Qabil Hüseynli: "Paşinyanın hər həftə Qarabağa səfəri beynəlxalq hüquq normalarını pozması deməkdir"
Ermənistan mətbuatı Dağlıq Qarabağda fevralın sonunadək Ermənistan Təhlükəsizlik Şurasının iclasını keçirmək üçün hazırlıqların getdiyi ilə bağlı məlumat yayıb. Ekspertlər bildirilir ki, bu, rəsmi Yerevanın danışıqlar prosesini pozmaq üçün növbəti təxribatıdır.
Bununla bağlı Sonxeber.az-a danışan politoloq Qabil Hüseynli hazırlıqlarla bağlı məlumatın yalnız təxribat xarakterli olduğunu deyib:
"Yayılan məlumatlar yalnız təxribat xarkteri daşıyır:
"Qondarma Dağlıq Qarabağ Respublikasını heç kəs tanımayıb. Dünya ölkələrinin əksəriyyəti son dövrlərdə aktiv surətdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən fikirlər ifadə etməkdədir. Postsovet məkanındakı bütün münaqişələrin hamısına yanaşmada ərazi bütövlüyünün məsələsi ön plana çəkilir. Yəni, işğal olunmuş ərzilər faktiki olaraq Azərbaycan ərazilər olduğu qeyd edilir".
Politoloq Fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə ərazilərimizi işğal etdiyini etiraf etdiyini bildirib. Politoloq sözü gedən görüşdə Paşinyanın savadsız və naşı olduğunu nəzərə çatdırıb:
"Ermənilər Münhen görüşündə ciddi zərbə aldırlar. Görüşdə Paşinyanın bəsitliyi, savadsızlığı, dar düşüncəli və nə qədər naşı olduğu göründü. Belə hərəkətlər dünya tərəfindən həzm edilməməlidir. Ermənilər işğalçı olduqlarını 7 rayonumuzdan yalnız Cəbrayılı etiraf etməklə bildirdilər. Xocalıdan danışanda ruslar işğal edib, biz deyil dedilər, digər rayonların işğalında da başqa uydurulmuş yalanlardan istifadə etdilər".
Qabil Hüseynli Paşinyanın həftənin sonlarını Qarabağda keçirməsini beynəlxalq hüquqa zidd addım hesab edib:
"Paşinyan həftədə bir dəfə, həftə sonunu xanımı ilə birgə Dağlıq Qarabağa gedir, günün böyük hissəsini övladları ilə keçirir. Düşünürəm ki, başqa bir əraziyə müntəzəm olaraq gedib-gəlmək qanun pozuntusu kimi dəyərləndirilməlidir. Erməni yazıçısı Balayan azərbaycanlılara qarşı divan tutulduğunu etiraf edir. Ermənilər bunu özləri etiraf edə-edə, bu fakta beynəlxalq siyasi qiymət verilmir. Bunun səbəbidir ki, ermənilər daha da həyasızlaşırlar, beynəlxalq hüquq normalarını pozmaqda bir növ adətkar olublar".
Şəlalə Babayeva
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 5289 Tarix: 20 fevral 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşYevlaxda dəmiryol xətti ilə kəsişən yol xəbərdarlıq edilmədən bağlanıb?
Martın 28-də Yevlax rayonunun Yuxarı Qarxun kəndinin ərazisindən keçən dəmiryol xəttində aparılan işlərə görə dəmir yolu ilə kəsişən Yevlax-Xaldan avtomobil yolu uzun müddət bağlı qalıb. -a müraciət edən sakinlər və sürücülər bildiriblər ki, bu barədə onlara əvvəlcədən heç bir xəbərdarlıq edilməyib v
29 martBuraxılış imtahanlarının cavabları nə zaman açıqlanacaq?
Martın 3-də keçirilən imtahanın nəticəsi növbəti həftə ərzində açıqlanacaq. Bu barədə Trend-in sualına cavab olaraq Dövlət İmtahan Mərkəzindən bildirilib. Qeyd edilib ki, martın 10-da olan imtahanın nəticəsinin isə aprelin 8-dən sonra elan ediləcək. Xatırıladaq ki, Dövlət İmtahan Mərkəzi martın 3-d
29 martVAZ divara çırpıldı: Xəsarət alanlar var
Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Hacı Zeynalabdin Tağıyev küçəsində qeydə alınıb. Sürücü Əli Qulu oğlu Quliyev VAZ-2106 markalı avtomobilə idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi divara çırpılıb. Nəticədə sərnişinlər Fuad Əlişa
29 martBakıda restoran yanır - FOTO/VİDEO
Bakının İstiqlaliyyət küçəsində restoranın çöl divarından keçən elektrik kabeli yanır. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən restoranın çöl divarından keçən elektrik kabel
28 martOruc tutmaq xərçəngin yayılmasını ləngidir
Oruc tutmaq immun sistemini yaxşılaşdırır, orqanizmdəki toksinləri aradan qaldırır, iltihabı azaldır, xərçəng hüceyrələrinin yayılmasını ləngidir. xəbər verir ki, bu barədə türkiyəli həkim Özkan Akyolun araşdırmasında deyilir. Akyol bildirib ki, Ramazan ayının sağlamlığa iki cəhətdən faydalı olduğu elm
28 martDostunun ad günündə dava saldı, həbs olundu
Xətai rayonu, general Şıxlinski küçəsində yerləşən "Səhnə" restoranında keçirilən ad günü mərasimində dava düşüb. Qaynarinfo-nun məlumatına görə, dava müsiqi sifariş vermək üstündə baş verib. Hadisəyə görə 1990-cı ildə Bakı şəhərində anadan Cəfər Cəfərov (ad-soyad şərti) saxlanılıb. Onun barəsind
29 mart"Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub"
Kikboksinq üzrə üçqat dünya çempionu, Əməkdar idman ustası Elman Mirzəyevin həbs edilməsi ilə nəticələnən cinayət işi haqda bəzi məqamlar üzə çıxıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, dələduzluqda ittiham edilən tanınmış idmançının həmin əməlləri tək törətmədiyi iddia edilir. Belə ki
29 mart