Zaur Darabzadə: "Yeniyetmə vaxtlarımda küçələrdə qəzet satırdım"
İctimai tv-də "3 D" verişilinin qonağı 23 saylı Nəsimi-Səbail seçki dairəsindən millət vəkilliyinə namizəd, "CinemaPlus" kinoteatrlar şəbəkəsinin İdarə Heyətinin üzvü Zaur Darabzadə olub.
Sonxeber az bildirir ki, Dadaşlinskinin sullarını səmimi olaraq cavablandıran Zaur Darabzadə seçkilərlə bağlı söhbətə uşaqlıq illərindən danışmaqla başlayıb:
"Mən Səbail seçki dairəsinin küçələrində böyümüşəm. Bu rayondakı məktəbdə təhsil almışam və həmin ərazidə yaşayan insanların qayğılarını bildiyim üçün düşündüm ki, tanıdığım yerdən namizədliyimi irəli sürüm".
Zaur Darabzadə verilişdə küçələrdə qəzet satdığını etiraf edib:
"Yeniyetmə vaxtlarımda məktəbdən çıxıb qəzet satırdım. İçərisində krossvord olan müxtəlif qəzetlər satırdım. Bakı metropolitenində də həmin qəzetləri satırdım. İdman və əmək dərslərindən qaçırdım. Qəzetləri satandan sonra gəlib dərslərimlə məşğul olurdum".
O, həmçinin seçkilərə görə depressiyaya düşmədiyini və hər şeyin hələ qarşıda olduğunu bildirib:
"İnanıram ki, hər şey hələ irəlidədir. Qalib insan mütləq uduzmağı da bacarmalıdır. Düşünürəm ki, uduzmamışam.
Mən səksən yaşlı ağsaqqalımız Ziyad Səmədzadəyə məğlub oldum. Burada yəqin yaş öz sözünü dedi. Dəfələrlə çıxışlarımda demişəm ki, yaşlı nəslin təcrübəsinə, gənc nəslin isə ideyalarının vəhdətinə ehtiyac var. Mən düşündüm ki, gənc olaraq islahatlarda iştirak edim. Görünür, Ziyad müəllim də iştirak etmək istədi və nəticələr də göz qabağındadır.
Mən təşviqat prosesində yüzlərlə evin qonağı oldum. Söhbətdə məlum oldu ki, çox təəssüf ki, onların əksəri öz millət vəkillərini tanımırlar. Təşqivata çox az məbləğ xərclədim. Bu kiməsə böyük görsənə bilər, amma bu, ilərlə qazandığım dostların mənə və Azərbaycan gələcəyinə etdiyi investisiyadır".
Şəlalə Babayeva
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş