"Paşinyan Münhendəki tarixi silləni ömrü boyu unutmayacaq"-Emil Əkbərov

"Paşinyan Münhendəki tarixi silləni ömrü boyu unutmayacaq"-Emil ƏkbərovFevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələri keçirilib.
N.Paşinyanın daha çox heç bir əsası olmayan, real faktlara söykənməyən arqumentlər gətirməyə cəhdi isə gülüş doğurub.
Debatın gedişatı zamanı Prezident İlham Əliyev məntiqli, tutarlı arqumentlər səsləndirməklə opponenti üzərində üstünlük qazanıb.
Məsələ ilə bağlı "Big Group"un rəhbəri Emil Akbarov Sonxeber.az saytına açıqlama verib. O, bildirib ki, debatda İlham Əliyev hər cəhətdən Paşinyandan üstün idi:
"Debatı sona qədər diqqətlə izlədim. Erməni Baş nazir Cənab Prezidentin tutarlı faktları qarşısında söz tapa bilmirdi. Onun dəfələrlə gözlərini qaçırtması, başını aşağı salması günahkarlıq hissindən xəbər verirdi.
İlham Əliyev Paşinyanın tarixi bilmədiyini, adi faktlardan bixəbər olduğunu çox düzgün şəkildə bütün dünya ictimaiyyətinə çatdırdı. Paşinyan təkcə Prezidentimiz qarşısında yox, bütün dünya qarşısında biabır və rüsvay oldu. Hətta erməni KİV-ləri də Paşinyanın debatda uduzduğunu, rüsvay olduğunu yazdılar. Bir sıra erməni aktivistləri, alimləri, jurnalistləri ertəsi gün öz məqalələrində, bloqlarında Paşinyanı biabır etdilər.
Görün, sözün sirri, savadın sirri nə deməkdir. Bir depatla İlham Əliyev cənabları Paşinyanı darmadağın edərək növbəti dəfə Qarabağın əzəli Azərbaycan torpağı olduğunu sübut etdi".
Emil Əkbərov eyni zamanda Paşinyanın debat zamanı buraxdığı səhvlərdən də danışıb:
"Paşinyan debat zamanı tarixi biliklərə, siyasi savada, ingilis dilinə hakim ola bilməməklə yanaşı, səhvlər də buraxdı. Bu isə təbiidir, İlham Əliyevin sərrast cavabları nəticəsində özünü itirdi. Paşinyanın səhvlərinə gəldikdə, qeyd edim ki, o, 7 yerdə səhv buraxıb. II Tiqranı erməni saymaq, Cənubi Qafqaz bürosu ilə bağlı buraxdığı səhv, Qarabağın guya müstəqillik əldə etməsi ilə bağlı apardığı kökündən yanlış paralel, Xocalı Soyqırımı ilə bağlı sərsəmləmələr, BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə bağlı yanlış məlumat, Şaumyan rayonunu Dağlıq Qarabağın ərazisi saymaq, Dağlıq Qarabağın ATƏT tərəfindən münaqişə tərəfi kimi tanınması ilə bağlı yanlış fikir. Bütün bunlar Paşinyanın səriştəsiz, savadsız olduğunu bir daha sübut edir.
Qısacası, Münhendə İlham Əliyev Paşinyana tarixi sillə vurdu. Məncə, Paşinyan bu silləni uzun müddət yox, ömrü boyu unutmayacaq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1736   Tarix: 19 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İlham Əliyev Zelenskini COP29-a dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Ukraynadakı səfir

23 aprel
.

Ermənistan KİV: Bağanis istiqamətində müdafiə mövqeyi Azərbaycana təhvil veriləcək

Səhər saatlarından etibarən Ermənistan polisi Bağanisdən Voskepara gedən yolu bağlayıb. Yerli sakinlərin sözlərinə görə, əraziyə polisin xüsusi təyinatlı qüvvələri cəlb olunublar. Sakinlər iddia edirlər ki, Ermənistan tərəfi müdafiə mövqelərindən birini təhvil verməyə hazırlaşır

23 aprel
.

Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının çıxarılmasına başlanılıb. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib. Qeyd edək ki, ötən gün Rusiya sülhməramlılarının Azərbaycan ərazisini tərk etməsinə dair görüntülər yayılmışdı

17 aprel
.

İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbayı qəbul edib. Bu barədə xəbər verir

17 aprel
.

"Azərbaycan da Fransadakı səfirini geri çağırmalıdır" - Politoloq

Fransa Azərbaycandakı səfirini geri çağırıb. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. "Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib", - məlumatda vurğulanıb. Səfir Ann Buayonun artıq Fransada olduğu və prezident Emmanuel Makronun diplomat

17 aprel
.

İlham Əliyev: "Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır"

"Zəngəzur dəhlizinə gəldikdə, qeyd etdiyiniz kimi, 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatda bu məsələ aydın şəkildə əks olunur. Bəli, "Zəngəzur dəhlizi" sözü orada qeyd olunmayıb. Lakin yazılıb ki, Azərbaycanın şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yo

23 aprel
.

Prezidentin köməkçisindən sülhməramlılarla bağlı AÇIQLAMA

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə danışıb. xəbər verir ki, H. Hacıyev məlumatla əlaqədar AZƏRTAC-ın sualını cavablandırıb. - Mediad

17 aprel
.

Tavuşdakı gərginliyə görə Paşinyan ittiham edildi

"Noyemberyan rayonunda təxribat törədənlər Ermənistan hakimiyyətinin göstərişi ilə hərəkət ediblər". Bu açıqlama ilə Ermənistan Milli Məclisinin müxalif "Hayastan" blokunun deputatı Qarnik Danielyan çıxış edib. O qeyd edib ki, aksiya zamanı yolda etirazçıları mühasirəyə alan poli

23 aprel
.

Azərbaycan və Ermənistan demarkasiya xəttində sərhəd xidmətlərinin fəaliyyəti necə təşkil olunacaq?

Azərbaycan və Ermənistan sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan il

19 aprel