Kənan M.M: "Özümü ucuza çox satmışam, peşmanam" - VİDEO

Kənan M.M: "Özümü ucuza çox satmışam, peşmanam" - VİDEO"Müğənnilərin yaxşı mahnıları olsa, yaxşı qonorar versələr, onlara klip çəkərəm. Bu işlər üçün darıxmışam. Amma düşünmürəm ki, bu, kiməsə lazımdır. Bahalı rejissoram. Zamanında bir-iki səhvim olub. Subay idim, evim yox idi. Özümü ucuza çox satmışam. Buna da çox peşmanam".

Oxu.Az xəbər verir ki, bu sözləri tanınmış rejissor və aktyor Kənan Mahmudov MTV-də yayımlanan "Söhbətsiz" tok-şousunda deyib.

Ötən illərdən fərqli olaraq, şou əhlinin klip çəkdirmək üçün ona çox az müraciət etməsini rejissor belə izah edib:

"Müğənnilər bəlkə də klip çəkdirmək üçün mənə müraciət etməyə risk etmirlər. Haqqımda yüksək rəqəmlər fikirləşirlər. Bəlkə də o rəqəmlərdən heç xəbərim belə yoxdur".

Kənan M.M kənardan aqressiv və əsəbi görünməsini ağır və çətin şərtlər altında boya-başa çatması ilə əlaqələndirib:

"Hərdən mənə sosial şəbəkədə yazırlar ki, "Sizinlə şəkil çəkdirmək istəyirdik", amma qorxub yaxınlaşmadıq. Deyirəm ki, qorxmalı nə var? Naxçıvanda böyümüşəm. Uşaqlığım orada, ağır şəraitdə keçib. Elə bir dönəm idi ki, blokadada idik. Su, qaz, işıq yox idi. Biz oyuncaq görməmişik.

Uşaqlığımızı uşaq kimi yaşamadıq. Evimizin içinə kimi barıtın qoxusu gəlirdi və çox aqressiv, dərd, qəm içində böyüdük. Tanımadığım insanların mənə qarşı olan diqqətinin kompleksi altında böyüdüm".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 5676   Tarix: 17 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Cavanşir Məmmədovun nəvəsinin toyu təxirə salındı

Bir neçə gün bundan öncə ürək çatışmazlığından vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun nəvəsinin toyu təxirə düşüb. -ın əldə etdiyi məlumata görə, sənətçinin qız nəvəsi Rəfiqə Məmmədovanın yaxın vaxtlara planlaşdırılan toy məclisi məlum hadisə səbəbindən təxirə salınıb. Əməkdar artist Cavanşi

22 aprel
.

Zülfiyyə Xanbabayeva: "Səhnədə ölmək istəmirəm"

"Əvvəl fikirləşmişəm ki, 50 yaşın varsa, get otur evdə, oxuma. Bu da mənim səhvim olub. Özüm o yaşa gəlib çatandan sonra düşündüm, ağlıma belə gəlməzdi ki, bu yaşlarımda səhnəyə çıxım. Demək ki, başımdan böyük danışmışam. Bu isə mənim səhvim olub". Bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayev

19 aprel
.

Elza Seyidcahan Cavanşir Məmmədov haqqında: "Dahi sənətkar idi" - VİDEO

"Çox gözəl insan idi. Məclislər yaraşığı idi". xəbər verir ki, bu sözləri bu gün dünyasının dəyişən Əməkdar artist Cavanşir Məmmədov haqqında danışarkən müğənni, Əməkdar artist Elza Seyidcahan deyib. O vəfat xəbəri barədə məlumatı jurnalistlərdən aldığını deyib. "Evdən çıxırdım ki, jurnalis

20 aprel
.

"Heç biri onunla vidalaşmağa gəlmədi"

"Dünən bir daha şahidi oldum ki, çalış ölmə. Öldünsə, vəsalam. Axşam.az xəbər verir ki, bu sözləri aparıcı-prodüser Tarix Əliyev (Tolik) sosial media hesabında yazıb. O, mərhum sənətçilər, Xalq artisti Rafiq Hüseynov və Əməkdart artist Cavanşir Məmmədovla fotosunu paylaşaraq aparıcılara iradın

21 aprel
.

Firuzə İbadova Cavanşir Məmmədovla bağlı paylaşım etdi

Əməkdar artist Firuzə İbadova mərhum Əməkdar artist, duet ortağı Cavanşir Məmmədovla bağlı paylaşım edib. Axşam,az xəbər verir ki, müğənni həmkarının ad günündə lentə alınan fotosunu yayımlayaraq bu sözləri yazıb:. "Sənət dostum, əzizim 29 illik işimiz ölməyəcək, nə qədər ki, mən sağam. Bu gün ço

21 aprel
.

Mərdanla Nəzrinin toyuna kimlər gəldi? - Fotolar

Xəbər verdiyimiz kimi, Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrinin müğənni Mərdan Kazımovla toyu olub. Axşam.az-ın məlumatına görə, şəhər restoranlarından birində keçirilən məclisə sənət aləminin tanınmış simaları qatılıblar. Gecədə yer alanlar arasında Xalq artistləri Alim Qasımov, Mənsum İbrahimov

23 aprel
.

Bu gün Mələkxanım Eyubovanın qızının toyudur

Bu gün Xalq artisti Mələkxanım Eyubovanın evində toydur. Axşam.az-ın məlumatına görə, xanəndənin qızı Nəzrin müğənni Mərdan Kazımovla ailə qurur. Toy şəhər restoranlarından birində olacaq. Məclis mediaya qapalı keçiriləcək. Qeyd edək ki, Nəzrin və Mərdanın nişanı ötən ilin oktyabrında olub. Onlar bi

22 aprel
.

Zülfiyyə Bayramova xəstəxanadan görüntüsünü paylaşdı

Aparıcı İlqar Mikayıloğlunun vəkil həyat yoldaşı Zülfiyyə Bayramova paylaşımı ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, o, xəstəxanadan video yayımlayıb. Z.Bayramovanın əməliyyat olunduğu əks edilib. O, paylaşıma "Allah bütün xəstələrə şəfa versin" şərhini yazıb. Qeyd edək ki, Z.Bayramov

20 aprel
.

Cavanşir Məmmədovun vəsiyyəti: "Mən öləndə..." - VİDEO

Əməkdar artist Cavanşir Məmmədov vəfat edib. BİG.AZ -a istinadən xəbər verir ki, 2 ay öncə iştirak etdiyi verlişdə qalmaqallı fikirlər səsləndirib. O, deyib: "Vəsiyyət etmişəm ki, məni kostyumda dəfn edin". Daha ətraflı videoda:

20 aprel