"BNA-nın fəaliyyəti müəyyən işbazlara sərf etmir" - EKSPERT

"BNA-nın fəaliyyəti müəyyən işbazlara sərf etmir" - EKSPERT"Uzun illər Azərbaycanda yol-nəqliyyat sahəsində böyük problemlər, özbaşınalıqlar olub. Keçmiş Nəqliyyat Nazirliyi uğurlu iş apara bilməyib. Bakı Nəqliyyat Agentliyi yaradıldıqdan sonra qayda-qanun işləməyə başlayıb".

Bu sözləri "MediaPost"a açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib. Ekspert bildirib ki, 10-15 il əvvələ kimi ictimai nəqliyyatda böyük bir xaos hökm sürüb:

"Əvvəllər vətəndaşlarımız ictimai nəqliyyatdan istifadə etməkdə böyük çətinlik çəkirdi. BNA yarandıqdan sonra bu kimi hallar tədricən aradan qalxmağa başladı. Biz burada yeni avtobusların gətirilməsi, "BakuBus" avtobuslarında qaydaların tətbiq edilməsi, ictimai nəqliyyatın tam nəzarətə götürülməsini qeyd edə bilərik.

BNA-nın fəaliyyətində təqdirəlayiq hallardan biri də odur ki, agentlik hər hansı bir problemi başdansovdu həyata keçirmir. Şəxsən özümün əldə etdiyim məlumata görə, problem əvvəlcədən hədəf kimi ortaya qoyulur, müzakirə edilir, layihə çərçivəsində mərhələli şəkildə həll edilir. Azərbaycanda problemin strateji planlama ilə həll edilməsi sevindirici haldır. Xüsusən də ictimai nəqliyyatda hərəkətin tənzimlənməsində biz bunun şahidi oluruq".

Eldəniz Cəfərov qeyd edib ki, avtobuslarda sürücü və sərnişinlar arasında olan pis münasibət artıq aradan qalxmağa başlayıb:

"Hər bir vətəndaş, cəmiyyət özü-özünü idarə etməkdə maraqlıdır. Əgər görülən iş varsa, narazılıqlar da ola bilər. Vətəndaşlar bu məsələdə sərbəstdir. Əminəm ki, BNA bu narazılıqlara obyektiv yanaşır.

"BNA-nın fəaliyyəti müəyyən işbazlara sərf etmir" - EKSPERTƏvvəllər avtobuslarda sürücü-sərnişin münasibəti olduqca pis vəziyyətdə idi. Artıq bu məsələ aradan qalxıb. Sürücü-sərnişin ünsiyyəti minumuma endirilib. Artıq sürücülər sərnişinlərə daha anlayışla yanaşırlar. Bu münasibəti qaydaya salmaq o qədər də asan başa gəlməyib. Bunu Bakı Nəqliyyat Agentliyi həyata keçirə bildi.

Yenə də istənilən halda sərnişinlərin fikirləri nəzərə alınmalıdır. BNA mütəmadi olaraq cəmiyyətlə iş aparmalıdır. BNA-ya dəstək olacaq ən böyük qüvvə cəmiyyətin özüdür".

Ekspert Bakı şəhərində nəqliyyat problemlərinin həllinin müəyyən işbazlara sərf etmədiyini vurğulayıb:

"Qanunsuz dayanacaq yaratmaq istəyənlər, qanunsuz nəqliyyat daşınma ilə məşğul olanlar, nəqliyyat sektorunda öz məqsədini güdən bəzi şirkətlər, təşkilatlar, hətta fiziki şəxslər ola bilər ki, problemlərin həlli onlara sərf etməsin. Amma bu işlər getdikcə qaydasına düşəcək. Yenə də qeyd edirəm ki, BNA cəmiyyətə arxalanmalıdır. Belə olan halda cəmiyyət özü qurumun müdafiəsinə qalxacaq.

Düşünürəm ki, BNA müəyyən hallarda vətəndaşların bilmədən etdiyi qayda pozuntularını onların xeyrinə həll etməlidir.

Daşıyıcı şirkətlər də artıq başa düşməlidirlər ki, müasir dövrdə tələblər dəyişib. İndi marşrutda işləmək hansısa bir oliqarxın istəyi ilə həyata keçirilmir. Hər şey qanunlarla tənzimlənir. Ona görə bu şirkətlər öz işlərində qayda-qanun yaratmalıdırlar".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1349   Tarix: 17 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

"Victory Construction Group" MMC məhkəməyə verildi - Öhdəliyi yerinə yetirmədiyinə görə

Hacıqabul Rayon İcra Hakimiyyəti (RİH) ilə tenderlərinin qalibi olan "Victory Construction Group" şirkəti arasında qalmaqal yaranıb. İqtisadiyyat.az xəbər verir ki, RİH öhdəlikləri yerinə yetirmədiyinə görə şirkətə qarşı məhkəmədə iddia qaldırıb. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklə

18 aprel
.

Evə seyf arzusu ilə girib sazla gitara oğurladılar - Foto

Lerikdə evdən musiqi alətləri oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. DİN-in Mətbuat Xidmətindən -a verilən məlumata görə, Lerikdə evdən gecə saatlarında gitara, saz və məişət əşyalarını oğurlaması barədə məlumat daxil olub. Lerik RPŞ-nin keçirdiyi tədbirlərlə cinayətdə şübhəli bilinən rayo

18 aprel
.

Əcnəbi vətəndaş Əhməd Vəliyevin kürəkənini məhkəməyə verdi

"Odlar Yurdu" Universitetinin rektoru, keçmiş deputat Əhməd Vəliyevin kürəkəni Elmir Mehdiyev məhkəməyə verilib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, iddiaçı Abdul Ghafar adlı şəxsdir. İş hazırda apellyasiya mərhələsindədir. Birinci məhkəmə instansiyası iddianı təmin etmədiyindən Abdu

18 aprel
.

Ünvanlı sosial yardım almağa köməklik adı altnda vətəndaşlar aldadılır - VİDEO

Bəzi hallarda ünvanlı sosial yardım adı altında vətəndaşlara kömək edəcəkləri deyərək onların vəsaitlərini mənimsəməyə çalışırlar. Səbəbi isə həmin vətəndaşların bu istiqamətdə məlumatlılığın az olmasıdır. xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Rəşad Mehdili "Xəzər Xəbər"

18 aprel
.

Qarabağdan yeni görüntülər

İşğaldan azad olunan Xocavənd və Ağdam şəhərlərində quruculuq işləri davam etdirilir. "Qafqazinfo" xəbər verir ki, bu barədə görüntülər ATV-də yayımlanıb. Bildirilib ki, Xocavənd rayonunun Hadrut qəsəbəsi və Tuğ kəndində tikintilərin layihələndirilməsi işləri də yekunlaşıb. Daha ətraflı videoda

18 aprel
.

Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO

Azərbaycanın Milli Qəhrəmanı, telereportyor Çingiz Mustafayevin Xocalıda müsahibə aldığı 9 yaşlı Ləfxanımın qızın toyu olub. xəbər verir ki, bu barədə görüntülər "Günə son" verilişində nümayiş olunub. Goranboy rayonunun Ağca kəndinə yollanıb. Ləfxanımın 32 il sonra qayıtdığı doğma yurdund

18 aprel
.

Keçid balları qaldırılır? - VİDEO

Artıq bütün buraxılış imtahanlarının nəticələri açıqlanıb. İlk dəfə olaraq ölkə üzrə ümumilikdə 53 nəfər maksimum nəticə göstərib. Bu qədər şagirdin yüksək bal toplaması bir çox valideyni narahat edir. Onlar düşünür ki, bu göstəricini əsas gətirib, qəbul ballarını artıra bilərlər. Bəs ekspertlər bu barəd

18 aprel
.

Bu xəbər Türkiyədə şok effekti yaratdı - Ərdoğanın yerinə onu hazırlayırlar

Türkiyədə bələdiyyə seçkilərinin üstündən müəyyən müddət ötsə də, türk siyasi palitrası hələ də seçkinin yaratdığı zəlzələ effektinin təsiri altındadır. Hakim partiyaya yaxın şəxslərin və medianın müzakirələri isə xeyli suallar yaradır. Seçkinin mümkün nəticələri haqda ilk yazımızda ( ) qeyd etdiyimi

18 aprel
.

"Azərbaycanın div insanı"nın güc nümayişi - VİDEO

Azərbaycanlı pəhləvan Elmin Mehdiyev "AStar" layihəsinə qonaq olub. xəbər verir ki, 145 kiloqram çəkisi olan Elmin "Azərbaycanın div insanı" kimi təqdim edilib. O ağır tonnajlı yük maşınlarını çəkmə qabiliyyətinə malikdir. Bundan başqa bir neçə armaturu birlikdə əyir və üst-üstə qoyula

18 aprel