Ekspert Ermənistan ordusundakı itkilərin səbəblərini açıqladı

Ekspert Ermənistan ordusundakı itkilərin səbəblərini açıqladıİki həftə ərzində Ermənistan ordusunda 14-dən çox əsgər ölüb. Bu və digər nizamnamə pozuntuları daxili komandada çalxalanmanın olduğundan xəbər verir. Hazırda Ermənistanda intihar-ölüm hadisələrinin səbəbləri araşdırılır. Bir növ başları özlərinə qarışıb. Belə bir vəziyyətdə biz diplomatik kanalları açıq qoymaqla, ön xətdə ordumuzun aktivləşməsinə imkan yaratmalıyıq".

Bunu "Mediapost.az"a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O xatırladıb ki, bununla bağlı Hərbi Polis İdarəsinin polkovnik rütbəli rəisi və Silahlı Qüvvələrin mənəvi-psixoloji təminat idarəsinin rəisi (general) vəzifəsindən azad olunub.

Hərbi ekspert fevralın 15-də ilk dəfə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən debatı isə belə şərh edib: "Münhen Təhlükəsizlik Konfransındakı debatı Azərbaycan prezidentinin qələbəsi kimi dəyərləndirmək olar. Paşinyanın siyasi-tarixi biliklərinin yüksək olmadığı bir daha ortaya çıxdı. Bu görüş təbii ki, Azərbaycanda, o cümlədən ordumuzda əvhali-ruhiyyənin yüksəlməsinə səbəb oldu. Lakin bunu yalnız siyasi qələbə hesab etmək olar. Əfsuslar olsun ki, bu, hərbi qələbə deyil. Hərbi qələbəni təmin etmək üçün danışıqlar prosesi davam etdirilməli, diplomatik kanallar daim açıq saxlanılmalıdır.

Ekspert Ermənistan ordusundakı itkilərin səbəblərini açıqladıDebatda Paşinyan belə bir cümlə səsləndir: "Bu münaqişənin sülh yolundan başqa digər həll variantı yoxdur". Biz danışıqlar formatından çıxmadan, ön xətdə əsgərlərimizi aktivləşdirməklə Paşinyanın bu fikrinin yanlış olduğunu ona sübut edə bilərik.

Digər tərəfdən, ön xətdə baş verən istənilən qətl, uğursuzluq, bizim əsgərlərimiz tərəfindən işğal olunmuş ərazilərdə erməni əsgərinin məhv edilməsi Paşinyanın gələcək danışıqlarda daha konstruktiv mövqe tutmasına səbəb ola bilər.

Ermənistandakı mövcud gərgin daxili siyasi vəziyyətdən, əsgər analarının etirazlarından, müxalifətin aksiyalarından istifadə edib Ermənistana daha çox işğalçı əsgər cənazələrinin yola salınmasına çalışmalıyıq. Əminliklə deyirəm ki, bu gün erməni ordusunun potensialı Azərbaycanla mübarizə aparacaq səviyyədə deyil.

Buna görə də yalnız cəbhədə aktivləşmək, erməniyə müharibənin qurtarmadığını, Azərbaycanın Qarabağın işğalıyla barışmadığını bir daha çatdırmalıyıq. Diplomatlar isə öz işinə davam etsinlər, görüşsünlər, danışsınlar. Amma əsgərlərimizə də düşmənə zərbə endirmək üçün şərait yaradılsın.

Prezidentimiz müharibəni heç vaxt, nə budəfəki, nə də əvvəlki çıxışında istisna etməyib. Sadəcə, adından da bəlli olduğu kimi təhlükəsizlik konfransında müharibə hədələri ilə çıxış etmək diplomatik kütləni azalda bilərdi. Sətiraltı mənalarda müharibə mesajı vardı. "Azərbaycan bununla barışmayacaq!" deyirik. Deməli, torpaqlarımızın işğaldan azad olunması sülh yolu ilə alınmırsa, başqa hansı yol qalır? Təbii ki, müharibə yolu".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4830   Tarix: 20 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"McDonald’s Azərbaycan" və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO - VİDEO

"McDonald’s Azərbaycan" şirkətinin və Dövlət Sosial Müdafiə Fondunun birgə təşkilatçılığı ilə qazi övladları üçün 23 aprel Ümumdünya Kitab Gününə həsr olunmuş seminar təşkil olunub. Bakı şəhəri və ətraf ərazilərdə yaşayan 30-a yaxın qazi övladının iştirak etdiyi seminarda xüsusi qonaq qismind

23 aprel
.

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? (TƏFƏRRÜAT)

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı Abel Məhərrəmovun adı keçən torpaq qalmaqalının detalları məlum olub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, qalmaqala səbəb Abel Məhərrəmovun Xızı rayonunun Altıağac qəsəbəsindəki əmlakı ilə bağlıdır

23 aprel
.

Azərbaycanda DƏHŞƏT: 32 yaşlı kişi arvadı və bibisi oğlu tərəfindən öldürüldü - İDDİA - FOTO - VİDEO

Azərbaycanda 32 yaşlı kişi arvadı və bibisi oğlu tərəfindən öldürülüb. xəbər verir ki, bunu ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan Tehran adlı qadın bildirib. Qadın söyləyib ki, oğlunu 3 ildir ki itirib:. "Oğlumu öz kiçik bacımın qızı ilə evləndirmişdim. Mən

23 aprel
.

Abituriyent intiharlarının qarşını necə almaq olar? - AÇIQLAMA

Bir neçə aydan sonra ali məktəblərə qəbul imtahanları keçirləcək. Hər il qəbul imtahanları zamanı xeyli abituriyent psixoloji sarsıntılar yaşayır və hətta aralarında intihar edənlər də olur. Bir çoxları gənclərin intiharında ailələri günahkar bilirlər. Abituriyentlərin intiharların qarşını almaq üçü

23 aprel
.

Nazirdən Nəzrinlə Mərdana hədiyyə

Gənclər və İdman Naziri Fərid Qayıbov ötən gün toyu olan müğənni Mərdan Kazımov və influenser Nəzrin Nəcəfovaya hədiyyə yollayıb. Bununla bağlı Mərdan paylaşım edib. "Nazirimiz Fərid Qayıbov da bizi toy günü unutmadı. Təşəkkür edirik", - deyə, Kazımov bildirib. OLAY-ın əldə etdiyi məlumat

23 aprel
.

"Taxta bazar"ında növbəti YANĞIN: Sığorta şirkətləri dəyən zərəri qarşılamaqda niyə maraqlı deyil? - AÇIQLAMA

Ötən günlərdə Nərimanov rayonunda "Taxta bazarı" adlanan ərazidə yanğın baş verib. Bundan əvvəldə sözügedən ərazidə dəhşətli yanğın hadisəsi baş vermişdi. Hər iki yanğın hadisəsinində əsas məsələ isə obyektlər və mal-materialın sığortalanması halı olmadı. Vətəndaşların isə əsas narazılığı budu

23 aprel
.

Azərbaycanda vəzifəli şəxs 3500 manat cərimələndi

"Enerji Construction" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən işçilərin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciəti əsasında Tovuz rayon prokurorluğunda araşdırma aparılıb. xəbər verir ki, bu barədə Tovuz Rayon Prokurorluğunun yaydığı məlumatda deyilir. Bildirilib ki, araşdırm

23 aprel
.

Culfada dəhşətli qəza: Ölənlər var - FOTO

Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un yerli bürosu xəbər verir ki, Ərəzin kəndi ərazisində baş verən hadisədə "Chevrolet Niva" markalı avtomobillə "Tofaş" markalı maşın toqquşub. Nəticədə Kamal Qürbət oğl

23 aprel
.

Ömürlük azadlıqdan məhrum edilən şəxslər əfvdən yararlana bilərmi? - AÇIQLAMA

Ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər əfvdən yararlana bilər? . Məsələ ilə bağlı vəkil Elvin Əliyev -a açıqlama verib. Vəkil məsələyə aydınlıq gətirib:. "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndi əsasında əfvetmə Azərbaycan Respublikas

23 aprel