"BƏƏ-nin AES tikməsində əsas məqsədi İrana qarşı siyasi platforma əldə etməkdir"-RƏY

"BƏƏ-nin AES tikməsində əsas məqsədi İrana qarşı siyasi platforma əldə etməkdir"-RƏYƏrəb ölkələrində ilk nüvə stansiyası Birləşmiş Ərəb Əmirliklərində inşa olunacaq. Artıq BƏƏ Federal Nüvə Müfəttişliyi İdarəsi ilk nüvə stansiyasının 1 saylı reaktorunun inşasına icazə verib. Nüvə stansiyasınə Koreya Elektrik Enerjisi Şirkəti (KEPCO) inşa edib.
BƏƏ-də nüvə stansiyasının tikintisi ilə bağlı tender 2009-cu ildə elan olunub və Əmirliklər Nüvə Enerji Şirkətinin (ENEC) elan etdiyi tenderdə KEPCO qalib gəlib. Layihəyə əsasən Əbu Dabidən 270 kilometr qərbdə "APR-1400" tipli 4 reaktorlu nüvə stansiyası inşa olunub.
BƏƏ rəhbərliyi nüvə stansiyasının yaxın 50 ildə enerji ehtiyaclarının təminat altına alınması kimi qiymətləndirir.
Nüvə stansiyası neft və qaz ehtiyatları ilə zəngin ərəb ölkələri üçün nə qədər vacibdir? Bu layihə region üçün əlavə risk yaradırmı? İranın nüvə stansiyası dünya üçün ciddi risk yaratdığı bir zamanda bir ərəb ölkəsində nüvə reaktorunun işə salınması hansı riskləri yarada bilər?

Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Sonxeber.az-a açıqlama verib. O, bildirib ki, Körfəz ölkələrinin neft-qaz yataqlarının zəngiliyinə fikir versək, bu ölkənin enerji üçün alternativ variantlardan istifadə etməsi əsasən siyasi məqsədlərdən qaynaqlanır:
"Körfəz ölkəsi olan BƏƏ-nin Atom Elektrik Stansiyası tikməsində əsas məqsədi burada İrana qarşı bir siyasi platforma əldə etməkdən ibarətdir. BƏƏ regionda ABŞ-ın müttəfiqi olaraq Yaxın Şərqdə İrana qarşı ciddi bir siyasi cəbhədə, yəni öndə yer alır. Hesab edirəm ki, BƏƏ-nin nüvə enerjisinə sahib olması Körfəzdə İranın mövqelərinin gələcək perspektivdə zəifləməsinə gətirsə də, bu regionda ciddi təhlükəsizlik problemlərinə yol aça bilər. BƏƏ bir çox hallarda terror təşkilatlarının maliyyələşməsini həyata keçirir. Belə bir nüvə stansiyasının bu ölkədə tikilməsi nüvə silahının əldə olunmasına və bu da terror təşkilatlarının əlinə keçməsinə gətirə bilər. Onu da qeyd edim ki, İsrail və ABŞ BƏƏ-nin nüvə silahı əldə etməsinə dəstək verir".

Fəridə Ağazadə


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1088   Tarix: 18 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ABŞ və Yunanıstan arasında hərbi QƏRAR

ABŞ-la Yunanıstan arasında qarşılıqlı hərbi əməkdaşlığa dair müqavilə imzalanacaq. -a istinadən xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis mətbuat konfransı zamanı bəyan edib. O, bildirib ki, yeni razılaşma beşillik müddətə imzalanacaq və bu, tərəfləri sazişi hər il yeniləmək məcburiyyətində

13 sentyabr 2021
.

Prezident siyasi partiyaların ofisləri ilə bağlı göstəriş verdi

Prezident İlham Əliyevin göstərişi ilə doqquz siyasi partiyanın ofisinin yerləşdiyi Azadlıq prospekti, 160B ünvanındakı binanın həyəti Baki Şəhər İcra Hakimiyyəti tərəfindən abadlaşdırılır. Bu barədə -a siyasi partiyalardan məlumat daxil olub. Məlumata görə, qeyd edilən ünvanda aparılan abadlıq işlər

4 sentyabr 2021
.

İran Qarabağa yenə qanunsuz yük daşıyır - VİDEO

Cari ilin avqustunda Azərbaycan tərəfi İrana məxsus yük maşınlarının rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına qanunsuz keçməsi barədə məlumat əldə etmişdi. Belə ki, 11 iyul-8 avqust tarixlərində İrana məxsus 35 maşın ( 4 yük maşını, 31 yanacaq tankeri) 7

11 sentyabr 2021
.

Zakir Həsənovdan türkiyəli generala başsağlığı

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb. xəbər verir ki, başsağlığında deyilir:. "Suriyanın İdlib şəhərində, xaincəsinə edilmiş hücu

11 sentyabr 2021
.

Bakının erməni-bolşevik işğalçılarından azad edilməsindən 103 il ötür

Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunduğu gündən 103 il keçir. xatırladır ki, 1918-ci ilin martından başlayaraq erməni-bolşevik birləşmələri azərbaycanlıların etnik təmizləməsinə başlayır. Bu zaman Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı ilə Azərbaycanın xilasına gəlir. Qafqa

15 sentyabr 2021
.

Kremldən Bakıya xoş olmayan mesaj - Rusiya generalı niyə İrəvana göndərdi?

"Rüstəm Muradov hardan bilir ki, Rusiya hərbçiləri 5 ildən sonra da Qarabağda qalacaqlar? Axı bu onun səlahiyyətinə aid olmayan məsələdir". -ın məlumatına görə, bunu -a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, Kosobokovu

10 sentyabr 2021
.

Azərbaycan Qarabağa gedən İran maşınlarını yoxlamağa başladı - FOTO

Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları, ikinci Qarabağ müharibəsində azad edilən Azərbaycan ərazisindən keçən Gorus-Qafan dövlətlərarası yoldan keçən İran dövlət qeydiyyat nişanlı yük maşınlarının sürücülərinin və yüklərinin sənədlərini yoxlamağa başlayıb. xəbər verir ki, bu barədə Ermənista

12 sentyabr 2021
.

"O, ermənipərəst mövqedən çıxış edirdi" - Deputatdan AÇIQLAMA

Rüstəm Muradov xidməti vəzifəsini bitirdikdən sonra onun ardınca səslənən söz-söhbətlər bitib-tükənmək bilmir. İstər Azərbaycan tərəfi, istərsə də Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımız, Muradovun komandanlıq etdiyi sülhməramlı qüvvələrin fəaliyyətindən narazılıq göstəriblər. Mövzu ilə bağl

8 sentyabr 2021
.

G7 ölkələrinin XİN rəhbərləri gələn həftə Əfqanıstanı müzakirə edəcəklər

"G7" ölkələrinin xarici işlər nazirləri gələn həftə Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər. TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Toshimitsu Motegi bildirib. "Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün "G7" gələn həftə xarici işlə

5 sentyabr 2021