərdən gecikən avtobus əvəzinə alternativ marşrut xətlərindən istifadəyə imkan yaradacaq. Həmçinin mobil proqram təminatı vasitəsilə istənilən yerdən avtobusların dayanacağa çatma vaxtı və xəritə üzərindəki yerini izləmək mümkün olacaq. Bütün bunlar sərnişinlərin vaxta qənaət etməsinə və rahatlığına xidmət edir. Tədqiqatlar göstərir ki, insanların nəqliyyat yorğunluğu ümumi gündəlik yorğunluğunun təxminən 20%-dən artıq olmamalıdır. Əgər bu yorğunluq göstərilən həddən çox olarsa, insanların əmək məhsuldarlığı aşağı düşür. Buna görə də, ictimai nəqliyyatda rahatlığın təmin olunması mühüm məsələdir", - deyə, ekspert əlavə edib.

Ekspert: "Nəqliyyat yorğunluğu ümumi gündəlik yorğunluğun 20%-dən çox olmamalıdır"F. Daşdəmirovun sözlərinə görə, bütün marşrut şəbəkəsində kartla ödənişin təmin edilməsi həm sürücülərin, həm də sərnişinlərin işini asanlaşdıraraq təhlükəsizliyi artırır: "Çünki nağd ödənişlər həm daha çox vaxt aparır, həm də sürücü-sərnişin ünsiyyətini artırır. Ümumiyyətlə, avtobus sürücülərinin ödəmə prosesindən uzaq durması məqsədəuyğundur. Çünki sərnişin ilə hər hansı mübahisələrin yaranması sürücünün iş rejiminə təsir edə, yorğunluğunu artıra və idarəetmədə səhvlərə yol verməsinə gətirib çıxara bilər".

Azərbaycan Texniki Universitetinin Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi kafedrasının dosenti Əlləz Əliyevin sözlərinə görə, mərkəzləşdirilmiş dispetçer xidməti sərnişindaşıma qaydalarına riayət olunmasının elektron şəkildə izlənilməsini təmin edəcək:

"Vahid mərkəzdən nəzarətin təşkili ilə avtobusların hərəkət intervalları düzgün tənzimlənəcək".

"Vahid mərkəzdən nəzarətin təşkili ilə avtobusların hərəkət intervalları düzgün tənzimlənəcək, sürücülərin iş rejiminə nəzarət etmək mümkün olacaq. Bu zaman sürücünün qaydalara riayət etməsi, 8 saatdan çox sükan arxasında olub-olmaması haqqında məlumat almaq mümkün olacaq. Nəzarət zamanı elektron məlumatlar toplana və bu məlumatlar əsasında şəhər nəqliyyatına dair gələcək planlar hazırlana bilər".

Ekspert: "Nəqliyyat yorğunluğu ümumi gündəlik yorğunluğun 20%-dən çox olmamalıdır"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1138   Tarix: 13 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Polisdən ƏMƏLİYYAT: 51 kiloqram narkotik aşkarlandı - FOTO/VİDEO

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Astara sakinində 51 kiloqram narkotik aşkar ediblər. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, tədbir zamanı Astara rayon sakini 1993-cü il təvəllüdlü İbrahim Ağayev saxlanılıb

23 aprel
.

Azərbaycanda universitet məzunları bu səbəbdən İŞSİZ QALIR! - AÇIQLAMA

Bu gün gənclərin bir çox sahədə problemləri var. Bunlardan biri də onların universiteti bitirdikdən sonra özlərinə iş tapa bilməməsi ilə bağlıdır. Çox vaxt gənclərin universiteti işsiz olmasının səbəblərini oxuduqları ərəfədə təcrübə proqramlarında iştirak etməməsi, aktiv fəaliyyət göstərməməkləri il

23 aprel
.

Azərbaycanda DƏHŞƏT: 32 yaşlı kişi arvadı və bibisi oğlu tərəfindən öldürüldü - İDDİA - FOTO - VİDEO

Azərbaycanda 32 yaşlı kişi arvadı və bibisi oğlu tərəfindən öldürülüb. xəbər verir ki, bunu ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan Tehran adlı qadın bildirib. Qadın söyləyib ki, oğlunu 3 ildir ki itirib:. "Oğlumu öz kiçik bacımın qızı ilə evləndirmişdim. Mən

23 aprel
.

Bakıda avtomobil mopedlə toqquşdu, ölən var

Bakıda avtomobillə moped toqquşub. xəbər verir ki, hadisə Nəsimi rayonu, Azadlıq prospektində qeydə alınıb. Orxan Əlizadənin idarə etdiyi "Mitsubishi L 200" markalı avtomobillə Rəşad Hüseynovun idarə etdiyi moped toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən moped sürücüsü orada ölüb

24 aprel
.

Kürdəmirdə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar

Kürdəmir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Rövşən Babaşov, Saleh Salahov, Elşad Quliyev və Elxan Mahmudov saxlanılıblar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətini

24 aprel
.

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin əldə etdiyi gəlirlər məcburi dövlət sosial sığorta haqqı və gəlir vergisindən azad edilir. APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Sosia

23 aprel
.

Prezidentin xüsusi nümayəndəliyindən Xankəndinin ilk körpəsi ilə bağlı paylaşım

Xəbər verdiyimiz kimi, antiterror tədbirləri nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə ilk körpə dünyaya gəlib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Xankəndi, Ağdərə, Xocalıda prezidentin xüsusi nümayəndəliyi də məlumat yayıb. "Xankəndi şəhərində çalışan Azərbaycan Dövlət Su Ehtiyatlar

23 aprel
.

Azərbaycanda 23 yaşlı qızın 45 yaşlı kişi tərəfindən qaçırıldığı iddia olunur

Bərdədə 23 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. Ailəsi qızın zorla bir neçə nəfər tərəfindən qaçırıldığını iddia edir. APA-nın Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Uğurbəyli kəndində qeydə alınıb. Kənd sakini 2001-ci il təvəllüdlü S.A. səhər saatlarında işə gedən zaman avtomobil yolunun kənarında

23 aprel
.

Culfada dəhşətli qəza: Ölənlər var - FOTO

Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un yerli bürosu xəbər verir ki, Ərəzin kəndi ərazisində baş verən hadisədə "Chevrolet Niva" markalı avtomobillə "Tofaş" markalı maşın toqquşub. Nəticədə Kamal Qürbət oğl

23 aprel