Azərbaycanlı psixoloqdan ETİRAF: "5 il sevgili olmuşam, həqiqi sevgi sonsuzdur"

Azərbaycanlı psixoloqdan ETİRAF: "5 il sevgili olmuşam, həqiqi sevgi sonsuzdur"Məlum olduğu kimi, 14 fevral dünyanın əksər ölkələrində "Day Valentine", yəni "Sevgililər günü" olaraq qeyd edilir. Başlanğıc tarixi qədim Roma İmperiyası dövrünə təsadüf edən, katolik xristianların inancına görə bayram edilən bu tarixi gün gənclər tərəfindən hər il təmtəraqla qeyd edilir. Ölkəmizdə sevgililər günü 30 iyunda, İlham və Fərizənin toyunun qeyd olunduğu gün keçirilir. Bununla yanaşı, gənclərimiz 14 fevral tarixini də özünəməxsus şəkildə keçirir, bir-birlərinə yaddaqalan hədiyyələr verirlər. Bu günün qeyd edilməsi ilə bağlı bir sıra psixoloji məqamlar da var.

Mövzu ilə bağlı psixoloq Vəfa Əkbər Sonxeber.az -ın suallarını cavablandırıb. O, bu günün qeyd edilməsinin müsbət qarşılandığını və sevgililərin gərgin iş rejimindən vaxt tapıb bir-birlərinə diqqət göstərməsi üçün daha əlverişli olduğunu bildirib:

"Bilirsiniz ki, bir çox insanın gərgin iş qrafiki olur. Onlar üçün bayram və ən əsası da Sevgililər günü bir növ bir-birilərini görmək üçün bəhanədir. İnsanlar belə özəl günləri göydə axtarırlar. Standart hədiyyələr var ki, sevgililər bir-birlərinə onu hədiyyə edirlər. Bununla yanaşı, fərqli hədiyyələr verən yaradıcı gənclər də var. Bu isə qarşı tərəf üçün həmin insanın nə hədiyyə etməsi deyil, dəyərli hiss etdirməsi üçün önəmli olur.

Qadınların gülü sevməsi ilə bağlı anlayış var. Gül ətirli və zərif görünüşə malik olduğu üçün qadınların könlünü oxşayır. Qadınlara bu gündə əsasən gül, ətir və yumşaq oyuncaqlar hədiyyə edilir. Yumşaq oyuncaqların hədiyyə edilməsi analıq obrazını təmsil edir. Ona görə də qadınlara ayı oyuncağı verilir. Ətir hədiyyəsi isə qadının nə qədər xatırlandığını bildirir".

Psixoloq kişilərə edilən hədiyyələrdən də danışıb:

"Kişilərə edilən hədiyyələr də qadınlarda olduğu kimi fərddən asılı məsələdir. Yəni indivudualdır. Əksərən kişilər qida ilə bağlı hədiyyələri daha çox sevirlər. Ona görə də hansısa məkanda yer sifariş vermək kişilər üçün daha özəl hədiyyə hesab oluna bilər".

Vəfa Əkbər həmçinin evli cütlüklərin Sevgililər gününü qeyd etməsindən və cəmiyyətdə bəzi insanların buna mənfi münasibət bildirməsindən də danışıb:

"Mən cütlüklərin belə bir günü qeyd etməsini çox gözəl qarşılayıram. Bu dəyərlərin üstün olmasını, insanların bir-birilərinə qarşı diqqətini, hələ də könül bağlarının olduğunu göstərir. Məişət problemlərinin içərisində özlərini itirmədiyini göstərir. Kimlər ki, belə münasibət görməyib, həmin insanlar evli cütlüklərin bu günü qeyd etməsini istəmir. Belə insanlarda natamamlıq kompleksi var. Həmin şəxs başqasına "hədiyyə verilir, mənə verilmir" deyə bilməz. Mənə həədiyyə verilmirsə, deməli doğrusu budur. Bununla da həmin insanlar üçün kimisə qınamaq daha rahat olur. Bilirsiniz, mən əminəm ki, həqiqi sevgi sonsuzdur. O heç vaxt bitmir, bunu yaşayanlar bilər. Mən həyat yoldaşımla 5 il sevgili olmuşam, 5 ildir də ailəliyəm".

Şəlalə Babayeva

Sosial   Baxılıb: 2554   Tarix: 14 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

"Xiyara görə anam başımı daşla əzdi" - İşgəncə görən uşağın DƏHŞƏTLİ ETİRAFLARI - FOTO

Azərbaycanda ana oğluna şişlə dağ basıb.. . Sonxeber.az xəbər verir ki, bunu "Xəzər" televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verilişinə müraciət edən kişi bildirib. . . O, vurğulayıb ki, həyat yoldaşı ilə 10 aydır ki, ayrılıb: "

14 fevral

Bu halda sürücüləri 500 manatdan 800 manata qədər cərimə gözləyir - VİDEO

Bir müddət əvvəl avtomobillərdə dəbdə olan səs siqnalları, sayrışan işıqlar yenidən gündəmə qayıdır. Son zamanlar yollarda sayrışan işıqlarla bəzədilən, müxtəlif səs siqnalları quraşdırılan avtomobillərlə tez-tez qarşılaşırıq. Axşam saatlarında bu işıqlandırmalar gözyorucu ola bilir. Bəlkə də sayrışa

14 fevral

"Avtobus davaları, qəzalar bu üsulla aradan qalxacaq" - EKSPERT

"Təəssüflə qeyd etmək lazımdır ki, bu qədər görülən işlərə baxmayaraq, hələ də bir sıra daşıyıcı şirkətlər öz yarıtmaz fəaliyyətinə davam edir".. . Zaman-zaman özəl daşıyıcı şirkətlərə məxsus marşrut xətləri ilə bağlı müxtəlif problemlərin yaşanmasının şahidi oluruq. Sürücü ilə sərnişin, dispetçerl

14 fevral

Xoşqədəm evli kişidən uşaq doğan qızı ayaqüstə alqışladı: "Şokdayam"

Xoşqədəm Hidayətqızı evli kişidən uşaq doğan gənc qızı ayaqüstə alqışlayıb.. . Sonxeber.az baku.ws-ə istinadən xəbər verir ki, əlində bir uşaqla ortalıqda qalan Səlihətin davranışı aparıcını özündən çıxarıb. . . "Mənim, həqiqətən, bu gün "Səni axtarıram"ın onillik tarixində ilk dəfədir

14 fevral

Almaniyada qaçqın düşərgəsində qıza görə dava - Azərbaycanlı ağır yaralandı

Almaniyada qaçqın kampında baş verən davada Azərbaycan vətəndaşı xəsarət alıb.. . "Report"un Avropa bürosunun əldə etdiyi məlumata görə, hadisə Bavariya əyalətinin Deggendorf şəhərində yerləşən və sığınacaq axtaranların deportasiya mərkəzi kimi istifadə olunan kampda qeydə alınıb.. . Belə ki

14 fevral

Magistraturaya ərizə qəbulu başa çatıb

Imtahan fevralın 23-də keçiriləcək. . Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına ərizə qəbulu başa çatıb.. . Dövlət İmtahan Mərkəzindən AzNews.az-a verilən xəbərə görə, 15703 bakalavr elektron ərizəsini təsdiq edib.. . Onlardan 14404-ü Azərbaycan, 1299-u ru

14 fevral

Bakıdakı sevgi hekayəsi hər kəsi dəhşətə gətirdi... - Eyni gündə ÖLDÜLƏR - FOTO

"Hər şey daxil"in "Sevgililər günü"nə həsr edilən buraxlışında tamaşaçılardan birinin efirdə danışdıqları hər kəsi məəttəl qoyub.. . Milli.Az xəbər verir ki, tamaşaçının valideyinlərinin sevgi hekayəsi ilə bağlı dedikləri başda aparıcı Tarix Əliyev (Tolik) olmaqla hər kəsi dəhşət

14 fevral

İşsizlərə ŞAD XƏBƏR - Dövlət 250 AZN pul ödəyəcək

Gənclərin məşğulluq imkanlarının artırılması məqsədi ilə Əmək Əhalinin Sosial Müdafiə Nazirliyi yeni bir layihənin icrasına başlayıb.. . Anews.az xəbər verir ki, Beynəlxalq Əmək Təşkilatı ilə birgə həyata keçiriləcək layihə işsiz və iş tapa bilməyən gənclərin məşğulluğunu artırmaqla yanaşı, onların əmə

14 fevral

Azərbaycanda 16 avtovağzal bağlanmaq təhlükəsi ilə üz-üzə qalıb

Ölkədə qanunsuz fəaliyyət göstərən avtovağzallar sərnişinlərin həyatı üçün təhlükəlidir.. . Sonxeber.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, 16 qanunsuz fəaliyyət göstərə

14 fevral