"Azərbaycanda alternativ enerji mənbələri kifayət qədərdir"-RƏY

"Azərbaycanda alternativ enerji mənbələri kifayət qədərdir"-RƏYBərpa olunan enerji müqavilələri Azərbaycanın maraqları çərçivəsində dəqiqləşdirilir.
Bu gün Azərbaycanda əhalinin təbii qaz istehlakı 3 milyard kubmetr təşkil edir.
Bunu Energetika nazirinin müavini Elnur Soltanov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ölkədə ən böyük qaz istehlakçısı "Azərenerji" Açıq Səhmdar Cəmiyyətidir.
E. Soltanov "ACWA Power" və "Masdar" şirkətləri ilə imzalanan sazişdən danışaraq qeyd edib ki, günəş və külək enerjisinin istehsalını nəzərdə tutan iki stansiyanın tikintisi bir-iki il vaxt tələb edir: "Artıq icra sazişi fəaliyyətdədir. Bəzi detallar Azərbaycanın maraqları çərçivəsində dəqiqləşdirilir. Bu proseslər davam edir. Hətta ən pessimist ehtimalla, bu prosesi iki il ərzində tamamlayıb həyata keçirmək mümkün olacaq. Təbii ki, bu 440 MVt enerji qoyuluşu həmin an həyata keçirilməyəcək. Böyük ehtimalla bu güclər də mərhələli şəkildə istifadəyə veriləcək və sistemə inteqrasiya ediləcək".

Mövzu ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli Sonxeber.az-a danışıb. O, bildirib ki, adətən neft-qaz, karbohidrogen hasil edən ölkələr indiki şəraitdə alternativ enerji mənbələrinə o qədər də önəm vermirlər:

"Bu həm onların ehtiyatları ilə, həm də həmin ölkələrin bir çoxunda alternativ enerji mənbələri bir qədər məhduddur. Amma Azərbaycanın ehtiyatları isə təxminən 40-50 il müddətinə hesablanır. Ona görə də indidən Azərbaycan hökuməti alternativ enerji mənbələri ilə məşğul olmalıdır və onun inkişaf etdirilməsini neft gəlirlərinin ölkəyə daxil olduğu vaxt reallışdırmalıdır ki, post-neft dönəmində Azərbaycan karbohidrogen, enerji idxalçısına çevrilməsin. Bu baxımdan həm də Azərbaycanda alternativ enerji mənbələri kifayət qədərdir. Ona görə də bu istiqamətdə görülən bütün işlər vacib və təqdirəlayiqdir. Amma burada bir məqamı qeyd edim ki, Azərbaycanda bu istiqamətdə bu günə qədər həyata keçirilən layihələr yalnız büdcədən səmərəsiz şəkildə istifadə ilə həyata keçirilib. Yən,i indiyədək həyata keçirilən layihilərin çox az bir qismi enerji mənbələrinin yaradılmasına xidmət edibdir. Külək, günəş enerjisi ilə işləyən qurğular quraşdırılıbdır. Düzdür, bunlar pilot layihəllər şəklində həyata keçirilib və kiçik güclərə malik olub. Amma hər halda kiçik gücə malik olsa da, kiçik həcmdə enerji verən bir mənbə kimi bu öz fəaliyyətini davam etdirməlidir. Lakin, çox təəssüflər olsun ki, həmin layihəllərin quraşdırıldığı qurğuların böyük əksəriyyəti artıq sıradan çıxıbdır. Yəni, enerji mənbəyi kimi fəaliyyət göstərmir. Ümid edirəm ki, indiki layihə daha real olacaq və Azərbaycan enerji sektorunda mənbələrdən birinə çevriləcəkdir".

Fəridə Ağazadə


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1854   Tarix: 19 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan və İran arasında ticarətin inkişaf etdirilməsi məqsədilə işlər görülür - İranlı rəsmi

Azərbaycan və İran arasında ticarətin inkişaf etdirilməsi məqsədilə işlər görülür. Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. Ə.Cahangirinin sözlərinə görə, İran və Azərbaycan arasında bir çox sahələr üzrə əməkdaşlıq imkanı var. Hazırd

13 iyul 2021
.

Muzdla çalışanların SAYI artıb - STATİSTİKA

Mayın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 min nəfər və ya 0,1 faiz artaraq 1 milyon 678,4 min nəfər olub. Dövlət Statistika Komitəsindən -a bildirilib ki, onlardan 913,6 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 764,8 min nəfəri isə qeyri-dövlə

13 iyun 2021
.

Azərbaycanda problemli kreditlər artıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il avqustun 1-nə 937,5 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ayla müqayisədə 2,5 % çox, ilin əvvəlinə nisbətən 5 % çoxdur. Problemli kreditlər son 1 ildə isə 11,8 % azalıb

25 avqust 2021
.

Ticarət mərkəzləri və "mall"ların fəaliyyəti nə zaman bərpa ediləcək? - AÇIQLAMA

Son günlər ərzində koronavirusa yoluxanların sayında azalma müşahidə edilir. Karantinlə bağlı bəzi qadağalar aradan qaldırılsa da ticarət mərkəzləri və "mall"ların fəaliyyəti hələ də bərpa edilməyib. Bəs görəsən bu məsələ ilə bağlı tətbiq edilən qadağalar aradan qaldırıla bilərmi?. Mövzu il

5 may 2021
.

Azərbaycanın əsas ixrac-idxal tərəfdaşları AÇIQLANDI

2021-ci ilin yanvar-mart aylarında Azərbaycanın məhsul ixrac və idxal etdiyi əsas ölkələr məlum olub. xəbər verir ki, qeyd olunan müddət ərzində ixracın 35,5 faizini İtaliyaya, 17,9 faizini Türkiyəyə, 8,4 faizini Hindistana, 6,3 faizini Gürcüstana, 4,4 faizini İspaniyaya, 3,3 faizini Rusiyaya, hər bir

16 may 2021
.

İran azad olunan Azərbaycan ərazilərinə yaxın məkanda bazar yaradır

İran Azərbaycanın işğaldan azad olunan ərazilərində yaxın məkanda tikinti materialları bazarının yaratmaq niyyətindədir. Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. Ə.Cahangirinin sözlərinə görə, İranın Şərqi Azərbaycan vilayətind

13 iyul 2021
.

Azərbaycanlılar 1 ayda bu ölkədə 131 MƏNZİL ALIB

2021-ci ilin yanvar-aprel aylarında azərbaycanlılar Türkiyədə 382 mənzil alıblar. 2020-cu ilin eyni dövründə azərbaycanlılar Türkiyədə 319 mənzil almışdılar. istinadən xəbər verir ki, azərbaycanlılar Türkiyədə 2021-ci ilin yanvar ayında 68 mənzil, fevral ayında 77 mənzil, Mart ayında 106 mənzil, Apre

13 may 2021
.

Millət vəkilindən qeyri-neft sektorundakı artımla bağlı AÇIQLAMA

Bu ilin ilk 4 ayında Azərbaycan iqtisadiyyatında azalma tempinin səngiməsi müşahidə olunub. xəbər verir ki, millət vəkili Vüqar Bayramov bildirib ki, 2021-ci ilin yanvar-aprel aylarında ölkədə 25 milyard 78 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz az ümumi daxili məhsul istehsa

19 may 2021
.

Ermənistan 30 ildə vurduğu ziyana görə nə qədər kompensasiya ödəyəcək? - AÇIQLAMA

"30 il müddətində Ermənistanın Azərbaycana vurduğu ziyan tək mənəvi deyil, maddi ziyanlarla da müşahidə olundu. Bu ziyan milyardlarla dollar vəsaitlə ölçülə bilər". Bu sözləri - açıqlama verən iqtisadçı ekspert Elşad Məmmədov deyib. O bildirib ki, Ermənistanın bizə ödəyəcəyi təzminat haqqınd

19 iyun 2021