"Prezidentin Münhendəki çıxışı Azərbaycan diplomatiyasının qələbəsidir"-RƏY

"Prezidentin Münhendəki çıxışı Azərbaycan diplomatiyasının qələbəsidir"-RƏYFevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilib.
N.Paşinyanın daha çox heç bir əsası olmayan, real faktlara söykənməyən arqumentlər gətirməyə cəhdi isə gülüş doğurub.
Debatın gedişatı zamanı Prezident İlham Əliyev məntiqli, tutarlı arqumentlər səsləndirməklə opponenti üzərində üstünlük qazanıb.

Prezident İlham Əliyevin tarixi faktlarla Paşinyanı susdurması və Paşinyanın tez-tez nitqində səhv etməsi ilə bağlı millət vəkili Elman Nəsirov Sonxeber.az-a danışıb.

Deputat Elman Nəsirov bildirib ki, Münhen Təhlükəsizlik Konfransına dünyada çox böyük diqqət var:
"Bu konfransda səslənən fikirlər sözün həqiqi mənasında bir qədər sonra həyata keçirilə biləcək layihələr üçün sanki bir anons olur. Burada böyük dövlətlərin səsləndirdiyi fikirlər əslində onların nə edəcəklərini və hansı təhlükəsizlik aspektində həyata keçiriləcəklərinin bir reklamı olur. Bu nöqteyi nəzərdən beynəlxalq ictimaiyyətin bu konfransa və orada müzakirə olunan məsələlərə çox böyük diqqəti olacaq. Məsələyə bu məntiqlə yanaşdıqda, Azərbaycanın prezidenti cənab İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələlərinə həsr olunmuş bir panelin keçirilməsi şübhəsiz ki, həm KİV-nin, həm də bütünlükdə beynəlxalq ictimaiyyyətin diqqət mərkəzində olan hadisə idi. Bu panel göstərdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev sözün həqiqi mənasında Ermənistanın Baş nazirinə tarix, siyasət, hüquq dərsi keçdi və özünün nə qədər mahir diplomat olduğunu ortaya qoydu. Bunun qarşılığında isə Ermənistan Baş nazirinin nə qədər hazırlıqsız olduğu, tarixi, hüquqi, siyasi biliklərinin sıfır səviyyəsində olduğunun reallığı üzə çıxdı. Məlum oldu ki, o yalnız inqilab etmək üçün bəyanatlar verməyi bacarır. Amma reallıqda isə olduqca zəif bir siyasətçidir. O paneldəki müzakirələ baxan hər bir insan bu qənaətə gəlir. Ermənistan ictimaiyyəti artıq bu qənatə gəlir ki, onlar öz Baş nazirlərinin bu qədər hazırlıqsız, bacarıqsız və Azərbaycan prezidentinin qarşısında bu qədər sönük vəziyyətdə oluğunu təsəvvür belə etməzdilər. Bunu artıq Ermənistan mətbuatı yazıb. Azərbaycan prezidenti tarix dərsi keçdi və ilk növbədə faktlarla, arqumentlərələ sübut etdi ki, Qarabağ torpağı tarixi əzəli Azərbaycan torpağıdır. Yalnız 1805-ci ildə Kürəkçay müqaviləsi ilə İbrahimxəlil xan və Sissiyanov arasında imzalanmış müqavilə əsasında bu torpaqları verməli oldu. Cənab Prezident İlham Əliyev 1813-1828-ci illərə Gülüstan və Türkmənçay müqavilələrinə diqqəti cəlb etdi ki, həmin müqavilələrə görə Azərbaycanın əraziləri və təbii ki, Dağlıq Qarabağ ərazisi də daxil olmaqla Rusiyanın tərkibinə daxil edildi. Bütün bunlar hamısı müqavilələrlə təsdiqləndi və istənilən şəxs internetə girib həmin müqavilələrlə tanış ola bilər. Bunlar bir söz deyil, bir həqiqətdir. Hər kəs müqaviləyə baxıb onu öz gözləri ilə görə bilər. Bunları cənab prezident çıxışında söylədi və qeyd etdi ki, Ermənistanın indiki paytaxtı İrəvanın özünü də 1918-ci ildə o zamankı Azərbaycan Xalq Cünmhuriyyəti həmin tarixi şəraitdə Ermənistana vermiş oldu. Yəni, qoy bütün dünya bilsin ki, hətta bu gün Ermənistanın paytaxtı olan İrəvan da tarixi Azərbaycan torpaqlarıdır ki, bunun Münhendə səslənməsinin çox böyük siyasi mənası və çəkisi var idi. Eyni zamanda cənab prezident 1988-ci ildən başlayan Ermənistanının işğalçılıq siyasətinin bütün anatomiyasını açıb söylədi və qeyd etdi ki, 1 milyondan çox məcburi köçkün və qaçqınımız var, 20 faiz torpaqlarımız işğal altındadır və Ermənistan silahlı qüvvəlləri bəşəri cinayətə-Xocalı soyqırımına imza atıblar. Hesab edirəm ki, bu fikirlərin Münhendə səslənməsi dünyanın diqqət mərkəzində olan bir konfransda səslənməsi, dünyanın aparıcı KİV-lərində geniş şəkildə yayılması Azərbaycanın informasiya cəbhəsində qazandğı çox böyük uğur idi və bunu da cənab prezident İlham Əliyev həyata keçirdi. Bu gün Azərbaycan ictimaiyyəti növbəti dəfə öz prezidentinə minnətdarlığını bildirir ki, o həm Voldayda, həm Aşqabadda və indi də Münhendə Ermənistanın baş nazirini çox çıxılmaz vəziyyətə salıb və onu tamamilə təkzibedilməz arqumentləri, faktları ilə tərksilah edir. Azərbaycanın prezidentin məntiqə, faktlara, arqumentlərə söykənən prinsipial və qətiyyətli mövqeyi qarşısında Ermənistan Baş naziri silsilə xarakterli səhvlərə yol verməyə başladı ki, Ermənistan ictimaiyyəti onu çox böyük qınaq obyektinə çevirdi. Azərbaycan prezidenti söyləyəndə ki, 1921-ci ildə o zamankı Rusiya hökumətinin qərarı ilə Dağlıq Qarabağ Azərbaycanın idi və yenidən Azərbaycanın tərkibində saxlanıldı. Eyni zamanda həmin qərarlar Azərbaycanda bir daha qaldı. Bunun qarşılığında Ermənistan Baş naziri dili topuq vura-vura əslində həqiqəti söyləmiş oldu sonra "sorry-sorry"(üzr istəyirəm) deyərək sözünü geri götürdü. Yəni, Paşinyan çıxışında 1921-ci ildə Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması deyəndən dərhal sonra "sorry-sorry" deyərək hiss elədi ki, o öz düşüncəsinə görə guya səhv edir. Dərhal sonra guya səhvini düzəldərək Azərbaycanın yox, Ermənistanın dedi. Bu da ətrafda təbii ki, gülüş doğurdu. Məlum oldu ki, Paşinyan nə qədər savadsız, tarixi bilikləri sıfır vəziyyətində olan bir diplomatdır. Hətta Şaumyan rayonunu-Stepan Şaumyan adlı bolşevikin adına verilmiş rayonu Dağlıq Qarabağın ərazisi kimi təqdim etdi. Azərbaycan prezidenti yenidən çox zəngin tarixi biliklərini ortaya qoydu və söylədi ki, xeyr, siz düz demirsiniz, Şaumyan Dağlıq Qarabağ ərazisi deyil. Stepanakertin adını çəkərkən Azərbaycan prezidenti vurğuladı ki, Stepanakert Stepan Şaumyanın adı ilə bağlı bir ərazidir. Stepan bolşevik olub və Azərbaycan xalqına qarşı çox böyük cinayətlərə imza atıb. Eyni zamanda bu yerin adı Stepanakert yox, Xankəndi olub. Xan da, kənd də bizim sözdür. Yəni, bu bir daha göstəri ki, Dağlıq Qarabağ əzəli, qədim Azərbaycan torpağıdır. Çünki paytaxtı Xankəndi olub. Stepan Şaumyanın adı ilə bağlı olan Stepanakert adı isə 20-ci əsrin reallıqlarını ifadə edir. Amma qədimlik, tarixi baxımdan Azərbaycan torpağıdır ki, yenə də bu sözlərlə Paşinyan çıxılmaz vəziyyətə düşdü. Azərbaycan prezidentindən aldığı bu psixoloji informasiya zərbələrinin qarşısında çıxılmaz vəziyyətə düşən Paşinyan idman dili ilə desək "nakaut" vəziyyətində idi və bu vəziyyətin təsiri altında özünü biabır edən növbəti mövqeyini bildirdi. Bildirdi ki, onun oğlu Dağlıq Qarabağ ərazisində hərbi xidmət edir. Yəni, etiraf etdi ki, Azərbaycan torpaqları işğal altındadır və onu da Ermənistan edib. Bu günlərdə Ermənistan mətbuatı Paşinyanı atəşə tutub ki, savadsız və bəsit bir siyasətçi seçməklə nə qədər böyük səhvlərlə yol veriblər. Çünki Azərbaycan prezidentinin çıxışında beynəlxalq ictimaiyyət bu münaqişənin anatomiyası ilə bağlı Azərbaycan prezidentinin dilindən çox müfəssəl, dəqiq informasiyalar almış oldu. Beləliklə mən hesab edirəm ki, Azərbaycan prezidenti cənab İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş paneldəki çıxışı Azərbaycanın böyük diplomatik qələbəsidir".

Fəridə Ağazadə


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2138   Tarix: 17 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezident

24 aprel
.

Qırğızıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar

Azərbaycanda səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Şəhidlər xiyabanını ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, Prezident Sadır Japarov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsin

24 aprel
.

Ərdoğandan Ermənistana xəbərdarlıq: "Fürsət qapıları həmişə açıq qalmır"

"Artıq regionda yeni bir nizam qurulur". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqdan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib. O qeyd edib ki, gerçəkliklə heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələr üzərində hərəkət etməkdənsə, zamanın reallıqlarına əsaslanaraq hərəkə

23 aprel
.

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar. Bununla bağlı məlumat yayıb

25 aprel
.

"Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinə sürətlə gedir" - Politoloq

Dünən 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir. Yaxın gələcəkdə hansı əraziləri

24 aprel
.

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb. Bu barədə AZƏRTAC xəbər verib

23 aprel
.

Nazir direktoru işdən çıxardı

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin direktoru İsmayıl Əliyev vəzifəsindən azad edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Hələlik direktor vəzifəsinə təyinat yoxdur

25 aprel
.

İlham Əliyev: "Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur"

"Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışında deyib. "Üzləş

23 aprel
.

Tavuşdakı gərginliyə görə Paşinyan ittiham edildi

"Noyemberyan rayonunda təxribat törədənlər Ermənistan hakimiyyətinin göstərişi ilə hərəkət ediblər". Bu açıqlama ilə Ermənistan Milli Məclisinin müxalif "Hayastan" blokunun deputatı Qarnik Danielyan çıxış edib. O qeyd edib ki, aksiya zamanı yolda etirazçıları mühasirəyə alan poli

23 aprel