"Bu gün Azərbaycanda yoxsulluq 5%, işsizlik 4.9% təşkil edir"-RƏY

"Bu gün Azərbaycanda yoxsulluq 5%, işsizlik 4.9% təşkil edir"-RƏY2007-ci ildə BMT Baş Assambleyası 20 fevralı Ümumdünya Sosial Ədalət günü elan edib. 2009-cu ildən bu yana hər il qeyd olunan bu beynəlxalq tarix 2008-ci il Beynəlxalq Əmək Təşkilatının (BƏT) "Ədalətli qloballaşma məqsədilə sosial ədalət haqqında Bəyannamə"sində əks olunan prinsiplərin həyata keçirilməsini nəzərdə tutur.
Azərbaycanın BMT bəyannamələrini tam dəstəklədiyini və sosial ədalətin təmin edilməsinə və bərabərsizliyin aradan qaldırılmasına yönəlmiş məsələlərdə BƏT ilə fəal əməkdaşlıq etdiyini qeyd etməklə materialın hazırlanması tövsiyə edilir.

Son illərdə məşğulluğun təmin edilməsi, əhalinin sosial cəhətdən müdafiəsiz kateqoriyalarının müdafiəsi, minimum əmək haqqı, sosial müavinətlərin, pensiyaların, şəhid ailələrinə verilən ödənişlərin və s. artımı üzrə görülən işlər barədə Sonxeber.az-a deputat Aydın Mirzəzadə danışıb.

O, bildirib ki, sosial ədalət bəşəriyyətin can atdığı və təmin etməyə çalışdığı bir məsələdir:
"Azərbaycan dövlət müstəqilliyini təmin edəndən, xüsusilə də ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra bu məsələ dövlətçiliyimizin, inkişafımızın əsas məsələsi oldu. Ulu öndərin o dövrdə cəmiyyətdə stabilliyi təmin etməsi, vətəndaş müharibəsi təhlükəsini aradan qaldırması da sosial ədalət istiqamətində çox vacib məsələ idi. Daha sonra Avropa dəyərlərinin, inkişaf etmiş ölkələrinin göstəricilərinin tədricən Azərbaycana gəlməsi üçün çox ciddi addımlar atılıb. Vaxtı ilə Azərbaycanda yoxsulluğun həddi 49% idisə, hazırda 5%-ə düşüb. Bu gün işsizliyin səviyyəsi ölkədə 4.9%-dir. Minimum əmək haqqının, minimum pensiyaların artması istiqamətində çoxlu işlər görülür. Yəni, bütün bunların hamısı vətəndaşlarımızın daha yaxşı yaşaması üçün görülən işlər hesab edilə bilər. Əlbəttə ki, hələ də minimum əmək haqqımız arzu olunduğu səviyyədə deyil. Amma buna çatmaq üçün ciddi addımların atıldığı, iş yerlərin açıldığı, infrastrukturun yeniləndiyi göz qarşısındadır. Sosial ədalətin vacib məsələlərindən biri də istedadlı insanların irəli çəkilmə mexanizminin hazırlanmasıdır. Dövlət qulluğuna və tələbələrin Ali məktəblərə qəbulunda test sisteminin həyata keçirilməsi sosial ədalətin təmin edilməsinə gətirib çıxarıb. Bu gün Azərbaycanda demək olar ki, 100% faiz uşaq və gənclər təhsillə əhatə edilibdir. Hazırda Tibbi Sığortanın tətbiq edilməsi insanların daha keyfiyyətli tibbi xidmət almasına kömək edəcəkdir. İnsan hüquq və azadlıqlarının qorunması da cəmiyyətin əsas məsələlərindən hesab edilə bilər. Əlbəttə, bu gün 1.2 milyon vətəndaşımızın Ermənistanın işğalı nəticəsində məcburi köçkün düşməsi sosial ədalətin kobudcasına pozulmasıdır. Bunun aradan qaldırılması üçün Azərbaycan dövləti böyük səylər göstərir. Ümumiyyətlə, dünyada sosial ədalətin əhatə etdiyi bütün sahələrin Azərbaycanda olması, möhkəmlənməsi və daha da yüksəlməsi indiki iqtidarın əsas vəzifələrindəndir. Hesab edirəm ki, bu istiqamətdə ildən-ilə nəticələrimiz daha da yaxşılaşacaq".

Fəridə Ağazadə


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 4769   Tarix: 19 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sülhməramlıların Qarabağı tərk etməsinin yeni - Görüntüləri

Xəbər verdiyimiz kimi, Qarabağda müvəqqəti yerləşdirilən Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir. "Qafqazinfo"nun məlumatına görə, sosial şəbəkələrdə bununla bağlı yeni görüntülər yayılıb. Həmin kadrları təqdim edirik:

17 aprel
.

Azərbaycan və Ermənistan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaq

Ermənistan-Azərbaycan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsi əsas götürüləcək. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədini

19 aprel
.

Gəncə MDB-nin idman paytaxtı olacaq

Azərbaycanın Gəncə şəhəri Müstəqil Dövlətlər Birliyinin (MDB) idman paytaxtı olacaq. "Report" xəbər verir ki, bunu Xarici İşlər Nazirləri Şurasının Minskdə keçirilən iclasının yekunları barədə danışarkən Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Biz Gəncə şəhərinin 2025-ci ildə

12 aprel
.

Ermənilər Üzeyir Hacıbəylinin məşhur bəstəsini oğurladılar - VİDEO

Ermənilər Azərbaycana məxsus əsəri oğurlayıblar. Trend-in məlumatına görə, ermənilər indi dahi bəstəkar Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" musiqili komediyasını öz musiqiləri kimi təqdim ediblər. Onların "Vaqarşapat rəqsi" adlandırdıqları oğurlanmış musiqi əsəri Paris Operasınd

16 aprel
.

"Azərbaycan da Fransadakı səfirini geri çağırmalıdır" - Politoloq

Fransa Azərbaycandakı səfirini geri çağırıb. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. "Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib", - məlumatda vurğulanıb. Səfir Ann Buayonun artıq Fransada olduğu və prezident Emmanuel Makronun diplomat

17 aprel
.

Dövlət Gömrük Komitəsinə yeni TƏYİNAT - FOTO

Dövlət Gömrük Komitəsinin Gömrük orqanlarının fəaliyyətinin əlaqələndirilməsi şöbəsinə rəis təyin olunub. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb. Əmrə əsasən, bu vəzifəyə Həmid Elxan oğlu Şirinov

9 aprel
.

İrəvan Bakı ilə sülh imzalamağa hazır olduğunu bəyan edib

Ermənistan Azərbaycanla iki ölkə arasında artıq razılaşdırılmış üç prinsip əsasında sülh sazişi imzalamağa hazırdır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə danışıqların yekunu üzrə deyib. Siyasətçi aydınlaşdırıb ki, söhbət 1991-ci il Almatı Bəyannaməsini

15 aprel
.

Yaşar Gülər: Cənubi Qafqazda sabitliyin qorunması üçün Azərbaycanın yanındayıq

Türkiyə Cənubi Qafqazda sabitliyin qorunması üçün Azərbaycanın yanında olacaq. "Report" xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər nazirliyin yüksək rütbəli rəsmiləri ilə birlikdə Şanlıurfaya sərəfində deyib. O bildirib ki, Türkiyə digər dost və qardaş ölkələr kimi

11 aprel
.

Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib: YENİ TƏYİNAT - FOTO

Aydın Münsüf oğlu İbadov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. AZƏRTAC xəbər ki, dövlət başçısı İlham Əliyev müvafiq Sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyini

16 aprel