Baş Prokurorluqdan Nərminin qətli ilə bağlı açıqlama — İfadələri alınır
"Tovuz rayonunda azyaşlının qəsdən öldürülməsi faktı üzrə yayılan anonim informasiyalar istintaq-əməliyyat qrupuna təqdim olunub və tam, hərtərəfli araşdırılır".
Sonxeber.az xəbər verir ki, bunu Modern.az-a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.
Onun sözlərinə görə, hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir:
"Sosial şəbəkələr və bəzi internet saytlarında yayılmış anonim videomaterialda adıçəkilən şəxslərin ifadələri alınır".
Mərhum Nərmin Quliyevanın nənəsi Minayə Quliyeva Modern.az-a deyib ki, kənddə olmadığı üçün videoda adı çəkilən Altay Ələkbərov və digər şəxslərdən məlumatsızdır:
"Biz də ekspertizanın cavabını gözləyirik. Baş Prokurorluq nə məlumat versə, ona inanırıq, əlavə bir söz deyə bilmərəm. Şayiələr yazırlar, insanlarda çaşqınlıq yaradırlar".
Nərminin atası Şərif Quliyev saytımıza Altay Ələkbərovun kənddə olduğunu deyib:
"Altay istintaqa cəlb olunmayıb. İstintaqa cəlb olunan olunub, Altay niyə istintaqa cəlb olunmalıdır? Baş Prokurorluq deyir, günhakar İlkindir, ona görə onu saxlayıblar. O videodan sonra da Altayla üz-üzə gəlməmişik. Mən dövlətimə güvənirəm. Siz nə bilirsiniz, mən də onu bilirəm".
Qeyd edək ki, sosial şəbəkələrdə ötən il Tovuz rayonunda itkin düşmüş 10 yaşlı Nərmin Şərif qızı Quliyevanın qətli ilə bağlı səs yazısı yayılıb. Naməlum şəxs Nərminin qatilinin İlkin Süleymanov olmadığını iddia edir. O bildirir ki, qətli törədən kənd sakini Altay Ələkbərovdur.
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı ilə bağlı Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 4189 Tarix: 13 fevral 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşBakıda DƏHŞƏT! - Sevgilisini öldürüb özünü yaraladı
Bakıda 22 yaşlı qadın qətlə yetirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı polisə məlumat daxil olub. Cinayə
20 aprelTürkiyədə Osmanlı dövrünə aid tarixi bina yanır - FOTO
Türkiyənin Kırklareli şəhərində ikimərtəbəli tarixi binada yanğın başlayıb. Osmanlı dövrünə aid olan bu bina kafe kimi istifadə edilirmiş. Hadisə yerinə xilasetmə, təcili yardım və polis qrupları cəlb ediliblər. Tarixi binanın yanında yerləşən dördmərtəbəli yaşayış binasının üzlüyü də yanıb və bu səbəbdə
20 aprelBiləsuvarda qadın yaylığı ilə özünü asdı
Biləsuvarda intihar hadisəsi olub. xəbər verir ki, hadisə Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün tikilmiş binalardan birində qeydə alınıb. 76 yaşlı Şamama Məhəmməd qızı Əfəndiyeva burada yardımçı tikilinin qarşısında yaylığı ilə özünü asıb. Faktla bağlı araşdırma aparılır
20 aprelYağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq
Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var
19 aprelBakıda yarım milyona Quran satılır? - FOTO
Azərbaycanda yarım milyona Quran kitabı satışa çıxarılıb. xəbər verir ki, bu barədə saytlardan birində elan yerləşdirilib. Qeyd edilib ki, kitab XIX əsrdə miniatür litoqrafiya ilə işlənmiş Osmanlı Quranıdır. Bu kitabı, xüsusilə Birinci Dünya müharibəsində vuruşan bəzi müsəlman əsgərlər üzərlərində gəzdirirmişlər
19 aprelBakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilib
Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti "BakuBus" MMC tərəfindən həyata keçiriləcək. Bu barədə -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib. Bu marşrut xətti "Dərnəgül" metrostansiyas
20 aprelGələn ay şuşalılar yurdlarına qayıdırlar - Video
"May ayından etibarən Şuşa şəhərində bərpa-tikinti qrafikinə uyğun olaraq, mərhələli formada inşa edilmiş evlərə ailələrin köçürülməsi həyata keçiriləcək". "Qafqazinfo" xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin mətbuat katibi İbrahim Mirzəye
20 aprel