Ekspert: "SOCAR-ın qlobal bazardakı uğurları fövqəladə xarakter daşıyır"

Ekspert: "SOCAR-ın qlobal bazardakı uğurları fövqəladə xarakter daşıyır"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) birmənalı şəkildə bu gün neft və qeyri-neft sektorunun flaqmanı rolunda çıxış edir. Bəs şirkətin qlobal bazardakı mövqeyi nədən ibarətdir və o, bir Azərbaycan brendinə çevrilə bilərmi?

Bu barədə açıqlama verən iqtisadçı-ekspert Pərviz Heydərov bu gün SOCAR-ın timsalında Azərbaycan brendinə çevrilən transmilli bir şirkətə sahib olduğumuzu deyib:

"Müstəqillimiz dövründə xarici investorların ilk yatırım etdiyi məhz neft sektoru oldu. O zaman imzalanan "Əsrin müqaviləsi"nin kökündə daha uzaq görən bir siyasət dayanırdı. Ona əsasən neft pullarını həm də neft-qaz sənayesindəki mövcud infrastruktura, istehsal sahələrinə investisiya edərək elə bir inkişaf səviyyəsi təmin olunmalı idi ki, gələcəkdə karbohidrogen ehtiyatalarımızı özümüz hasil edib satmaqla yanaşı, həm də xaricdə bu işlə məşğul olmaq qabiliyyətində olan bir quruma sahib olaq. Buna da qısa zamanda uğurlu şəkildə nail olundu. Bu gün SOCAR nəinki Azərbaycanın karbohidrogen ehtiyatlarından tam şəkildə istifadə etmək imkanına malikdir, eyni zamanda xarici ölkələrdə belə neft hasilatında bilavasitə iştirak etmək potensialına malikdir. Bu, çox mühüm bir nailiyyətdir. Qlobal bazarda uzun illər ərzində oturuşmuş, nüfuzlu, bir sıra istiqamətlər üzrə monopolist mövqeyə malik, arxalarında böyük dövlətlərin durduğu iri transmilli şirkətlər var. Belə bir bazarda SOCAR-ın indiyə kimi əldə etdiyi uğurlar fövqəladə xarakter daşıyır. O, faktiki olaraq Azərbaycanın qlobal brendinə çevrilib. Bu uğurların arxasında, heç şübhəsiz ki, şirkətdəki çevik idarəçilik və peşəkar yanaşma da dayanır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1381   Tarix: 14 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda sayt rəhbəri həbs olundu

"Məclis.info" saytının rəhbəri İmran Əliyev həbs edilib. "Qafqazinfo"nun məlumatına görə, Xətai Rayon Məhkəməsi belə qərar qəbul edib. Qərara əsasən İ. Əliyev haqda iki ay bir günlük həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, sayt rəhbəri ötən gün hava limanında saxlanılıb. On

19 aprel
.

Bakı Baş Səhiyyə Mərkəzi məhkəmə qarşısında - Nə baş verib?

Bakı Baş Səhiyyə Mərkəzi barəsində inzibati iş başlanıb. Qaynarinfo xəbər verir ki, quruma qarşı İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahə

19 aprel
.

Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var

19 aprel
.

Övladını xilas etmək istəyərkən Kürdə batan Zərdab sakini dəfn edildi

Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Vaqif Tahir oğlu Süleymanov dəfn edilib. xəbər verir ki, V.Süleymanov yaşadığı Qoruqbağı kəndində torpağa tapşırılıb. Xatırladaq ki, hadisə aprelin 12-də olub. V.Süleymanov ailəsi ilə birlikdə Kü

19 aprel
.

Ətin qiyməti niyə günbəgün ARTIR? - Açıqlama

2024-cü ilin yanvar-fevral aylarında quş əti də daxil olmaqla diri çəkidə 89,1 min ton ət istehsal olunub. 2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,5 faiz azalıb. Azərbaycanda ətin qiyməti niyə bu qədər bahadır?. Mövzu ilə bağlı bağlı iqtisadçı-eskpert Natiq Cəfərli -a açıqlama verib. İqtisadç

19 aprel
.

Ata-anasını ödürən Fikrəti HANSI CƏZA GÖZLƏYİR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada dəhşətli qətl hadisəsi törədilib. Belə ki, aprelin 19-da saat 3 radələrində 1962-ci il təvəllüdlü Hakim Məmmədov və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zərifə Məmmədova yaşadıqları evdə kəsici alətlə qətlə yetiriliblər

19 aprel
.

Rusiya sülhməramlıları bölgəni tərk etdikdən sonra erməni terrorçuları Qarabağda məskunlaşa bilər? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları regionu tərk edirlər. Lakin burada təhlüksizlik baxımından bir sıra suallar yaranır. Rusiya sülhməramlıları bölgəni tərk etdikdən sonra nəzarət Azərbaycana keçir. Rusiya sülhməralıları bölgəni tərk etdikdə

19 aprel
.

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlandı + YENİLƏNİB

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb. Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İctimai Birliyinin (ABTM) təsisçisi olduğu Bakı Fransız Liseyi Təhsil Kompleksinin (BFL) ləğv olunması haqqında qərar qəbul edib. Qərarın qəbul edilməsində əsas səbəblər 10 illik fəaliyyət

19 aprel
.

Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində tapança, avtomat və qumbaralar tapıblar. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, keçirilən tədbirlərlə aprelin 19-da Xankəndi şəhəri ərazisindən yeddi ədəd müxtəlif markalı avtomat silahı, bir tapança, iki tüfəng, altı qumbara

20 aprel