SOCAR rəsmisi: "Şahdəniz" növbəti fazaların işlənməsinə imkan verən nəhəng potensiala malikdir"

SOCAR rəsmisi: "Şahdəniz" növbəti fazaların işlənməsinə imkan verən nəhəng potensiala malikdir"Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizi, demək olar ki, hazırdır.

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov "Euractiv" saytına müsahibəsində bildirib.

O qeyd edib ki, keçmişdə baş verən problemlər artıq həllini tapıb və layihə bütünlüklə yekunlaşmağa yaxındır: "Cənub Qaz Dəhlizi üzrə bütün işlərin ümumi dəyəri 40 mlrd. ABŞ dollarına yaxındır. Azərbaycan və Türkiyədə işlər zamanı əhəmiyyətli miqdarda qənaət olunub. Azərbaycan və Gürcüstanda qurudakı işlər 100% yekunlaşıb. Türkiyə ərazisində inşa olunan TANAP layihəsinin inşası da 100% başa çatdırılıb və noyabrın 30-da Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə kəmərin inşasının tamamlanması və Avropaya qaz nəqli üçün hazır olması ilə bağlı mərasim keçirilib".

Layihənin ilkin dəyəri 45 mlrd. ABŞ dollar məbləğində qiymətləndirilirdi.

O qeyd edib ki, "Şahdəniz" qaz-kondensat yatağında 16 quyu qazılıb və indi əməliyyatlar üçün tam hazırdır. "Artıq 8 quyuda hasilat həyata keçirilir. Bu quyulardan qaz Azərbaycan, Gürcüstan və Türkiyəyə nəql edilir. Qalan quyular tədricən işə salınacaq, İtaliyada son işlər yekunlaşdıqdan sonra tam gücdə işə başlanacaq. Cənub Qaz Dəhlizinin yeganə tamamlanmamış hissəsi TAP kəməridir və onun 91%-i yekunlaşıb",- SOCAR rəsmisi əlavə edib.

O bildirib ki, İtaliyanın cənubunda TAP-ın mikrotunelinin inşası artıq tamamlanıb.

SOCAR rəsmisi əlavə edib ki, TAP-ın yekunlaşması 2020-ci ilin sonuna planlaşdırılır. "Ola bilər ki, bu daha erkən tarixdə baş tutsun. Gördüyümüz işlər ən yüksək ekoloji standartlarda həyata keçirilib. Tikinti işlərinin təxirə salınması yeni arxeoloji kəşflərlə bağlı olub. Türkiyə və Yunanıstanda boru kəmərinin inşası zamanı bir çox yerlər aşkarlanıb. Hər dəfə bu baş verdikdə işlər dayandırılıb və səlahiyyətli şəxslər müvafiq addım atılması üçün dəvət edilib",- V. Bəylərbəyov qeyd edib.

Hər bir boru kəmərində nəzərdə tutulan qaz həcmlərinə gəlincə isə V. Bəylərbəyov xatırladıb ki, Türkiyə artıq 2018-ci il iyulun 1-dən qaz alır:

"Türkiyə 2018-ci ildə təxminən 2 mlrd. kubmetr, 2019-cu ildə təxminən 4 mlrd. kubmetr qaz alıb. 2020-ci ildə isə tədarük təxminən 6 mlrd. kubmetr nəzərdə tutulub. Bu "Şahdəniz"in I Fazası çərçivəsində nəql olunan miqdardan əlavə həcmdir. Bundan əlavə, Yunanıstan və Bolqarıstan üçün 2 mlrd. kubmetr həcmində qaz ayrılıb. Bu həcmlər TAP boru kəməri və Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) tamamlandıqdan sonra nəql olunacaq".

O qeyd edib ki, TAP-ın bütün sistemi eyni anda işə salınacaq. SOCAR rəsmisi İtaliya üçün ildə 8 mlrd. kubmetr qaz nəqlinin nəzərdə tutulduğunu xatırladıb: "Bütün alıcılar sıraya düzülüb və təchizatı gözləyirlər. Ümid edirik ki, hər hansı maneələr olmayacaq".

Cənub Qaz Dəhlizinin "Türk axını" ilə rəqabətdə olub olmadığı ilə bağlı V. Bəylərbəyov bildirib ki, bu bir çox journalist tərəfindən soruşulub və cavab həmişə "Yox" olub: "Bizim həcmlərimiz üçün Yunanıstan, Bolqarıstan və İtaliya ilə 25 illik müqavilə imzalanıb. TAP hazır olan kimi İtaliyaya qaz həcmləri çatdırılmağa başlanacaq. Bu dəyişdirilə bilməz. Rusiyanın, Liviyanın, Əlcəzairin və yaxud digər qazın olmasının fərqi yoxdur, çünki biz öz yerimizi təmin etmişik".

Əgər İtaliyanın əlavə həcmlərə ehtiyacı olarsa, sualına cavabında isə SOCAR rəsmisi bildirib ki, İtaliyaya yaxın 10 ildə indikindən qat-qat çox qaz lazım olacağı gözlənilir: "Bu nöqteyi-nəzərdən Cənub Qaz Dəhlizinin və onun qolu olan TAP-ın ötürücülük gücü bu potensial kəsirin böyük hissəsini ödəməyə kifayət edir".

"Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində qazılan 16 quyunun ümumilikdə İtaliya, Yunanıstan, Bolqarıstan və Türkiyəyə ildə 16 mlrd. kubmetr həcmin nəqlinə kifayət edib etməyəcəyi ilə bağlı suala V. Bəylərbəyov müsbət cavab verib, həmçinin qeyd edib ki, bu quyularda zamanla hasilat azaldıqca yeni quyular qazılacaq.

O, həmçinin inandığını bildirib ki, "Şahdəniz" yatağı III, hətta IV mərhələsinin işlənməsinə haqq qazandıracaq nəhəng potensiala malikdir.

V. Bəylərbəyov Azərbaycanın işlənmədə və kəşfiyyat mərhələsində olan digər yataqlarının nəhəng potensialını da qeyd edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4412   Tarix: 13 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 19-cu günüdür. xəbər verir ki, sabah imsak vaxtı saat 05:02, iftar isə 19:17-dədir. İmsak duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin". Tərcüməsi:. "İlahi, bu günü

28 mart
.

13 yaşlı Zəhranın dəstəyə ehtiyacı var: "Əməliyyat məbləğini toplaya bilmirik" - FOTO

13 yaşlı Zəhra Hacılı B-hüceyrə kəskin mieloblast leykoz M2 (qan xərçəngi) xəstəliyindən əziyyət çəkir. Bu barədə -a onun atası İlkin Hacıyev məlumat verib. O bildirib ki, qızı iki ildir ki, bu xəstəliklə mübarizə aparır:. "Hazırda qızım Milli Hematoalogiya və Transfuziologiya Mərkəzində müalic

28 mart
.

Nazirliyin şöbə rəisi vəfat edib

Ədliyyə Nazirliyinin əməkdaşı Akşin Mirtəbib oğlu Ağayev vəfat edib. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, o, nazirliyin Neftçala rayon Qeydiyyat şöbəsinin rəisi vəzifəsində çalışıb. Qeyd edək ki, A.Ağayev 2015-ci ildən Ədliyyə Nazirliyinin əməkdaşı olub

28 mart
.

Azərbaycanda 14 yaşlı qız sosial şəbəkədə tanış olduğu oğlana görə evdən QAÇDI - FOTO

Evdən qaçan 14 yaşlı Məryəm Xanəliyeva tapılıb. xəbər verir ki, bu barədə ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişində məlumat verilib. Aparıcı bildirib ki, Məryəm ifadəsində sosial şəbəkədə tanış olduğu 17 yaşlı Murada görə evdən qaçdığını bildirib

28 mart
.

Şagirdi uşaq dünyaya gətirən məktəbin direktoru işdən çıxarıldı

Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. xəbər verir ki, bununla bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmrinə əsasən, Dilbə

28 mart
.

Emin Ağalarovdan "Crocus City Hall"dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA

Xalq artisti Emin Ağalarov Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında baş verən hadisə ilə bağlı açıqlama verib. "Evakuasiya çıxışları "Crocus"da normal işləyirdi. Lakin insanlar qaçarkən işçilər üçün nəzərdə tutulan bağlı qapılara rast gəliblər"

28 mart
.

Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında

Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 105-ci ili tamam olur. Bu əlamətdar tarix Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılması ilə bağlıdır. Artıq 27 ildir ki, ölkəmizi

28 mart
.

7-8 il əzab verdiyi arvadı gözünü itirib...

Bakıda həyat yoldaşına əzab verməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Y. Bektimirovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, A.Bektimirovaya müxtəlifdərəcəli xəsarətlər yetirən, eləcə də onun bir gözünü itirməsinə səbəb olan şəxs Cinayət Məcəlləsinin 133.2.6-cı (Əzab vermə

28 mart
.

Təlabat artıb, Azərbaycanda dollar BAHALAŞIR? -AÇIQLAMA

Son zamanlar ölkə ərazisində dollara tələbatın yüksək olması müşahidə olunur. Ölkə ərazisində dollara olan təlabatın bu dərəcədə artması nə ilə bağlıdır? Tələb bu qədər çox olarsa,dollar bahalaşa bilər?. Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli -a açıqlama verib. O bildirib ki, hazırda ölkədə dolları

28 mart