Arvadına dəhşətli işgəncə verdi, saçlarını kəsdi – Son qərar

Arvadına dəhşətli işgəncə verdi, saçlarını kəsdi – Son qərarAbşeron rayonunda arvadına işgəncə verməkdə ittiham olunan Gədəbəy sakini, 1981-ci il təvəllüdlü Elfaq Quliyev barəsində olan məhkəmə hökmündən verilmiş kasasiya şikayətinə Ali Məhkəmədə baxılıb.

Teleqraf.com-un xəbərinə görə, Elfaq Quliyev 2012-ci ildə arvadı Nazilə Kərimova ilə rəsmi qaydada boşanıb.

2018-ci ilin sentyabrında keçmiş arvadı ilə barışıb, onunla Xırdalan şəhərində mənzillərdən birində yaşamağa başlayıb.

Birgə yaşadıqları müddətdə Elfaq Quliyev mütəmadi olaraq qısqanclıq zəminində onunla mübahisə edib. Arvadını daim döyüb, ona zorakı hərəkətlər edib. Ərinin əzab verməsinə dözməyən Nazilə Kətrimova hüquq-mühafizə orqanlarına müraciət edib. Polis Elfaq Quliyevi həbs edib.

İstintaq orqanı tərəfindən Elfaq Quliyevin barəsində Cinayət Məcəlləsinin 133.1-ci (əzab vermə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Nazilə Kərimova bildirib ki, Elfaq Quliyev ona daim işgəncə verib, onu öldürməklə hədələyib: "Oktyabrın 3-də Elfaq məni vəhşi kimi döydü, ertəsi gün yuxudan oyananda yenə də məni döydü. Sonra qayçı ilə saçlarımı kəsdi".

Abşeron rayon Məhkəməsinin hökmü ilə Elfaq Quliyev 1 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Elfaq Quliyev apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, bəraət hökmünün çıxarılmasını istəyib. Bildirib ki, onun törətmiş olduğu əməl tam araşdırılmayıb. İstintaq orqanı zərərçəkmişə və onun anasının ifadəsinə istinad edərək ittiham verib.

Sumqayıt Apelyasiya Məhkəməsində hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti qismən təmin edilib və Abşeron rayon Məhkəməsinin hökmü dəyişdirilib.

Elfaq Quliyevin cəzası 1 il 2 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunub. Məhkəmə zalından azadlığa buraxılan Elfaq Quliyevin Xırdalan və Bakı şəhərlərindən kənara çıxmamaq barədə qərar qəbul edilib.

Bu qərardan narazı qalan Elfaq Quliyev kasasiya şikayəti verib və o, şikayətində Abşeron rayon Məhkəməsinin hökmünün ləğv edilməsini, ona bəraət verilməsini istəyib.

Bundan başqa, cinayət işi üzrə zərərçəkmiş Nazilə Kərimova da kasasiya şikayəti verib. O, ərinin həbs edilməsini istəyib.

Hər iki tərəfin şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Hafiz Nəsibovun sədrliyi ilə baş tutan prosesdə kasasiya şikayətlərinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Məhkəmə həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş tərəfin şikayətini təmin etməyib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 2171   Tarix: 14 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda idmançının qətlindən YENİ XƏBƏR

İdmançının qətli ilə bağlı cinayət işi məhkəməyə göndərilib. Baş Prokurorluqdan -a verilən məlumata görə, bu il yanvar ayının 13-də Səbail rayonu ərazisində 1995-ci il təvəllüdlü Etibar Fətəliyevin qəsdən öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb

12 mart
.

DƏHŞƏT: Yaşlı qadın azyaşlı nəvəsini boğaraq öldürdü - FOTO

Çeboksarıda (Rusiya) nənə özünü pis aparan doqquz yaşlı nəvəsini öldürüb. Məlumata görə, uşaq anası və nənəsinin yanında böyüyüb, atası ayrı yaşayıb. Bir gün əvvəl uşaq evdə nənəsi ilə qalıb. Ana işdən evə qayıdanda oğlunu ölü tapıb. 61 yaşlı nənə nəvəsini boğub. Bu hərəkətə səbəb oğlanın təqaüdçünü

13 aprel
.

Arvadını hicab geyinmədiyi üçün öldürən şəxs apellyasiya şikayəti verdi

Astarada arvadını öldürməkdə və qayınanasını öldürməyə cəhddə təqsirləndirilən Fərmayil Əliyevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib. -ın əldə etdiyi məlumata görə, şikayət Şirvan Apellyasiya Məhkəməsinin hakimi İsmayıl Əhmədovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclas

18 mart
.

Sumqayıtda ərini öldürməkdə təqsirləndirilən qadınla bağlı YENİ XƏBƏR

Sumqayıtda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Əfsanə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Sumqayıt şəhər Məhkəməsində keçirilən prosesdə bildirilib ki, Əfsanə Məmmədova barəsində keçirilmiş komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizanın rəyin

18 aprel
.

İki qardaşdan birinin həyatına son qoyan qətl - TƏFƏRRÜAT + VİDEO

2021-ci il sentyabrın 22-də Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən 6 saylı avtoparkın giriş qapısının yaxınlığında baş vermiş qətlin detalları məlum olub. Məlum olub ki, 1997-ci il təvəllüdlü Sərxan Dadaşov 1998-ci il təvəllüdlü Kamil Cəfərovun ölümünə səbəb olub. İş üzr

20 mart
.

Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu

Bu gün saat 15:30 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində 199-cu il təvəllüdlü Sevil Əlillinin kəsilmiş-deşilmiş xəsarətlərlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin regional qrupundan -a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəl

26 mart
.

Tofiq Yaqublunun həbs müddəti uzadıldı

Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun həbsdə saxlanma müddəti uzadılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar qəbul edib. Məhkəmə prokurorun əsaslandırılmış təqdimatını təmin edib. Qərara əsasən, T.Yaqublunun həbs müddəti 2 ay uzadılıb. Xatırladaq ki, Tofi

6 aprel
.

Məktəblilərin öldüyü hadisə ilə bağlı cinayət işi açıldı

İmişlidə 2 məktəblinin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə -a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, aprelin 14-ü saat 14 radələrində yetkinlik yaşına çatmayan 2 nəfərin İmişli şəhəri, T.İsmayılov küçəsi ərazisind

15 aprel
.

Məktəblilərin öldüyü hadisənin təfərrüatı məlum oldu

İmişli şəhər 5 saylı orta məktəbin həyətində iki yeniyetmənin ölümü ilə bağlı bəzi məqamlar bəlli olub. -a istinadən xəbər verir ki, İmişli Rayon Təhsil Şöbəsi yeniyetmələrdən heç birinin 5 nömrəli məktəb-liseyin şagirdi olmadığını açıqlayıb:. "2010-cu il təvəllüdlü Amid Seyran oğlu İsbərov İmişlid

15 aprel