"Efirə şort geyinib çıxsam, hamı məni daşlayar"

"Efirə şort geyinib çıxsam, hamı məni daşlayar""Haqqımda "yaxşı geyinirsən" sözlərini eşidəndə təbii ki, mənə xoş gəlir. Fikrimcə, bəy həmkarlarım arasında yaxşı geyinən barmaqla sayılacaq qədərdir".

Sonxeber.az bildirir ki, bu sözləri oxu.az-ın əməkdaşı ilə söhbətində müğənni Zamiq Hüseynov deyib.

Sənətçi Əməkdar artist Vasif Məhərrəmlinin "Bu nə dəbdir? Cırıq şalvar geyinərlər? Yer üzündə ancaq cırıq cinslər qalsa, yenə geyinməyəcəyəm. Pijama ilə gəzəcəyəm" fikirlərinə kəskin etiraz edib:

"Əsas odur ki, ifa etdiyin janrla geyimin uyğun olsun. Belə çıxır ki, efirə yırtıq cins şalvar geyinmək olmaz? Bunlar ağlımın ucundan belə keçmir. Vasif belə düşünür. Onun fikirlərinə hörmətlə yanaşıram. Amma bu o demək deyil ki, onun söylədikləri ilə razılaşmalıyam. Efirə cins də geyinmək, kliplərdə şortla da çəkilmək olar. Bu, normal haldır. Efirə və verilişdə müzakirə olunan mövzuya uyğun geyinmək lazımdır".

Geyim mövzusunu həssaslıqla incələyən Z.Hüseynov bəzi geyimlərdə özünə sərhəd qoyduğunu da dilə gətirib:

"Xaricdə müğənni əgər efirə şort geyinib çıxırsa, mən onu edə bilmərəm. Ertəsi gün məni buna görə, hamı daş-qalaq edər. Amerikada yaşasaydım, edərdim. Amma bu gün Azərbaycanda yaşayıram. Mühitə uyğun yaşayıb, hərəkət etməlisən".

Z.Hüseynov özündən başqa kişi həmkarlarının arasında yaxşı geyinən sənətçinin olmadığını söyləyib:

"Düzünü deyəcəyəm, Azərbaycanda geyim baxımından məni qane edən kişi müğənni yoxdur. Yaxşı görünmək üçün idmanla məşğul olmalısan ki, geyimini gözəl daşıya biləsən. Elə insan var ki, zövqlü geyinir, amma çəkisinin çox olması yaraşıqlı görünməsinə imkan vermir".

İllər öncə kliplərində açıq-saçıq və öpüşmə səhnələrinə imza atan Zamiq indi belə riskli addımlar atmaqdan çəkindiyini açıqladı:

"Cavanlıqda bu addımları asanlıqla ata bilirdik. Amma indi risk edib ata bilmirəm. Köhnə kliplərimdə açıq-saçıq səhnələr var idi. Bu gün rejissor belə bir ssenarini qarşıma qoysa, razılıq vermək üçün günlərlə fikirləşərəm. "Uçduq" klipim ilk klip idi. Biz bunu gündəmə damğa vurmaq üçün etdik. Alındı da. Hamı o klipdən, mahnıdan, məndən, çəkilən xanım modeldən danışdı, aylarla müzakirə olundu".

Açıq-saçıq səhnələrdən qaçan Z.Hüseynov süjet xətti olan böyük klip çəkdirdiyinin anonsunu verib:

"Səkkiz gündür yeni klip çəkdirirəm. Bu, tamamilə başqa bir janrdadır. Ekran işini izləyən tamaşaçılar açıq-saçıq səhnələr görməyəcəklər. Süjet xətti olan böyük bir klipdir. Artıq mən belə işlər ərsəyə gətirmək istəyirəm. Nəinki klipdə qızla öpüşəsən, hamı da oturub ondan yazsın".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 6375   Tarix: 15 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Boşanması müğənniyə 2 milyona başa gələcək - FOTO

Amerikalı populyar müğənni Ariana Qrande 2021-ci ildə evləndiyi və 2022-ci ildə ayrıldığı əri Dalton Qomezdən rəsmən boşanıb. Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, 3 illik evliliklərinə son qoyan 30 yaşlı Ariana və 28 yaşlı daşınmaz əmlak brokeri Dalton boşanmaq üçün ərizə verdikdən 6 ay sonr

20 mart
.

Bu dəfə onun səhifəsi oğurlandı - Fotolar

Aparıcı İlkin Həsəninin bloger həyat yoldaşı Aysel Həsəninin instaqram hesabı oğurlanıb. Axşam.az xəbər verir ki, bununla bağlı İlkin paylaşım edib. "Ayselin səhifəsindən gələn linklərə daxil olmayın" deyə, İlkin izləyicilərinə xəbərdarlıq edib. Blogerin 340 minlik hesabında isə gün ərzind

20 mart
.

Məşhur azərbaycanlı meyxançıdan ÜZÜCÜ XƏBƏR: "Aparatla yaşayıram" - VİDEO

Lənkəranlı meyxançı Elnur Valehə yaxın zamanlarda böyrək köçürüləcək. " "ə istinadən bildirir ki, o, bu barədə "El canlı" verilişinə qonaq olarkən bildirib. Meyxanaçı qeyd edib ki, onun böyrəyi işləmir və üstündə xüsusi aparat gəzdirərək yaşayır:. "Böyrək çatışmazlığından əziyyə

16 mart
.

Xalq artisti: "Dünyaya uşaq gətirmək vacib deyil"

"Sevinirəm ki, Fətulla (qardaşının övladı - red.) ailəni tək idarə edir. Dünyaya uşaq gətirmək vacib deyil". "axşam.az"a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Nisə Qasımova "Zaurla Günaydın" verilişində deyib. Müğənni ailəsindən danışıb:. "Fətulla uşaq idi

26 mart
.

Tahir İmanovdan Elgiz Əkbərin dediklərinə REAKSİYA

Əməkdar artist Tahir İmanov aparıcı Elgiz Əkbərin ondan küsməsi ilə bağlı açıqlamasına reaksiya verib. Aktyora bu haqda qonaq olduğu "Künc-bucaq" yutub layihəsində sual verilib. O bildirib ki, Elgiz Əkbər haqda danışmaq istəmir:. "Şəxsi işidir, haqqı var. KVN heç vaxt heç kimi təhqir etməyib

17 mart
.

Xalq artistinin VƏZİYYƏTİ AĞIRLAŞDI - FOTO

"Qafqaz əsiri və ya Şurikin yeni macəraları" filmində Nina obrazını canlandıran Xalq artisti Natalya Selezneva xəstəxanaya yerləşdirilib. -a istinadla xəbər verir ki, 78 yaşlı sənətçiyə ikitərəfli pnevmoniya diaqnozu qoyulub. Xalq artisti üç gündür xəstəxanada olduğunu bildirib:. "Viru

17 mart
.

Azərbaycanlı musiqiçi DÜNYASINI DƏYİŞDİ - FOTO

Azərbaycanda musiqiçi vəfat edib. -ə istinadən bildirir ki, Ucar şəhər Uşaq İncəsənət məktəbinin tar müəllimi Tofiq Əliyev 64 yaşında dünyasını dəyişib. Mərhum 40 ildən artıq müəllim kimi fəaliyyət göstərirmiş. Tofiq Əliyev ürək tutmasından vəfat edib. Allah rəhmət eləsin!

16 mart
.

Aparıcı ilə müğənninin səmimi rəqsi GÜNDƏM OLDU - VİDEO

Aparıcı Vüsalə Əlizadə ilə müğənni Elvin Babazadənin səmimi rəqsi gündəm olub. İncə Səhər proqramında qonaq olan müğənni aparıcını rəqsə dəvət edib. Onların səmimi rəqsi kütləvi marağa səbəb olub. Həmin görüntüləri təqdim edirik:

17 mart
.

Xalq artisti ABŞ-da alış-veriş mərkəzində muğam oxudu

Xalq artisti Gülyanaq Məmmədova Amerikaya səfərə gedib. Sosial şəbəkələrdə müğənninin alış-veriş mərkəzlərindən birində yapon pianoçunun müşaiyəti ilə muğam oxumasını əks etdirən görüntüləri yayımlanıb. -a açıqlama verən Xalq artisti bildirib ki, Novruz bayramı münasibəti ilə bir neçə şəhərdə konser

19 mart