Zakir Həsənov generalları topladı - FOTO

Zakir Həsənov generalları topladı - FOTOFevralın 15-də Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazir müavinləri, qoşun növləri komandanları, baş idarə, idarə və xidmət rəisləri, birlik komandirləri, eləcə də videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsul zabitlərin də cəlb olunması ilə xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyindən Sonxeber.az-a verilən məlumata görə, müşavirədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyanın Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev iştirak edib.

Ölkəmizin dinamik sosial-iqtisadi inkişafının ordu quruculuğu sahəsinə göstərdiyi müsbət təsirindən danışan general-polkovnik M.Əliyev Ali Baş Komandanın Silahlı Qüvvələr qarşısında qoyduğu mühüm vəzifələrin uğurla icrası, aparılan genişmiqyaslı hərbi islahatlar nəticəsində ölkənin müdafiə qüdrətinin, Azərbaycan Ordusunun isə beynəlxalq aləmdə nüfuzunun artması, hərbi qulluqçular və onların ailə üzvlərinin sosial şəraitinin yaxşılaşdırılmasını xüsusi qeyd edərək dövlət səviyyəsində bu istiqamətdə işlərin cari ildə də davam etdiriləcəyini diqqətə çatdırıb.

Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu müvafiq tapşırıqları komandir-rəis heyətinə çatdıraraq yeni tədris dövründə qarşıda duran məsələlərin tam həcmdə yerinə yetirilməsi ilə bağlı müvafiq göstərişlər verib.

Cəbhədəki əməliyyat şəraitini təhlil edən general-polkovnik Z.Həsənov müdafiənin ön xəttində vizual və xüsusi texniki vasitələrdən istifadə etməklə düşmənin fəaliyyətinin daim müşahidə edilməsi, onun ehtimal olunan təxribatlarının qarşısının dərhal alınması, bölmələrimizin şəxsi heyətinin sayıqlığının artırılması və təhlükəsizliyinin təmin edilməsi, həmçinin çətin relyefli ərazilərdə, xüsusilə yüksək dağlıq bölgələrdə döyüş növbətçiliyi aparan bölmələrin maddi-texniki ehtiyatlarla fasiləsiz təmin olunması ilə bağlı tapşırıqlar verib.

Müdafiə naziri qoşunların döyüş qabiliyyətinin və şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsi məqsədilə müxtəlif təlim və praktiki məşqlərin real döyüş şəraitinə uyğun, gecə və gündüz vaxtı, intensiv radioelektron mübarizə şəraitində keçirilməsi ilə əlaqədar tövsiyələrini verib.

Döyüş hazırlığı və hərbi təhsil məsələlərinə toxunan Müdafiə naziri hərbi təhsil sistemi və peşəkar hərbi kadrların hazırlanmasında qabaqcıl təcrübə və yeniliklərin tətbiqi, döyüş təminatını müəyyən edən vəzifələrin daha təcrübəli hərbi qulluqçularla komplektləşdirilməsi, döyüş və səfərbərlik hazırlığının yüksəldilməsinin vacibliyini xüsusi qeyd edib.

Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji vəziyyətini yüksək qiymətləndirən Müdafiə naziri ideoloji işin gücləndirilməsi, hüquq qaydaları və hərbi intizamın, hərbi qulluqçular və onların ailə üzvlərinin sosial müdafiəsinin, şəxsi heyətin tibbi nəzarətinin möhkəmləndirilməsi, həmçinin müvafiq dövlət qurumları ilə qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini də diqqətə çatdırıb.

Müşavirənin sonunda Müdafiə naziri rəhbər heyətə xidməti və döyüş fəaliyyəti ilə bağlı bir sıra tapşırıqlar verib.
Zakir Həsənov generalları topladı - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 7584   Tarix: 15 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Prezidenti: "Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik"

"Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik. Bu yerləşmə bizi narahat etmir". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxal

23 aprel
.

Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər

Azərbaycan və Ermənistan anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbayca

19 aprel
.

Azərbaycan və Ermənistan demarkasiya xəttində sərhəd xidmətlərinin fəaliyyəti necə təşkil olunacaq?

Azərbaycan və Ermənistan sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan il

19 aprel
.

Prezident İlham Əliyev Rusiyada səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə aprelin 22-də Moskvaya işgüzar səfərə gedib. xəbər verir ki, Moskvanın Vnukovo-2 beynəlxalq hava limanında dövlətimizin başçısını Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və digə

22 aprel
.

Rusiya Prezidenti: "Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb"

"Bu günlər biz Baykal-Amur Magistralının 50 illiyini qeyd edirik. Hamı yaxşı bilir ki, Sizin atanız bu layihənin icrasında böyük rol oynayıb". AZƏRTAC xəbər verir ki, bu fikri aprelin 22-də Rusiya Prezidenti Vladimir Putin Moskvada Azərbaycan Prezidenti İlham Əliyev ilə təkbətək görüşdə deyib

22 aprel
.

Tavuşdakı gərginliyə görə Paşinyan ittiham edildi

"Noyemberyan rayonunda təxribat törədənlər Ermənistan hakimiyyətinin göstərişi ilə hərəkət ediblər". Bu açıqlama ilə Ermənistan Milli Məclisinin müxalif "Hayastan" blokunun deputatı Qarnik Danielyan çıxış edib. O qeyd edib ki, aksiya zamanı yolda etirazçıları mühasirəyə alan poli

23 aprel
.

Qırğızıstan prezidenti Ağdama gedəcək

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana aprelin 24-25-də baş tutacaq dövlət səfəri çərçivəsində ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş birgə bəyannamə və bir sıra sazişlərin imzalanması planlaşdırılır. Bu barədə Qırğızıstan Prezidenti Administrasiyasını

23 aprel
.

Prezident: "Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar"

"Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumd

23 aprel
.

Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə nahar ediblər. xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb

22 aprel