"Şiddət başqadır, kişi yumruğu başqa. Evdə hökmlü kişi pisdir?"
Aparıcı Mətanət Əliverdiyeva qadınlarla bağlı dediyi və qalmaqala səbəb olan sözlərinə aydınlıq gətirib.
Sonxeber.az-ın məlumatına gör,ə axşam.az-la əlaqə saxlayan aparıcı bildirib ki, fikirlərini yanlış anlayıblar. Əliverdiyeva hər zaman qadına şiddətə qarşı olduğunu söyləyib:
"Hər zaman qadına şiddətə ilk qarşı çıxan özüm olmuşam. Sözlərimi düz eşitsinlər, sonra qınasınlar. Hər birimiz ailədə belə hallarla qarşılaşmışıq: atamız anamızı vurub. Kişi sevdiyi qadına əl qaldırıb. Ata övlada sillə vurub. Olmayıb kiminsə ailəsində bu cür hal? "Böyük dayaq" filmində belə atanın əl qaldırdığı səhnə var. Bu mənada Manafa sual ünvanladım ki, xanımına əl qaldırmısan?
İndiki zəmanədə ailədə bir şey olmamış gəlin ya uşaqlarını götürüb gedir, ya övladlarını atıb, başqasına qaçır. Bu nöqteyi nəzərdən dedim ki, kişinin yumruğu olmalıdır. Demədim ki, kişi yumruğunu qadının başına vursun. Kişinin zəhmi olar, qadın ondan çəkinər. Demirəm ki, qadın qapazaltı olsun. Bunu heç kimə rəva görmürəm. Şiddət başqadır, kişi yumruğu başqa. Evdə hökmlü kişi pisdir?
O evdə ki, kişi hökmranlığı itirib, qadın onun başında qoz sındırırsa, o ailədən ailə olmaz. Bunu demək istəmişəm. Başqa yönə yazılmasın. Şiddət gündə döyülmək, başından qapazın əskik olmamasıdır.
Tez-tez oxuyuruq ki, qadın ərini qoyub, başqasına qaçdı. Bunlar kişi zəifliyindən irəli gələn hallardır".
Qeyd edək ki, M.Əliverdiyeva proqramına qonaq olan müğənni Manaf Ağayevə "Qadın səni hansı həddə çatdırmalıdır ki, ona əl qaldırasan" sualını ünvanlayıb.
Manaf isə "Belə göründüyümə baxma, o vəziyyətə dözən deyiləm. Bir kəlimə sözə görə baş kəsərəm. Ailəm məni qəşəng tanıyır ki, bu sözü desə, öldürərəm, asıb-kəsərəm. Bir dəfə təzə evlənəndə xanımıma əl qaldırmışam. Gəldim ki, uşaq ağlayır, onda bir dəfə vurmuşam. Üzr istəmədim. O mənə aid deyil" sözlərini bildirib.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşAzərbaycanlı musiqiçi dənizdə boğuldu
Azərbaycanlı gənc musiqiçi Məmmədbağır Misiroğlu dünyasını dəyişib. Axşam.az xəbər verir ki, klarnet ifaçısı dənizdə batıb. Bu haqda sənət adamları məlumat yayıb. Bildirilib ki, Məmmədbağır ötən gün vəfat edib. Qeyd edək ki, Məmmədbağır bir çox müğənninin ansamblında çalışıb
2 sentyabr 2021Müğənnilikdən əvvəl qabyuyan, fəhlə, satıcı işləyən MƏŞHURLAR - FOTO
Bu gün tanınmış şou-biznes nümayəndələri vaxtilə başqa peşə ilə məşğul olublar. Onlar arasında qabyuyan, tibb bacısı, idmançı, satıcı, fəhlə, mühafizəçi kimi çalışanlar da var. xəbər verir ki, "Mtv" kanalı bu haqda araşdırma apararaq tanınmışların keçmiş sənətini öyrənib. Vaxt var idi, onla
8 sentyabr 2021Ben Afflek sevgilisi Cennifer Lopezə yaxınlaşan pərəstişkarı itələdi - VİDEO
Amerikalı aktyor Ben Afflek sevgilisi məşhur aktrisa Cennifer Lopez ilə şəkil çəkdirmək istəyən pərəstişkarını itələyib. Hadisə aktyorun sevgilisi ilə birlikdə Film Festivalına yollandığı Venesiya baş verib. Məlumata görə, tədbir bitdikdən sonra cütlük hava limanına gedərkən pərəstişkarlardan biri onlar
14 sentyabr 2021Məşhur müğənni xərçəngdən vəfat etdi
Tanınmış müğənni və aktrisa, "Girls Aloud" qrupunun solisti Sarah Hardinq 39 yaşında vəfat edib. xəbər verir ki, bu barədə ifaçının anası Meri Hardman sosial şəbəkədə yazıb. Sarah bir neçə ildir xərçəngdən müalicə alırdı. Qeyd edək ki, müğənniyə xərçəng diaqnozu ötən ilin yazında qoyulub
6 sentyabr 2021Türkiyəli məşhur aktrisa vəfat etdi
Türkiyəli məşhur aktrisa İncilay Şahin vəfat edib. Bu barədə "Oyunçular Birliyi"nin "Twitter" hesabında məlumat verilib. 60 yaşlı sənətçi "Çiçek taksi", "Hayat Bilgisi", "Yasak elma" kimi reytinqli seriallarda rol alıb
7 sentyabr 2021Firəngiz Mütəllimova Yaşar Nuridən yazdı: "Kaş sağ olardın..." - FOTO
Bu gün Xalq artisti, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı Yaşar Nurinin anadan olmasının 70-ci ildönümüdür. xəbər verir ki, Xalq artisti Firəngiz Mütəllimova sosial şəbəkədə sevilən aktyorla bağlı paylaşım edib. F.Mütəllimova Xalq artistinin fotosunu yayımlayaraq bunları yazıb:. "Əvəzolunma
3 sentyabr 2021