Pensiyalardan yeni xəbər var — RƏSMİ

Pensiyalardan yeni xəbər var — RƏSMİ"Pensiya sistemi ilə bağlı ortaya qoyacağımız konsepsiya texniki məsələ deyil, daha çox pensiyanın mahiyyəti və fəlsəfəsi ilə bağlıdır. Çalışırıq ki, pensiya qanunvericiliyimiz çox sadə və kompleks şəkildə qalsın. Onun yerlərdə tətbiqi rahat şəkildə, vahid yanaşma ilə həyata keçirilsin".
Sonxeber.az APA-ya istinadən xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəyli "Pensiya sisteminin yeni inkişaf konsepsiyası"ndakı əsas yenilikləri şərh edərkən deyib.

Onun sözlərinə görə, mövcud pensiya sistemi və qanunvericiliyi çox ciddi təhlil edilib: "Qanunvericiliyin üstün və mənfi, zəif və təhdid tərəflərinin təhlilini apardıq. Ortaya bir çox məqamlar çıxdı. Dünya Bankının bir PROST modeli var, bu model ölkələrin pensiya sistemini stress test edir və onun dayanıqlıq vəziyyətini ortaya qoyur. Biz bu testi beynəlxalq ekspertlərlə birgə 2019-cu ilin sonunda həyata keçirdik. Məlum oldu ki, pensiya sistemimiz kifayət qədər dayanıqlıdır, sadəcə bir faiz kənarlaşma müşahidə edilir. Bu, kifayət qədər yaxşı nəticədir, amma biz burada dayanmaq istəmirik. Məqsədimiz pensiya sisteminin tam dayanıqlılığını təmin etmək, eyni zamanda sosial sığorta prinsipinə tam uyğunlaşmasını həyata keçirməkdir. Sosial sığorta prinsipi vətəndaşın ödədiyi sosial sığorta haqları müqabilində onun pensiyasının geri qaytarılmasıdır. Bizdə hazırda bu prinsipdən bəzi kənarlaşmalar var. Məsələn, "Əmək pensiyası haqqında" qanunun 19-cu maddəsində qulluq əlavələrimiz var. Sosial sığorta prinsipinə əsaslanmayan ödənişlərin pensiya predmetindən çıxarılaraq təqaüd formasına salınması ilə bağlı təklifi artıq müvafiq orqanlara təqdim etmişik. Bu maddədə qeyd olunan ödənişlər vətəndaşın dövlət qarşısında xüsusi xidmətlərinə görə verilən müəyyən ödənişlərdir. Bunun vətəndaşın ödədiyi sosial sığorta haqları ilə hər hansı bir əlaqəsi yoxdur. Bu baxımdan biz bunu qanunun predmetindən çıxarıb təqaüdün predmetinə salmaq istəyirik.

Qanunun 20 və 21-ci maddələrində də bununla bağlı müəyyən fərqli yanaşmalar var. Burada sosial sığorta stajına daxil edilən, lakin sosial sığorta haqları ödənilməyən müddətlər var. Biz bunların hamısında sosial sığorta prinsipini bərqərar etmək istəyirik".

M. Abbasbəyli bildirib ki, islahat nəticəsində bəzi pensiya növlərinin elektronlaşması daha da sadələşdiriləcək: "Hazırda yaşa və əlilliyə görə pensiya növü elektron qaydada həyata keçirilir. Ailə başçısını itirməyə görə pensiya hələ ki, avtomatik qaydada həyata keçirilmir. Biz bu islahatların nəticəsində bunun avtomatik qaydada keçirilməsini təmin edəcəyik. Eyni zamanda xüsusi şərtlərlə təyinat (hərbi qulluqçuları, dövlət qulluqçuları, hüquq-mühafizə orqanlarının əməkdaşlarının pensiyası) da hazırda elektron qaydada təyin edilə bilmir. İslahatlar nəticəsində bunların təyinatının da tam avtomatlaşdırılmış formaya keçirilməsini hədəf olaraq müəyyən etmişik".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 5462   Tarix: 13 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Kurslar.az kurslar

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Çindən diri heyvanların idxalına qoyulan müvəqqəti məhdudiyyətin təsirləri açıqlandı

Koronavirusla əlaqədar Çindən Azərbaycana diri heyvanların, balıq və dəniz məhsullarının idxalına qoyulan müvəqqəti məhdudiyyətin ölkəmizin qida məhsulları bazarına hansı formada təsir etdiyi açıqlanıb.. . Sonxeber.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA

13 fevral 2020

Bakıda bu ərazidəki evlər plana düşdü - ÜNVANLAR

Bakıda tikinti-təmir işləri davam edir. Bu il də paytaxtda söküləcək evlərin və qəzalı binaların siyahısı hazırlanır. Siyahı tam hazır olandan sonra Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq.. . Sonxeber.az xəbər verir ki, bu barədə Bakı meriyasından baku.ws-ə bildirilib. Verilən məlumata görə, b

13 fevral 2020

Bakıda daha bir binada insanlar təhlükə ilə üzləşdi - İŞƏ FHN QARIŞDI

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Yasamal rayonunda altımərtəbəli xəstəxana binasının dam örtüyünün bir hissəsinin yerindən qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.. . Sonxeber.az nazirliyin saytına istinadən xəbər verir ki, ərazidə

13 fevral 2020

Azərbaycanda neçə nəfər səkkiz min manatdan çox maaş alır? - RƏSMİ

"Azərbaycanda vergi güzəştləri həmişəlik deyil, müəyyən müddətə tətbiq olunur. Bu güzəştlərin yerini doldurmaq üçün potensial kifayət qədər böyükdür". . . Bunu Report-a açıqlamasında İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov deyib. . . Onun sözlərinə görə, bu güzəştlərin hesabına dövlə

13 fevral 2020

Valideynlər məktəb direktorunu qovdu, nazirlik işə qarışdı

Təhsil Nazirliyi Abşeron rayonunun Ceyranbatan qəsəbəsinin 1 nömrəli tam orta məktəbinə təyin olunan direktorun şagird valideynləri tərəfindən qovulması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.. . Nazirlikdən bildirilib ki, ümumi təhsil müəssisələrinə direktor təyinatı Təhsil Nazirliyinin səlahiyyətindədir

13 fevral 2020

Azərbaycanda yol polisi və sürücü qaydaları belə pozdu - VİDEO

Azərbaycanda yol-patrul xidmətinin əməkdaşlarının və sürücünün qaydaları kobud şəkildə pozmasının görüntüləri sosial şəbəkədə yayımlanıb. . . Oxu.Az xəbər verir ki, videoda sutkanın qaranlıq vaxtında yol polisi əməkdaşlarının yük avtomobilini saxlaması əks olunub. . . "Yol-patrul xidməti haqqınd

13 fevral 2020

Ərim qızımı zirzəmiyə salıb qapısını bağlamışdı"- İki uşaq anasından DƏHŞƏTLİ ETİRAF - FOTO

Azərbaycanda daha bir ana uşaqlarından imtina edir. . . Sonxeber.az xəbər verir ki, Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verlişinə müraciər edən Aygül bildirib. . . O, bildirib ki, uşaqlardan imtina edir: "Keçmiş həyat yoldaşı

13 fevral 2020

"SOCAR-ın səmt qazı ilə bağlı siyasəti iqtisadi və ekoloji baxımdan sərfəlidir"-Ekspert rəyləri

Hər il dünyanın neft hasil olunan ərazilərində 150 mlrd. kubmetr səmt qazı yandırılır. Bu, atmosferə 300 mln. tondan çox CO2 qazının emissiyasına səbəb olur. Mütəxəssislər hesab edir ki, əgər qlobal miqyasda yandırılan bütün qaz elektrik enerjisi istehsalına sərf olunsaydı, 750 mlrd. kilovat elektri

13 fevral 2020

Sumqayıtın inkişafı sakinlərin gözü ilə - VİDEOREPORTAJ

Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu islahatlar ölkə həyatının bütün sferalarını əhatə etməyə başlayıb. Bu islahatların izlərini təkcə paytaxt Bakıda deyil, respublikamızın bütün şəhər və rayonlarda görmək mümkündür. İslahatların əsasını isə əhalinin sosial-rifah halını

13 fevral 2020