Almaniyada Azərbaycan Ermənistan qarşıdurması: 7 maraqlı FAKT (VİDEO)

Almaniyada Azərbaycan Ermənistan qarşıdurması: 7 maraqlı FAKT (VİDEO)Bir çoxları Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə həsr olunmuş dikussiyasını həyəcanla gözləyirdi. Çünki ilk dəfə idi ki, iki ölkə rəhbərliyi qapalı qapılar arxasında deyil, jurnalistlər, ekspertlər və tarixçilər qarşısında münaqişənin həllinə aid fikirlərini canlı yayımda bildirdilər. Bir saatlıq debat faktiki olaraq dərs formatında oldu. Bu, bütün dünyanın qarşısında baş verdi. Təfərrüata varmadan Ermənistanın Baş nazirinin buraxdığı səhvləri və gülünc vəziyyəti tarixi faktlarla göstərməyə çalışacağıq. Sonxeber.az bu barədə geniş məlumatı oxucuları ilə bölüşür.

Birinci səhv: Tarixlə bağlı tezisə Paşinyan bildirdi ki, erməni kralı Böyük Tiqran romalı hərbi lider Pompeylə danışıqlar aparan zaman bütün Cənubi Qafqazda Azərbaycan adlı ölkə olmayıb.

Məsələ ondadır ki, Böyük Tiqran erməni, yox fars olub. Bu faktı elə erməni tarixçiləri özləri bildirir. Bəli, indiki ermənilərin əcdadları o imperiyada yaşayan çoxsaylı xalqlardan biri idi. Amma bu imperiya Dağlıq Qarabağın yerləşdiyi Cənubi Qafqazda deyil, müasir Türkiyənin ərazisində yerləşirdi.

İkinci səhv: "Dağlıq Qarabağın ölkə kimi hesab edilməsinə gəlincə deməliyəm ki, mən prezident İlham Əliyevlə razı deyiləm. Çünki Qafqaz Bürosu Dağlıq Qarabağın Azərbaycanın, yox üzr istəyirəm Ermənistanın tərkib hissəsi olmasına qərar verdi. Bu tamamilə qanuni qərar idi və bundan sonra İosif Stalinin şəxsi təşəbbüsü əsasında bu qərar Moskvada dəyişdirildi",- bunu Paşinyan bildirib.

"Əvvəla dil çaşar, düzünü deyər" deyib atalar. Amma məsələ burasındadır ki, prezident İlham Əliyevin də dediyi kimi, ikinici qərarda söhbət Dağlıq Qarabağın Azərbaycanda qalmasından gedirdi. Vacib məqam qalması sözüdür.

Prezident İlham Əliyev: 1921-ci ildə Bolşevik partiyasının Qafqaz Bürosu Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması barəsində qərar qəbul etdi. Saxlanılması barəsində qərar, bəzi erməni tarixçilərinin yazdığı kimi, verilməsi barədə yox. Bu da həmçinin tarixi faktdır.

Qaldı ki, Stalin məsələsinə, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsində qalmasında onun rolu olub. Paşinyanın Stalin məsələsini qabartması liberal dairələrin rəğbətini qazanmaqdan başqa bir şey deyil.

3-cü səhv: Paşinyanın fikrincə, Azərbaycanın Sovet İttifaqından müstəqillik əldə etdiyi kimi, Qarabağ eyni yolla həm Sovet İttifaqından, həm də Sovet Azərbaycanından müstəqillik əldə edib. Bu sərsəm fikirdir. Çünki Azərbaycan SSRİ tərkibində olan respublikalardan biri idi. Dağlıq Qarabağ sadəcə olaraq Muxtar Vilayət idi. Qarabağın qondarma müstəqillik haqqı həm konstitutsiya, həm də beynəlxalq hüquq normalarına zidd idi.

4-cü səhv: Paşinyanın Xocalı soyqırımı məsələsindəki qeydləri isə tam sərsəmləmələr idi.

Paşinyan: Xocalıya gəlincə isə 1990-cı illərin ortasında Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov Rusiyanın "Arqumenti i Faktı" qəzetinə müsahibə verib. Həmin müsahibədə deyir ki, Xocalıdakı təxribat Azərbaycan müxalifəti tərəfindən onu hakimiyyətdən devirmək üçün təşkil olunub.

Əvvəla Paşinyanın dediyi həmin müsahibə "Arqumenti i Faktı" qəzetində deyil "Nezavismaya" qəzetində çap olunub. Müsahibə çıxandan bir gün sonra Ayaz Mütəllibov çex jurnalistin onun sözlərini təhrif etdiyini və belə bir söz işlətmədiyini bildirib. Xocalı soyqırımını törətməkdə azərbaycanlıları günahlandırmaq həyasızlığın zirvəsidir. Ən azından ona görə ki, bu soyqırımı törədənlərin adları və kimlikləri məlumdur. Paşinyan Xocalı soyqırımını ermənilər tərəfindən törədilməsi faktlarını və Ermənistanın keçmiş prezidenti Serj Saksiyanın etiraflarını unudub. Sarksiyan Xocalıda törədilən cinayətin icraçılarının kim olduğunu açıq şəkildə etiraf edib. Sarksiyanın statı: "Xocalıdan əvvəl azərbaycanlılar fikirləşirdilər ki, bizimlə zarafat edirlər. Onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıra bilməz. Biz bu streotipi qıra bildik. Budur baş verənlər. Biz nəzərə almalıyıq ki, o uşaqların içərsində Bakıdan və Sumqayıtdan qaçanlar olmuşdu".

Ermənistanın Baş naziri bu faktları bildiyi halda Xocalı soyqırımı ilə bağlı faktları təhrif etməyə çalışdı.

5-ci səhv: Problemin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrindən danışan zaman Paşinyan ənənəvi olaraq faktları təhrif etməyə çalışdı.

Paşinyan: "İlk növbədə BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə bağlı deyim ki, orada Ermənistan qoşunları sözü yoxdur. Orada yerli "erməni qüvvələri" yazılıb".

Əslində 822 nömrəli qətnamədə yerli erməni qüvvələrinin Kəlbəcərdən çıxarılmasından söhbət getsə də, daha sonra yerli deyil, bütün işğalçı qüvvələrin çıxarılmasından söhbət gedir. Azərbaycan öz torpaqlarını işğal etməyəcəyinə görə, işğalçı sözündə kimin nəzərdə tutulduğu aydın görsənir.

6-cı səhv: Ermənistan Baş nazirinin tarixdən başqa çoğrafiya elmi ilə bağlı problemləri var. Belə ki, Azərbaycan SSRİ-də yerləşən Şaumyan rayonunun da Dağlıq Qarabağın bir hissəsi olduğu fikrini irəli sürərək buradan ermənilərin qovulduğunu söyləyir.

Paşinyan: Dağlıq Qarabağda Şaumyan adlı rayon var idi.

Prezident İlham Əliyev: Xeyir. O Dağlıq Qarabağda deyildi. O Dağlıq Qarabağda deyildi. Xeyir, xeyir...

Paşinyan: Yaxşı, yaxşı. Şaumyan var. Mənim fikrimcə Dağlıq Qarabağda. Yaxşı.

Prezident İlham Əliyev: Görürsünüz, yalan danışır.

Həqiqətən Şaumyan rayonun Dağlıq Qarabağa heç bir aidiyyəti yox idi. O indiki Goranboy ərazisidir.

7-ci səhv: Paşinyan növbəti yalana gedərək bəyan edir ki, Dağlıq Qarabağ ATƏT tərəfindən münaqişə tərəfi, danışıqlar tərəfi kimi tanınıb.

Paşinyan: Bu, iki dəfə - 1992-ci il martın 24-də və 1994-cu il ATƏT-in Budapeştdəki Sammitində baş verib.

Yenə də ucuz təhrif və saxtalaşdırma cəhdi. Çünki ATƏT-in Budapeştdəki Sammit Memorandumunda Dağlıq Qarabağ erməniləri yox, başqa maraqlı tərəflər ifadəsi yer alır. Bunlar Ermənistan rəhbərliyinin sadəcə bir tədbirdə çıxışdakı kobud səhvləri idi. Ermənistanın Baş naziri isə ölkəsinin onsuz da haqsız olan mövqeyinin tarixi faktları qəsdlə təhfrif etməklə vəziyyətdən çıxmağa çalışdı. Bu zaman bir neçə dəfə tarixi həqiqətləri təhrif edərək dəfələrlə gülünc vəziyyətə düşdü.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2955   Tarix: 17 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib

"Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşfiq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi il

19 aprel
.

Millət vəkilləri arasında gərgin anlar yaşandı - VİDEO

Milli Məclisin aprelin 19-da keçirilən iclasında deputat Qüdrət Həsənquliyev Hesablama Palatasının açıqladığı rəqəmlərin ölkədə maliyyə intizamı ilə bağlı vəziyyətin acınacaqlı olduğunu göstərdiyini deyib. Milli Məclisin iqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə bu fikirlərl

19 aprel
.

Azərbaycanda sayt rəhbəri həbs olundu

"Məclis.info" saytının rəhbəri İmran Əliyev həbs edilib. "Qafqazinfo"nun məlumatına görə, Xətai Rayon Məhkəməsi belə qərar qəbul edib. Qərara əsasən İ. Əliyev haqda iki ay bir günlük həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, sayt rəhbəri ötən gün hava limanında saxlanılıb. On

19 aprel
.

Parlament seçkiləri nə vaxt keçiriləcək?

"Parlament seçkiləri sentyabrda keçirilə bilər". Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli deyib. Qulamhüseyn Əlibəyli bildirib ki, parlament seçkilərinin noyabrda keçirilməsi ümumi tələbdir, amma seçkilərin vaxtı dəyişdirilə də bilər:. "Konstitusiyaya görə, növbədənkəna

19 aprel
.

Bu məhsulları küçədə satanlar 80 manat CƏRİMƏLƏNƏCƏK - VİDEO

Yol kənarlarında və bazarlarda qida məhsullarının satışı aparılır. Bu tendensiyaya son zamanlar daha çox rast gəlinir. Kənd məhsullarının satışında sanitariya və gigiyena qaydalarına çox da diqqət yetirilmir. Bu da həmin qidaları qəbul edən vətəndaşların sağlamlığına mənfi təsir göstərir. xəbər veri

19 aprel
.

Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - Video

İşğaldan azad olunan Kəlbəcərdə tikinti işçilərinin boş ərazidə futbol oynaması diqqət çəkib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Belə ki, görüntülərdə işçilərin boş ərazini stadiona çevirərək, futbol oynadıqları əks olunub. Həmin görüntünü təqdi

19 aprel
.

Gəlin ərini başqası ilə səhv saldı – Görün nə baş verdi

"TikTok" sosial platformasında paylaşılan bir video dünya üzrə gündəm olub. xəbər verir ki, sözügedən videoda gənc qadın kostyumlu bir adamı qolundan tutaraq onları alqışlayan qonaqların arasından keçir. İlk baxışda videodakı şəxsin bəy olduğu düşünülür. Ancaq alqışlar dayanan kimi bir nəfə

19 aprel
.

Sabah 30 dərəcə isti olacaq

Aprelin 20-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti, gündü

19 aprel
.

"McDonald's"ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO

"McDonald's Azərbaycan" şirkətinin qida sənayesinin ən müasir tələblərinə cavab verən 24-cü restoranı aprelin 19-da Bakı şəhərində açılıb. Restoran Azadlıq prospekti 100 ("Olympus Nəsimi" yaşayış kompleksinin yanı) ünvanında yerləşir. Azərbaycanda ilk dəfə tətbiq olunan və müasirliyi

19 aprel