Rauf Arifoğlu ləğv olunan nəticəsindən DANIŞDI

Rauf Arifoğlu ləğv olunan nəticəsindən DANIŞDIXəbər verdiyimiz kimi, bu gün Mərkəzi Seçki Komissiyasının iclasında Milli Məclisə seçkilərlə əlaqədar 35 saylı Xətai Üçüncü Seçki Dairəsi ilə bağlı daxil olan müraciətlərə baxılıb. İclasda 35 saylı Xətai Üçüncü Seçki Dairəsinin nəticələri ləğv edilib.

Sonxeber.az xəbər verir ki, həmin dairədən lider seçilən Rauf Arifoğlu sosial şəbəkədə açıqlama yayıb. O, "Yenidən başlayırıq..." deyərək məsələyə münasibət bildirib:

"Komandam və seçicilərim üçün nə qədər ağır olsa da, mən özüm bu xəbəri məmnuniyyətlə qarşıladım. Özümün və dövlətin ünvanına yönəlik ittiham, şantaj və iddialar bununla da suya düşdü. Hesab edirəm ki, anti-islahat yönümlü mafiyalardan, qaranlıq dairələrdən bəslənən, siyasi saxtakarlığı özünə peşə etmiş, mübarizədə hər cür aşağı metodları məqbul sayan rəqibimin parlamentə buraxılmamasının özü də ciddi nəticədir. Bu nəticəyə görə özümdən və komandamın fəaliyyətindən razıyam".

Rauf Arifoğlu həmçinin, keçirilən seçkilərdən və qərargahdan razı olduğunu da dilə gətirib:

"Biz, seçki qərargahı olaraq nümunəvi və möhtəşəm bir seçki kampaniyası keçirdik, seçicilərin ümidlərinə ünvan olduq. Məhz bu səbəbdən də bütün maneəçiliklərə, təxribatlara baxmayaraq, seçkiyə gələn seçicilərin mütləq çoxluğunun səslərini alaraq, 5000 səs fərqi ilə qalib olduq. Lakin İqbal Ağazadə və onu dəstəkləyən qaranlıq güclər, hakimiyyətdən kənarlaşdırılan revanşistlər, mafiyalar bu məğlubiyyəti qəbul etmədilər, bütün güclərini qoyaraq, sosial media vasitəsi ilə ictimai rəyi manupulyasiya etməyə, dövlət orqanlarına və şəxsimə qarşı şantaj kampaniyasına rəvac verdilər. İddia edirəm ki, bu prosesdə onlara xarici xüsusi xidmət orqanları da dəstək verdilər".

O həmçinin, seçki günü çəkilən görüntüləri əsassız adlanıdıraraq qarşı tərəfin buna nail olduqlarını iddia edib:

"Seçki günü qeyri-qanuni yollarla çəkilmiş yarımçıq, heç bir sübut əhəmiyyəti olmayan videolarla ictimai rəydə mənim qələbəbəmin legitimliyinə şübhə yaratmaq üçün əllərindən gələni etdilər. Etiraf edim ki, buna da əhəmiyyətli şəkildə nail oldular. Çünki bunların iddia etdiklərinin əksinə olaraq, mənim arxamda heç bir siyasi güc, heç bir dövlət qurumu dayanmırdı. Mən bir media mənsubu olaraq, öz gücüm və qabiliyyətim sayəsində möhtəşəm, tarixlə düşəcək seçki kampaniyası keçirdərək, tər-təmiz qələbə əldə etmişdim. Arxamda hakimiyyətin gücü, bu gücü siyasətdə təmsil edən Yeni Azərbaycan Partiyası olsaydı, mənə qarşı bu cür açıq şantaj kampaniyası həyata keçirilə bilməzdi. Buna cəsarət edə bilməzdilə"r.

İctimai rəydəki bu manipulyasıyanı nəzərə alaraq, mən 13 fevral tarixində MSK və ictimaiyyətə bir müraciət ünvanladım. Təklif etdim ki, 35 saylı Xətai üçüncü Seçki Dairəsində seçkinin nəticələri ləğv olunsun və seçki təkrar keçirilsin. Bu müraciətlə də rəqibim İqbal Ağazadəni yenidən yarışa səslədim. İstərsə, keçən dəfəki kimi, qusarlı Rauf Abbasov, Arzu Abbasov kimi klonlarla, çirkin texnologiyalarla, məntəqə sədrlərini rüşvətlə tərəfə çəkməklə gəlsin. Mənə fərq etmir. Buyursun, bir daha yarışaq! Hərçənd ki, seçkidə yol verdiyi cinayət xarakterli əməllərə görə onun məsuliyyətə cəlb olunmaq, siyasi fəaliyyətdən də uzaqlaşdırmaq cəzası da ola bilər.

Mənim də tələbimi təmin edən MSK-nın qərarı ilə dairədə nəticələrin ləğv olunması yeni yarış imkanı yaradır. Mən bu imkandan öz adıma, istifadə edəcəm! İqbal Ağazadəni, ürəyi istəyən başqa siyasi liderləri də dəvət edirəm, gəlsinlər, seçki nədir, qələbəni necə qazanmaq olar, bir daha əyani şəkildə göstərim!

Bütün sabotajçıları, bütün mahmudovçuları, bütün saxtakar və fırıldaqçı çevrəsini, qardaşının "Protean Construction" şirkətinin çalışanlarını da yenidən bir yerə yığıb, yenidən 5000 fərqlə (minimum) udacam!

Mənə, soyuq havaya rəğmən səs verən 9244 seçiciyə, möhtəşəm kampaniya aparan seçki qərargahıma, mediada dəstəyim olan həmkarlarıma, ailəmə, doğmalarıma ürəkdən təşəkkür edərək bildirirəm ki, yeni seçki kampaniyasına hazır olsunlar!"

Qeyd edək ki, parlament seçkilərinin nəticələri ilə bağlı MSK-nın açıqladığı ilkin açıqlamaya görə həmin dairədə lider namizəd Rauf Arifoğlu idi.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 7810   Tarix: 13 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

"Mənəvi cəhətdən inkişaf etmək istəyiriksə, keçmişimizdən xəbərdar olmalıyıq" - Psixoloq

İstiqamət: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi. "İnsanların mənəvi inkişafı ana bətnindən başlayır. Bəzi valideynlər var ki, uşaqlara qayğını həddən artıq çox göstərir, bəziləri isə heç qayğı vermir. Ona görə də mənəvi inkişaf və tərbiyə ailə tiplərində

17 sentyabr 2021
.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021
.

Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı

Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı

17 sentyabr 2021