"Amerika Rusiyanın dünya enerji bazarında hakim mövqeyə sahib olmasını istəmir"-RƏY

"Amerika Rusiyanın dünya enerji bazarında hakim mövqeyə sahib olmasını istəmir"-RƏYABŞ İsveçrənin "Rosneft Trading SA" şirkəti və onun direktorlar şurasının sədri, "Rosneft"in vitse-prezidenti Didye Kasimiroya qarşı sanksiyaları tətbiq etdi. Kasimiro və Rusiyanın "Rosneft" şirkətinin törəməsi olan "Rosneft Trading SA" ABŞ-ın Venesuelaya qarşı sanksiyalarından yayınaraq Venesuela neftini dünya bazarına çaxarılmasında ittiham edilir.
Vaşinqtonun bu qərarını şərh edən RF Xarici İşlər Nazirliyi bildirdi ki, ABŞ-ın sanksiyalar siyasəti dünya ticarətinin azadlığını pozaraq, beynəlxalq gərginliyi artırır. Rusiya XİN-in bəyanatında qeyd edilir ki, ABŞ-ın Rusiyanın xarici ticarət əlaqələrində əngəllərin yaradılması vasitəsilə ölkəyə təzyiq etmək cəhdlərinin sayı 2011-ci ildən bəri 80-ə çatıb. Moskva hesab edir ki, Vaşinqtonun bu siyasətinin arxasında təkcə geosiyasi məqsədlər deyil, həmçinin dünya bazarlarında ABŞ kompaniyaları üçün üstünlüyü əldə etmək niyyəti durur.
Beləliklə, ABŞ və Rusiya arasındakı qlobal miqyaslı qarşıdurma davam etməkdədir. Eyni zamanda ABŞ prezidenti Donald Trampın hakimiyyəti illərində Vaşinqton tərəfindən təkcə Rusiyaya deyil, bir çox başqa ölkələrə qarşı da iqtisadi məhdudiyyətlər rejiminin tətbiq edilməsi siyasətinin xeyli fəallaşması müşahidə edilməkdədir.
Bu siyasət Birləşmiş Ştatların geosiyasi və geoiqtisadi maraqlarının təmin edilməsində hansı rol oynayır? Sanksiyalar siyasətinin dünyanın superdövlətinin öz məqsədlərinə çatmaq baxımından real səmərəsi varmı? Konkret olaraq Rusiyanın dünya miqyasında və Avrasiyada təsirini azaltmağa çalışan ABŞ sanksiyaların tətbiq edilməsi vasitəsilə öz istəyinə nail ola biləcəkmi?

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Sonxeber.az-a açıqlama verib. O, bildirib ki, son sanksiyalarla ilə bağlı iki amili qeyd etmək olar. Birinci amil Amerikanın başlatdığı ticarət müharibələri ilə bağlıdır. Çünki Amerika maraqlı deyil ki, Rusiya dünyada və Avropada enerji bazarında hakim mövqeyə sahib olsun. Ona görə də sanksiyalar tətbiq olunur. İkinci məqamı da qeyd etməliyik. Vaxtı ilə Rusiya hakimiyyəti "Yukas" neft şirkətini cəzalandırmışdı. Şirkətin rəhbəri həbs olunmuş və səhmləri əlindən alınmışdı. Bu da qanunsuz idi. Hətta, o İsveçrədə özünə siyasi sığınacaq almışdı. Məhkəmə də "Yukas"ın xeyrinə Rusiyanı cəzalandıraraq 50 milyard dollarlıq bir qərar verdi. Ona görə Amerika bu qərardan da istifadə edərək "Rosneft Trading SA" şirkətinə qarşı sanksiyalarını sərtləşdirdi. Çünki "Yukas"ın səhmləri "Rosneft Trading SA" şirkəti tərəfindən ələ keçirilmişdi.

Fəridə Ağazadə


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 4852   Tarix: 19 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev Zəfər yolunda işlərlə tanış oldu - FOTO + YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanış olub. Dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Zəfər yolunun tikintis

29 avqust 2021
.

"Caliber": Ermənistan dövlətçiliyinin mövcudluğu Türkiyə və Azərbaycandan asılıdır - VİDEO

"Caliber" layihəsinin Türkiyənin Sütçü İman Universitetinin professoru, politoloq Toğrul İsmayılla geniş müsahibəsinin ikinci hissəsi təqdim olunub. Müsahibədə türkiyəli politoloq regional güc balansı, Ermənistan dövlətçiliyinin saxlanılmasında Azərbaycan və Türkiyənin oynadığı rol, 44 günlü

30 avqust 2021
.

Sülh müqaviləsi nə zaman imzalanacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırmağa hazır oluğunu qeyd edərək, ölkəmizin bir daha sülhəmeyilli siyasət apardığını bildirib. Bununla yanaşı, erməni mediasında da Baş nazir Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləs

8 sentyabr 2021
.

Zakir Həsənovdan türkiyəli generala başsağlığı

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb. xəbər verir ki, başsağlığında deyilir:. "Suriyanın İdlib şəhərində, xaincəsinə edilmiş hücu

11 sentyabr 2021
.

Ərdoğan: "Azərbaycan və İranla birlikdə UNESCO-ya müraciət etdik"

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan "2021 UNESCO Ahi Evran Anma ili - Ahi Evranın izi ilə sahibkarlarla görüş" proqramına qatılıb. O çıxışı zamanı bildirib ki, atalarımızın miras qoyduğu köklü qurumla fəxr edirik. "Sənədlərimizi Azərbaycan və İranla birlikdə hazırlayıb UNESCO-ya təqd

16 sentyabr 2021
.

"Ermənistan tərəfi narahat olmalıdır ki..." - Politoloqdan Zatulinə CAVAB

Xəbər verdiyimiz kimi, ötən gün Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin parlamentdə çıxışı zamanı "Azərbaycanı yerinə oturtmaq lazımdır" ifadəsini işlədib. Qeyd edək ki, Zatulin hər zaman belə ifadələrlə Azərbaycan cəmiyyətində qıcığa səbəb olub. Məsələ ilə bağlı saytına açıqlam

31 avqust 2021
.

Ərdoğan Azərbaycanla imzalanan vacib sənədləri təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış bəzi Sazişləri təsdiqləyib. Bunlar- 25 fevral 2020-ci ildə Bakı şəhərində imzalanmış "Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Enerji və Mədənçilik Sahələrində Əməkdaşlıq Haqqında Saziş", 31 oktyab

4 sentyabr 2021
.

Sahibə Qafarova Avstriyaya gedir

Milli Məclisin Sədri Sahibə Qafarova Parlament Sədrlərinin V Ümumdünya Konfransında iştirak etmək üçün sentyabrın 5-də Avstriyanın paytaxtı Vyana şəhərinə işgüzar səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən -a verilən məlumata görə, Parlamentlərarası İttifaqın, Avstriy

4 sentyabr 2021
.

ABŞ və Yunanıstan arasında hərbi QƏRAR

ABŞ-la Yunanıstan arasında qarşılıqlı hərbi əməkdaşlığa dair müqavilə imzalanacaq. -a istinadən xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis mətbuat konfransı zamanı bəyan edib. O, bildirib ki, yeni razılaşma beşillik müddətə imzalanacaq və bu, tərəfləri sazişi hər il yeniləmək məcburiyyətində

13 sentyabr 2021