Almaniyada qaçqın düşərgəsində qıza görə dava - Azərbaycanlı ağır yaralandı
Almaniyada qaçqın kampında baş verən davada Azərbaycan vətəndaşı xəsarət alıb.
"Report"un Avropa bürosunun əldə etdiyi məlumata görə, hadisə Bavariya əyalətinin Deggendorf şəhərində yerləşən və sığınacaq axtaranların deportasiya mərkəzi kimi istifadə olunan kampda qeydə alınıb.
Belə ki, kampın yeməkxanasında Azərbaycan vətəndaşı ilə seneqallı arasında mübahisə yaranıb. Mübahisəyə səbəb isə seneqallının bir neçə gün öncə azərbaycanlı xanıma sataşması olub. Yemək növbəsində duran zaman T.M. (kimlik məlumatları açıqlanmır) adlı Azərbaycan vətəndaşı 35 yaşlı seneqallıdan etdiyi hərəkətə görə xanımdan üzr istəməsini tələb edib. Bir qədər sonra iki şəxs arasında yaranan mübahisə davaya çevirilib.
Əlbəyaxa dava zamanı kənardan bir nəfər əlindəki şüşə butulkanı azərbaycanlıya atıb. T.M. başından aldığı xəsarət nəticəsində yerə yıxılıb. Davaya kampın təhlükəsizlik xidmətinin əməkdaşları müdaxilə etsələr də, butulka ataraq azərbaycanlının yaralanmasına səbəb olan şəxs hadisə yerində qaça bilib.
Azərbaycan vətəndaşı təcili yardım avtomobili ilə yaxınlıqdakı hospitala çatdırılıb və onun baş nahiyəsinə 4 tikiş vurulub. Həkimlər onun vəziyyətinin normal olduğunu bildiriblər.
Deggendorf şəhər polis təşkilatı əməkdaşlarının əməliyyatı nəticəsində azərbaycanlıya xəsarət yetirən 28 yaşlı Nigeriya vətəndaşı ərazidəki marketə daxil olan zaman saxlanılıb.
Hazırda faktla bağlı Deggendorf şəhər polis təşkilatında araşdırma aparılır.
Qeyd edək ki, hadisənin baş verdiyi kamp deportasiya ediləcək əcnəbilərin müvəqqəti qalması üçün nəzərdə tutulub. Bu kampda tez-tez kütləvi davaların baş verdiyi bildirilir.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 1854 Tarix: 14 fevral 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşXocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb
Xocavənd rayonunun Xocavənd kəndi ərazisində şərab zavodunun yaxınlığında yerləşən yaşayış binasına aid olan ferma tipli tikilidə xeyli sayda partlayıcı maddə aşkarlanıb. Bu barədə -a Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. Qeyd edilib ki, ANAMA əməkdaşları tərəfindən həyata keçirilə
19 aprelNazir: Şagirdlər arasında bulinq, qısnama və intihar halları olur
Şagirdlər arasında bulinq, qısnama və az sayda olsa da, intihar halları olur. "Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair keçirilən tədbirdə çıxışı zamanı deyib. Nazirin sözlərinə görə, məktəblərdə daha cidd
18 aprelBakıda DƏHŞƏT: Hamamda qızla oğlanın meyiti tapıldı - YENİLƏNİB
Bakıda 2 nəfər dəm qazından zəhərlənərək ölüb. xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, aprelin 18-də paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsi ərazində yerləşən evlərdən birində 2 nəfərin dəm qazından zəhərlənərək ölməsi faktı üzrə Sabunçu rayon prokurorluğund
18 aprelQubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir
Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun cinayət işi üzrə ibtidai istintaq yekunlaşır. Bu barədə "Qafqazinfo"ya onun vəkili Bəhruz Bayramov məlumat verib. Vəkil deyib ki, Q.İbadoğluya Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əld
18 aprelOrta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO
Orta məktəblər üçün olan yeddi dərslikdə məzmun dəyişikliyi edilib. Sentyabrdan həm Azərbaycan, həm də rus bölməsi üzrə bəzi məktəblilər yeddi fənn üzrə tam fərqli kitablar görəcəklər. -ın məlumatına görə, söhbət ikinci sinif həyat bilgisi, beşinci sinif Azərbaycan dili, riyaziyyat, altıncı sinif coğrafiya
19 aprelKürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO
Kürdə batan ata və qızı ilə bağlı yeni detallar məlum olub. "Azad Azərbaycan" Televiziyasında (ATV) yayımlanan süjetdə bildirilib ki, itkin düşən 6 yaşlı Səma üç il əvvəl ürəyindən əməliyyat olunub. "Bu səbəbdən də valideynləri hər zaman ona diqqət edirdilər. Ailədə onun nazı ilə oynayırdılar"
18 aprelİsrail İrana zərbə endirdi - VİDEO
İranın İsfahan şəhərindəki hava limanı ərazisində, Hərbi Hava Qüvvələrinin 8-ci bazasının ərazisində üç güclü partlayış səsi eşidilib. İran KİV-in məlumatına görə, hava hücumundan müdafiə qüvvələri İsfahan ərazisində bir neçə dron vurub. ABC telekanalı isə iki ABŞ rəsmisinə istinadən hücumun İsrail ərazisində
19 aprel