Saxta kürk geyinən Dilarə Kazımova: "Bahalı geyimlər geyinirəm"

Saxta kürk geyinən Dilarə Kazımova: "Bahalı geyimlər geyinirəm""Eurovision 2014" təmsilçimiz Dilarə Kazımova BiG.AZ-ın suallarına cavab verib.

Dəfələrlə filmlərdə rol alan müğənni "yenidən filmlərə çəkilmək istərdinizmi?" sualına belə cavab verib:

"Əlbəttə, istərdim. Məni qane edəcək bir film olsa, niyə də çəkilməyim? Filmdə diqqət etdiyim əsas məsələ hansı aktyorların rol almasıdır. Ən əsası da filmin keyfiyyətidir".

Cəsarətli fotoları ilə izləyicilərin diqqətində olan Kazımova çox hallarda təhqirlərə də məruz qalır. Müğənni buna münasibətini bildirərək, hər şeyin görüləcək layihələrə görə planlandığını deyib:

Saxta kürk geyinən Dilarə Kazımova: "Bahalı geyimlər geyinirəm""Nəyinsə üzərində işləyərkən biz məqsəd qoymuruq ki, fotolarda mütləq açıq-saçıq geyimlərdə olmalıyam. Bizə maraqlıdır ki, biz nə istəyirik? Görəcəyimiz işin ümumi forması və keyfiyyəti necə olacaq? Bundan sonra biz artıq o istəyə uyğun hərəkət edirik. Lazım olanda qapalı, ya da əksinə, açıq geyimdə oluram. Geyim uzun, qısa ya da necə olursa, olsun. Əgər mənə yaraşırsa, onu geyinirəm".

Geyimdən söz düşərkən elə "ən bahalı geyiminizin qiyməti?" sualını da ona ünvanlamış olduq. Müğənni geyimlərinin qiymətini deməyi sevmədiyini bildirib:

" Ümumiyyətlə, bu barədə çox danışmıram. Geyimlərimin qiymətini deməyi sevmirəm. Düzdür, çox bahalı əşyaları və geyimləri sevirəm və alıram. Mağazaya girəndə də ən bahalı və gözəl olanı seçirəm. Mənim üçün geyimdə ən vacib olan və çox pul xərclədiyim ayaqqabılar, çantalar və saatlardır. Lakin əynimdə gördüyünüz bu kürk təbii kürk deyil. Çünki heyvanları sevirəm və onlara qıymaq olmaz. Mən bunu bütün xanımlara da tövsiyyə edirəm. Çalışın ki, təbii xəz almayasınız".

Saxta kürk geyinən Dilarə Kazımova: "Bahalı geyimlər geyinirəm"Yenidən ailə qurmaq barədə düşünən Dilarə Kazımova sevəcəyi insana rast gəlmədiyini də qeyd edib:

"Hər bir normal qadın kimi mən də ailə qurmaq istərəm. Lakin hələ sevə biləcəyim bir insana rast gəlməmişəm. Elə biri olsa, biz evlənəcəyik".

Qeyd edək ki, müğənni Mərt Aslan adlı türkiyəli iş adamı ilə evli olub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 6641   Tarix: 16 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məhəbbət Kazımovun vəsiyyəti: Oğlu nə qərar verəcək?

"Məhəbbət Kazımovun qəbri Xırdalan qəbiristanlığında qalsa, daha məqsədəuyğun olar". Bunu Qaynarinfo-ya açıqamasında mərhum sənətkar, əməkdar artist Məhəbbət Kazımovun oğlu Rəşid Kazımov deyib. Rəşid Kazımov mərhum sənətkarın Laçında dəfn olunması ilə bağlı vəsiyyət etdiyini deyib:. "Atamı

3 sentyabr 2021
.

Türkan Vəlizadəyə AĞIR İTKİ: "Korona çıxaranın Allah bəlasını versin"

Tanınmış müğənni Türkan Vəlizadənin babası rəhmətə gedib. xəbər verir ki, müğənni babasının "OVID-19"-dan rəhmətə getdiyini bildirib. "Baba Allah sənə rəhmət eləsin. Allah korona çıxaranın bəlasını versin. Sağlam kişi getdi, canımız yandı"

5 sentyabr 2021
.

Kənan MM-ə AĞIR İTKİ - FOTO

Rejissor və aktyor Kənan M.M (Kənan Mahmudov) ağır itki üz baş verib. xəbər verir ki, aktyorun qayınatası koronavirusdan vəfat edib. O, bu barədə məlumatı "Facebook" hesabında paylaşıb

7 sentyabr 2021
.

"Sirtaki"nin müəllifi olan bəstəkar öldü

Tanınmış yunan bəstəkarı Mikis Teodorakis 96 yaşında vəfat edib. O, rejissor Mixalis Kakoyanisin 1960-cı illərdə ekranlara çıxan "Aleksis Zorbas" filmində nümayiş olunan "Sirtaki" rəqsinə yazılmış musiqinin müəllifi kimi məşhurlaşıb. Bəstəkar həmçinin simfoniya, balet, opera və çoxsayd

3 sentyabr 2021
.

Flora Kərimova Prezident təqaüdünün ilk ayını qazilərə verdi

Azərbaycanın Xalq artisti, "Şərəf" ordenli Flora Kərimova ona təyin olunan Prezidentin fərdi təqaüdünün ilk ayını Vətən Müharibəsi qaziləri arasında bölüb. -a istinadən xəbər verir ki, Xalq artisti təqaüdünü 2 qaziyə verib. Həmin qazilər isə erməni əsirliyindən qayıdan Amin Musayev və döyüşlə

6 sentyabr 2021
.

"Laçınım" mahnısıyla bağlı qalmaqal: Sənət çevrəsini təlatümə gətirəcək faktlar ilk dəfə

"Laçınım" mahnısı yaranan gündən onun ətrafında gəzən qalmaqal bitmək bilmir. Mərhum sənətkar Məhəbbət Kazımov dünyasını dəyişəndən sonra mahnının müəllifləri kimi bəstəkarlarının sayı çoxalmaqdadır. Uzun illər Məhəbbət Kazımovla səhnə bölüşən müğənni Könül Kərimova da "Laçınım"ı

7 sentyabr 2021
.

Məşhur müğənni koronavirusdan vəfat etdi

Şri-Lankanın məşhur vokalisti və bəstəkarı, "The Gypsies" qrupunun ifaçısı Sunil Perera 68 yaşında vəfat edib. Axşam.az-a istinadən xəbər verir ki, müğənni bu gün müalicə aldığı xəstəxanada koronovirusdan dünyasını dəyişib. Ötən ay COVID-19 testi pozitiv çıxan Sunil xəstəxanaya yerləşdirilib

6 sentyabr 2021
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davamlı olara

18 sentyabr 2021
.

Murad Dadaşov inanılmaz dərəcədə ARIQLADI - FOTO

Xalq artisti. Xəzər TV-nin prezidenti Murad Dadaşovdan xəbər var. -a istinadən xəbər verir ki, sosial şəbəkələrdə Murad Dadaşovun yeni fotosu yayılıb. Fotodan Muradın inanılmaz dərəcədə arıqlaması diqqət çəkib. lakin izləyiciləri onun əvvəlki görünüşün daha çox yaraşdığını qeyd edib. Həmin fotonu təqdi

7 sentyabr 2021