"Ərəb ölkələri İrana qarşı İsraillə əməkdaşlığa meyl edirlər"-RƏY

"Ərəb ölkələri İrana qarşı İsraillə əməkdaşlığa meyl edirlər"-RƏYİsrail baş naziri Benyamin Netanyahu ərəb və müsəlman ölkələri ilə əlaqələri yaxşılaşdırdıqlarını bəyan edib.
Baş nazir bildirib ki, hazırda İsraillə əlaqəsi olmayan az sayda ərəb və müsəlman ölkəsi qalır.
Bu günlərdə ilk dəfə ABŞ-a səfər edən İsrail təyyarəsi Sudan hava sahəsindən istifadə edib. Bundan əvvəl isə Netanyahu Uqandada Suriya Suverenlik Şurasının rəhbəri ordu generalı Əbdülfəttah Burhanla görüşüb və bu görüşdə əlaqələrin yaxşılaşdırılması müzakirə edilib.
Qeyd etmək lazımdır ki, hazırda İsraillə sülh müqaviləsi imzalamış Misir və İordaniya istisna olmaqla heç bir ərəb ölkəsi ilə rəsmi əlaqəsi yoxdur.
Ancaq son bir neçə ildə vəziyyət dəyişib, ərəb ölkələri ilə İsrail arasında əalqələr düzəlir. İlk dəfə israilli idmançılar BƏƏ-də təşkil olunan yarışa qatılıb, İsrail baş naziri körfəz ölkələrindən Omana səfər edib.
Bu vəziyyət Yaxın Şərqdə mövcud siyasi vəziyyətin dəyişməsinə işarə kimi yozulur.
Bu dəyişikik bölgədəki hərbi-siyasi vəziyyətə də təsir edə bilər?

Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Sonxeber.az-a açıqlama verib. O, bildirib ki, İsrailin son illərdə ərəb ölkələri ilə əlaqələr qurması əsasən İranın regionda artan aqresiyasından qaynaqlanır:
"Əsasən Səudiyyə Ərəbistanı və Körfəz ölkələri ilə əməkdaşlıq pərdəarxası qurulsa da, artıq bu açıq müstəviyə keçir. Çünki, regionda siyas-hərbi vəziyyətin dəyişməsi ərəb ölkələrinin təhlükəsizliyini təhdid edir.ABŞ -ın bvasitəçiliyi ilə ərəb ölkələrinin İsraillə əməkdaşlığı müəyyən bir təhlükəsizlik səbəblərinə cavab versə də, burada İsrailin mövqeyi güclənir. Bu ölkələri öz təsir dairəsinə alır. Fələstin məsələsində ərəb ölkələri birliyinin pozulması, Tehranın Yəmən və digər ölkələrdə artan hərbi fəaliyyəti bu ölkələri İrana qarşı İsraillə əməkdaşlığa sövq etdi. Hesab edirəm ki, bu əməkdaşlıq yeni siyasi nizamın formalaşmasına və İsrailin üstünlüyü ilə reallaşacaq. ABŞ və İsrailin də strateji planı budur və reallaşır. Məhz Yaxın Şərqdə vəziyyətin gərgin mərhələyə keçməməsi üçün bu addım atılır".

Fəridə Ağazadə


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 4700   Tarix: 18 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Ermənistan KİV: Bağanis istiqamətində müdafiə mövqeyi Azərbaycana təhvil veriləcək

Səhər saatlarından etibarən Ermənistan polisi Bağanisdən Voskepara gedən yolu bağlayıb. Yerli sakinlərin sözlərinə görə, əraziyə polisin xüsusi təyinatlı qüvvələri cəlb olunublar. Sakinlər iddia edirlər ki, Ermənistan tərəfi müdafiə mövqelərindən birini təhvil verməyə hazırlaşır

23 aprel
.

Prezident: "Rusiya ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk"

"Rusiya rəhbərliyinin, hökumətinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk". AZƏRTAC xəbər verir ki, bu fikri aprelin 22-də Prezident İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşdə deyib. "Baykal-Amur magistral

22 aprel
.

Azərbaycan və Ermənistan demarkasiya xəttində sərhəd xidmətlərinin fəaliyyəti necə təşkil olunacaq?

Azərbaycan və Ermənistan sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan il

19 aprel
.

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib

2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlə

19 aprel
.

Prezident: "Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar"

"Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumd

23 aprel
.

Azərbaycan Prezidenti Rusiyaya səfər edəcək

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Rusiyaya səfər edəcək. xəbər verir ki, bu barədə Kremldən bildirilib. Qeyd olunub ki, Azərbaycan lideri rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Onlar Heydər Əliyevin SSRİ Nazirlər Sovetində işlədiyi illərdə tikintisinə rəhbərlik etdiyi Baykal-Amu

19 aprel
.

"Ermənistanın havadarına çevrilməkdə olan ABŞ açıq şəkildə Azərbaycan ordusunun gücündən narahatdır" - POLİTOLOQ

Xəbər verdiyimiz kimi, ABŞ Konqresi Azərbaycanın bir sıra məmurlarına qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsi təqdim etməyə hazırlaşır. Dina Tinus başda olmaqla, bir qrup konqresmenin təqdim etməyə hazırlaşdığı qanun layihəsində "ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulması"nd

23 aprel
.

Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsi prosesi başlayıb

2024-cü il aprelin 23-də ölkələrin ekspert qrupları Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Baş nazirinin müavin

23 aprel
.

"Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinə sürətlə gedir" - Politoloq

Dünən 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir. Yaxın gələcəkdə hansı əraziləri

24 aprel