Bu gün Dağlıq Qarabağ münaqişəsinin rəsmi tarixinin başlanğıcıdır-Politoloq rəyi

Bu gün Dağlıq Qarabağ münaqişəsinin rəsmi tarixinin başlanğıcıdır-Politoloq rəyi1988 - ci ilin bu günü Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Xalq Deputatları Sovetinin erməni deputatları qeyri-legitim növbədənkənar sessiya çağıraraq "Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana verilməsi haqqında" qərar qəbul ediblər. Bu barədə SSRİ Ali Sovetinə müraciət qəbul olunub. DQMV-nin Xalq Deputatları Sovetinin mandatı 1988-ci ilin yanvarında bitmişdi və ermənilərin qəbul etdiyi qərar qeyri-legitim idi. Bu hadisə Qarabağ münaqişəsinin rəsmi tarixinin başlanğıcı hesab olunur.

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Sonxeber.az-a danışıb. O, bildirib ki, həmin tarix separatçıların başlatdığı tarixdir:
"Onlar mitinqlər təşkil edərək separatçı tələblər irəli sürdülər. Bu, Azərbaycan qanunlarına da zidd idi. Eyni zamanda, Qarabağda yaşayan azərbaycanlılar da nəzərə alınmırdı. Məhz bundan sonra etnik təmizləmələr, silahlı toqquşmalar, Ermənistandan azərbaycanlıların qovulması prosesi başladı. Yəni, başlanğıc nöqtə o idi. Amma həmin günə qədər aydındır ki, Dağlıq Qarabağda hazırlıqlar gedirdi. Mən özüm də əslən qarababağlıyam. Xatırlayıram, valideynlərimiz danışırdı ki, 1970-ci illərdə 1980-ci illərin əvvəllərində müəyyən separatçı meyilləri o hissələrdə var idi. Müəyyən işlər görürdülər, imzalar toplanırdı. Bu prosesə çoxdan başlamışdılar, sadəcə münbit mühitdən istifadə edərək Mixayıl Qorbaçovun başlatdığı yenidənqurma siyasətindən öz məqsədləri üçün istifadə edərək 1988-ci ilin 20 fevral tarixində ilk mitinqlərini etdilər və bütün bəlalar da bundan sonra başladı. Əlbəttə, mitinqlər və tələblər qeyri-legitim idi. Hətta, o zaman Moskva ermənilərə simpatiya ilə yanaşsa da, onlar da hesab etdilər ki, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycanın rəyi olmadan bu addımı ata bilməzlər. Amma çox təəəssüf ki, sonrakı illərdə elə məhz Sovet hakimiyyəti rəhbərliyi həmin o separatizmə meyillənən şəxslərə gizli yollarla dəstək verdi. Separatçılar Dağlıq Qarabağda, Xankəndində olan Sovet hərbi bazalarından silahlar əldə etdilər. Bununla da proseslər başladı və 32 ildir bu məsələ də görürürük ki, həll olunmur".

Fəridə Ağazadə


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1702   Tarix: 20 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

"Sülhməramlılar üçün Qarabağda heç bir funksiya qalmamışdı" - Peskov

"Rusiya sülhməramlıları Qarabağı tərk etdilər, çünki onlar üçün regionda artıq heç bir funksiya qalmamışdı". "Qafqazinfo" xəbər verir ki, bunu Birinci Kanalda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, vəziyyət Ermənistanın Azərbaycan sərhədlərin

22 aprel
.

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində SON DURUM

Ermənistanla Azərbaycan arasındakı şərti sərhədin Qazax istiqamətindən görüntülər yayılıb. Ermənistan mediasında yayılan kadrlarda hazırda işğal altında olan Bağanis Ayrım kəndində azərbaycanlılara məxsus viran qalmış evlər əks olunub. Həmçinin Ermənistan KİV-də bölgədə delimitasiya prosesinin aparılmasın

23 aprel
.

Erməni xüsusi təyinatlılar Azərbaycana təhvil veriləcək kəndə daxil oldular - YENİLƏNİB - VİDEO

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) xüsusi təyinatlıları Azərbaycana təhvil veriləcək Qazaxın Aşağı Əskipara kəndinə gəliblər. Bununla bağlı erməni "Telegram" kanallarında videogörüntülər yayılıb. Qeyd edək ki, Azərbaycana qaytarılması nəzərdə tutulan Qazaxın Aşağı Əskipara kəndind

22 aprel
.

Qırğızıstan prezidenti Ağdama gedəcək

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana aprelin 24-25-də baş tutacaq dövlət səfəri çərçivəsində ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş birgə bəyannamə və bir sıra sazişlərin imzalanması planlaşdırılır. Bu barədə Qırğızıstan Prezidenti Administrasiyasını

23 aprel
.

Prezident İlham Əliyev Rusiyada səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə aprelin 22-də Moskvaya işgüzar səfərə gedib. xəbər verir ki, Moskvanın Vnukovo-2 beynəlxalq hava limanında dövlətimizin başçısını Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və digə

22 aprel
.

Prezident: "Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar"

"Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumd

23 aprel
.

"Fransız deputatlar Azərbaycan əleyhinə qarayaxma kampaniyasında oyuncağa çevrilib" - Politoloq

Fransa Azərbaycandakı səfirini geri çağırıb. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. "Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib", - məlumatda vurğulanıb. Səfir Ann Buayonun artıq Fransada olduğu və prezident Emmanuel Makronun diplomat

18 aprel
.

"Ermənistanın havadarına çevrilməkdə olan ABŞ açıq şəkildə Azərbaycan ordusunun gücündən narahatdır" - POLİTOLOQ

Xəbər verdiyimiz kimi, ABŞ Konqresi Azərbaycanın bir sıra məmurlarına qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsi təqdim etməyə hazırlaşır. Dina Tinus başda olmaqla, bir qrup konqresmenin təqdim etməyə hazırlaşdığı qanun layihəsində "ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulması"nd

23 aprel
.

Azərbaycan və Ermənistan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaq

Ermənistan-Azərbaycan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsi əsas götürüləcək. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədini

19 aprel